Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yulaman (Avurğazı)
Yulaman (başq. Юламан, rus. Юламаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 34 km. 1993—2008-ci illərdə keçmik Yulaman kənd şurasının mərkəzi olmuşdur. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. Aleksandr Sergeyeviç Savelyev-Sas (26 sentyabr 1932) — çuvaş çairi və yazıçısı.
Quqllamaq
Quqllamaq (ing. To google) — internetdə məlumat tapmaqdan ötürü Google axtarış sistemindən istifadə etməyi izah edən neologizm fel. Sadəcə Google-də deyil, digər axtarış sistemlərində axtarış apararkən bu sözdən istifadə oluna bilər. Adını məşhur axtarış sistemi və şirkət olan Google-dən alan söz ABŞ Dialekt Dərnəyi tərəfindən "2002-ci ilin ən faydalı sözü" seçilmişdir. 15 iyun 2006-cı ildə rəsmi olaraq Oksford İngiliscə Lüğətinə və iyun 2006-cı ildə Merriam-Uebster Universitet Lüğətinin 11-ci nəşrinə daxil edilmişdir. Bu sözdən ilk dəfə fel kimi 8 iyun 1998-ci ildə Google-nin qurucularından biri Larri Peyc tərəfindən bir e-poçt məktubunda istifadə edilmişdir. Marka dəyərinin düşməsindən və marka adının məhsul adına çevrilməsindən ehtiyatlanan Google adının "ümumi internet axtarışları" mənasında istifadə edilməsini dəstəkləmir. Buna görə də 23 fevral 2003-cü ildə şirkət yeni sözləri təqib edən Word Spy saytının yaradıcı Pol Makfidresə xəbərdarlıq məktubu göndərmişdir."Washington Post" qəzetindəki bir məqaləsində Frank Arends bir Google vəkilindən aldığı və "Quqllamaq" felinin düzgün istifadəsindən bəhs edən məktubu ələ almışdır. Bu narahatlığa görə Merriam Uebster Universitet Lüğətinin lüğət yazıçıları felin ilk hərfini kiçiltmişdir. Lakin Oksford İngiliscə Lüğətinin tərtibçiləri belə addım atmamışlar.