YENİYETMƏ (gənclik yaşına (14-17) ayaq qoymuş oğlan və qız) Burada ahıl qadınlardan tutmuş yeniyetmə qızlaradək hər nəslin nümayəndəsinə rast gəlmək olardı (X.Hasilova); NÖVRƏSTƏ (köhn.) [İskəndər bəy:] Xala, sən də diribaş qarısan? Məncə nə verərsən sənə elə bir dava verim ki, növrəstə cavanolasan (N.Vəzirov); YENGİYETİŞMİŞ Zibaxanım: Sənə demədimmi, kişi, bu əlli yaşında yengiyetişmiş qız almaq sənə yaraşmaz? (M.F.Axundzadə); CAVAN (bax).