Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yeniyetmə
= Yeniyetmə psixologiyası = == Yeniyetmə yaşının ümumi xarakteristikası == Yeniyetmə dövrü 11–12 yaşdan 14–15 yaşadək müddəti, orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. Lakin yeniyetməlik dövrünün başlamasına və qurtarmasına dəqiq sərhəd qoymaq mümkün deyildir. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, bir il tez və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji tərəddüdləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq A.N.Leontyevin-"uşağın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir" müddəası çox böyük əhəmiyyət kəsb edir. A.N.Leontyevin yazdığı kimi, psixi inkişafın müəyyən mərhələsində "onu əhatə edən insani münasibətlər aləmində uşağın əvvəllər tutduğu yer, onun tərəfindən öz imkanlarına müvafiq gəlməyən kimi dərk olunur və uşaq onu dəyişdirməyə səy göstərir. Uşağın həyat tərzi ilə, artıq onun bu həyat tərzini qabaqlamış imkanları arasında açıq ziddiyyət meydana çıxmağa başlayır. Buna müvafiq olaraq, onun fəaliyyəti də yenidən qurulur. Bununla da onun psixi həyatının inkişafının yeni mərhələsinə keçid başa çatır. Bəs, yeniyetməlik dövründə baş verən dəyişikliklər özünü nədə göstərir.
Yeniyetmə (Roman)
"Yeniyetmə" (Подросток) - dahi rus yazıçısı Fyodor Dostoyevskinin sonuncu əsəri olan Karamazov qardaşlarından öncə, 1875.ci ildə qələmə aldığı bir romanıdır. Məktub şəklində yazılmış əsərdə, "Arkadi Makaroviç" adlı gənc, öz qarmaşıq ailə hekayələrini, xüsusən də, həqiqi atası Versilovla aralarında keçən çaxnaşmalı əlaqələri nəql edir. Hadisələr, 21 yaşlı gənc Arkadi'nin, atası Versilov'dan dəvət məktubu alması və illər sonra onlarla yaşamaq üçün Peterburqa gəlməsi ilə başlayır. == Personajlar == Arkadi Makaroviç Dolqoruki - baş obraz. İdeyası Rotşild olmaqdır. Makar İvanoviç Dolqoruki - Arkadinin qanuni atası. Versilovların keçmiş təhkimli nökəri. Andrey Petroviç Versilov - Arkadinin əsl atası. Tatyana Pavlovna Prutkova - yaşlı tək qadın. Versilovun ailəsinə kömək edir.
Yeniyetmə ədəbiyyatı
Yeniyetmə bədii ədəbiyyatı 12-18 yaş arasındakı oxucular üçün nəzərdə tutulmuş bədii ədəbiyyat kateqoriyasıdır. Gənclərə yönəlmiş janrın oxucularının təxminən yarısı böyüklərdir. Gənclər və böyüklər üçün nəzərdə tutulmuş bədii ədəbiyyat əsasən uşaq romanları ilə böyüklər üçün nəzərdə tutulmuş ədəbiyyat arasındakı keçidi yumşaltmaq üçün hazırlanır.