Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yayıcı
AzərbaycandaYayıcı (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Yayıcı (Culfa) — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.ErmənistandaYayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Seyiçi Miyake
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır. == Həyatı == Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır. 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür. == İxtirası == Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir. O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir. Zolaqlı plitələr isə istiqamət bildirir. O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Teyiçi Matsumaru
Teyiçi Matsumaru (28 fevral 1909 - 6 yanvar 1997) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Yayıcı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. == Tarixi == === Tarixi abidələri === Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Əhalisi == Əhalisi 6343 nəfərdir.
Yayıcı (Göyçə)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. == Toponimi == 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi == Əhalisi == XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yayıcı (Kəlbəcər)
Yayıcı (əvvəlki adı: Qoçoqot) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qoçoqot kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qoçoqot kəndi Yayıcı kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yayıcı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Yayıcı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Seyiçi Morimura
Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası – 24 iyul 2023, Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır. == Həyatı və karyerası == Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir. Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır. İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur. "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını, 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır.1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir. 731-ci dəstənin insan təcrübələrindən bəhs edən "Şeytanın qarınqululuğu" əsəri 1981-ci ildə qəzet seriyası kimi nəşr olunmağa başlamışdır.
Xilaskar kilsəsi (Yayıcı)
Xilaskar kilsəsi — Kəlbəcər rayonunun Yayıcı kəndində yerləşən tarix-memarlıq abidəsi. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır.Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. Kilsə xaçvari plana malikdir. Kilsənin divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Döşəmə kimi isə yonularaq düzləşdirilmiş qayadan istifadə edilmişdir. == Tarixi == Kilsənin giriş portalının timpanında onun sifarişçisinin adı qeyd edilmiş kitabə vardır: "…Həsənin oğlu Vaxtanqın hakimiyyəti dövründə biz, Arbasayrın oğlanları İohann, Sərkis, Qriqor və Serob öz hesabımıza Xilaskar kilsəsini inşa etdirdik."Kitabədə inşa tarixi qeyd edilməsə də, 1214-cü ildə vəfat etmiş Xaçın knyazı Vaxtanqın qeyd edilməsi abidənin inşa tarixini müəyyən etməyə imkan verir. Ehtimal ki, Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə yenidənqurma işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Xilaskar kilsəsi monastır kompleksindən dövrümüzə çatmış yeganə tikilidir. O, Tərtər çayının sağ sahilində, yerləşir. Kilsənin qərb tərəfi sıldırım qalayarla əhatə olunmuşdur.