YAĞLANMAQ

f.
1. Yağ sürtülmək, üzərinə yağ çəkilmək.
Maşınlar yağlanır salınır, işə. M.Rahim.

2. Yağa batmaq, yağlı olmaq; kirlənmək. Üst-başı yağlanıb. Paltarın yaxası yağlanıb.
3. məc. dan. Kökəlmək, ətlənmək, piylənmək.
Qovurmalıq üçün saxlanılan bir cüt erkək o qədər yağlanmışdı ki, quyruqlarını çəkib apara bilmirdi. Ə.Vəliyev.

4. məc. dan. Pullanmaq; pullu, varlı olmaq.
◊ Gün yağlanmaq məh. – Günəşin ən isti vaxtı haqqında.
[Ələmdar:] Mən axşamdan dükanın qabağında, o yastı daşın üstündə öz cırıq çuxama bürünüb yatmışam, bir də gün yağlananda ayılmışam. S.Rəhimov.
Gün getdikcə yağlanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. Ə.Vəliyev.

Синонимы

  • YAĞLANMAQ pullanmaq — varlanmaq
  • YAĞLANMAQ kökəlmək — ətlənmək — piylənmək
  • YAĞLANMAQ sürtülmək — yaxılmaq
  • YAĞLANMAQ kirlənmək
  • YAĞLANMAQ yağlanmaq bax kökəlmək
YAĞLANMA
YAĞLATMA

Значение слова в других словарях