Mənbələrdə yelpi (обмаихваться), yelpiku (веер) sözləri var. Deməli, sözün törəmə kökü “yelpi”dir, həmin feildən yelpik ismi əmələ gəlib, ilk kökü isə yel sözüdür. Yel özü də tarixən feil olub (sürətlə getmək). Külək kəlməsinin sinonimi olan yel ismi də elə sürətinə görə bu cür adlanıb. Yelpik tarixən heç də yelləmək yox, hərəkət etdirmək anlamı ilə bağlıdır. Yelpitmək prosesi əlin hərəkəti ilə əmələ gəlir. Ehtimal ki, külək sözü ilə kül kəlməsi kökdaşdır, kül ismindən kül-ə-mək (külü, tozü sovurmaq) feili, ondan isə külək (külü, tozü sovuran) ismi yaranıb. Radlovun əsərində yelbi feili verilib. Ruscaya “веять” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)