Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yühənnas Seyidov
Yühənnas (Miryühənnas) Mirhəsən oğlu Seyidov (16 fevral 1927, Naxçıvan – 18 noyabr 1996, Bakı) – Azərbaycanda bərk cisimlər fizikasının əsasını qoyan nəzəriyyəçi fizik, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmlər doktoru, professor. Y.M.Seyidov 16 fevral 1927-ci ildə Naxçıvanda anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirərək Rusiya EA-nın Ural şöbəsində Bərk cisimlər nəzəriyyəsi ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Dünyada tanınmış alım, akademik S.V.Vonsovskinin rəhbərliyi altında 1956-cı ildə "Ferritlərin ferromaqnetizmi və antiferromaqnetizmi kvant nəzəriyyəsinin bəzi məsəlləri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1953-1960 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Nəzəri fizika” kafedrasında işləmişdir. Pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, 1960-cı ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun “Nəzəri fizika” bölməsinə, 1966-cı ildən “Bərk cisim nəzəriyyəsi” laboratoriyasına, 1987-ci ildən isə “Bərk cisim nəzəriyyəsi” bölməsinə rəhbərlik etmişdir. 1973-ci ildə "Çoxelektronlu vasitəli mübadilə nəzəriyyəsi əsasında zəif ferromaqnetizmin mikroskopik mənbələrinin, maqnit-elektrik effektlərinin, pyezomaqnetizmin və kooperativ elektrik momentinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1977-ci ildə professor elmi adını almış, 1980-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Y.M.Seyidov Azərbaycanda bərk cisimlər nəzəri fizikasının əsasını qoyanlardan biri idi. Elmi fəaliyyətinin böyük hissəsi müasir bərk cisim nəzəriyyəsinin ən aktual problemlərindən biri olan maqnetizm nəzəriyyəsinə həsr olunmuşdur.
Yühənnas Abqari
Yühənnas Abqari (erm. Յուհաննա Աբգարիոս) və ya Ovhannes Abqaryan (erm. Հովհաննես Աբգարյան; 1832, Beyrut, Osmanlı imperiyası – 1886) — erməni iqtisadçısı, şairi və dövlət xadimi. Abqari ailəsindən İsgəndər Abqarinin kiçik qardaşıdır. Yühənnas Abqari 1832-ci ildə Beyrutda varlı Akop Abqaryanın ailəsində anadan olmuşdur. O, Britaniyanın Beyrut konsulluğunun tərcüməçisi olmuşdur. Abqari vaxtilə bütün Yaxın Şərqdə tanınan bir valyuta bankı qurmuşdur. Sonradan Niderlandın Misirdəki konsulu kimi çalışmışdır. Yühənnas Abqari ərəb əxlaqi-didaktik hekayə və romanları, dünya tarixinə dair kitab yazmış, ingiliscə-ərəbcə lüğət tərtib etmişdir (1887-ci ildə nəşr edilmişdir). Yühənnas Abqarinin həyat yoldaşı Afife Qanavatdır.
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
X Yuhənna
X Yuhənna (ərəb. يوحنا العاشر‎), əsl adı Hani Yazici (ərəb. هاني يازجي‎; d. 1 yanvar 1955, Laziqiyyə) — Antioxiya Pravoslav Kilsəsinin indiki patriarxı (2013-cü ildən). X Yuhənna 1955-ci ildə əl-Laziqiyyədə dünyaya gəlmişdir. Tişrin Universiteti, əl-Bələmənd Universiteti və Saloniki Aristotel Universitetini bitirib. 17 dekabr 2012-ci ildə Antioxiya Pravoslav Kilsəsinin patriarxı seçilmişdir.
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Kalib ibni Yufənna
"Kamilut-tarix"in müəllifi öz tarixində yazır: Yuşə ibni Nun dünyadan gedəndən sonra Kalib ibni Yufənna Bəni-İsrailə rəhbərlik etdi. Mərhum Təbərsi də "Məcməül-bəyan" kitabında "Bəqərə" surəsinin 244-cü ayəsində bu məzmunda yazır. Sələbi "Ərais" kitabında yazır ki, Kalib ibni Yufənna Həzrət Musanın (ə) bacısının əri, yəni İmranın qızı Məryəmin həyat yoldaşı idi. İbni Əsir də bu xəbəri "Kamil" kitabında Əriha şəhərinin fəthində qeyd edib. Amma Yuşə`dən sonra Kalibin peyğəmbər olması Məsudinin "İsbatul-vəsiyyə" kitabındakı və Yəqubinin yazdığı tarixdəki sözü ilə ziddiyyətdədir. Məsudi yazır: Elə ki, Yuşənin əcəli çatdı, Allah taala ona vəhy edərək yanındakı əmanəti oğlu Fənhasa verməyi əmr etdi. Yuşə də Fənhası çığırıb peyğəmbərlərin irslərini ona tapşırdı və dünyadan getdi. Fənhasdan sonra da oğlu Bəşir ibni Fənhas onun canişini olub peyğəmbərlik məqamına nail oldu. Yəqubi yazır ki, Yuşə ibni Nundan sonra Bəni-İsrailin rəhbərliyini Duşan Kifri öz öhdəsinə götürdü və səkkiz il onların rəhbəri oldu. Ondan sonra Kalibin qardaşı, Yəhudanın nəvəsi Əsnail ibni Qənəz qırx il Bəni-İsrailə hökumət etdi.
Şeyx Cühənnah oğlu
Şeyx Cühənnah oğlu — orta əsr intibah dövründə Naxçıvan memarlıq məktəbinin yetirdiyi ən görkəmli memarlardan biri. Şeyx ibn Cühənnahın adı Ordubad bölgəsinin Azadkənd kəndindəki minarə üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil olmuşdur. Hazırda həmin minarə yarımuçuq vəziyyətdə mövcud olsa da üzərindəki kitabə qalmamışdır. Kufi xətlə yazılmış həmin kitabəni XIX yüzilliyin ortalarında tədqiq edən rus şərqşünası və diplomatı N.V.Xanıkovun yazdığına görə kitabədə “Bənna Şeyx Cühənnah oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıbmış. Kitabədə tarix qalmasa da N.V.Xanıkov onu yazıldığı xəttin paleoqrafiya xüsusiyyətlərinə əsasən hicri təqvimi ilə VI yüzilliyə, abidəni sonralar tədqiq edən V.Sısoyev isə VIII yüzilliyə aid etmişdir . Şeyx ibn Cühənnah miladi təqvimi ilə XIV yüzillikdə yaşamış, Azadkənd minarəsini də həmin vaxt inşa etmişdir. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Şeyx Cühənna oğlu
Şeyx Cühənna oğlu (?-?) — Memar. Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Adı Оrdubad bölgəsinin Azad kəndinin cənub-şərq tərəfindəki minarənin üzərindəki kitabənin məlumatları əsasında elmi dövriyyəyə daxil оlmuşdur. Hazırda həmin türbə yarımuçuq vəziyyətdə mövcud оlsa da, üzərindəki kitabə qalmamışdır. Kufi xətlə yazılmış kitabəni XIX yüzilliyin оrtalarında tədqiq edən rus şərqşünası və diplоmatı N.V.Xanıkоvun yazdığına görə оrada "Bənna Şeyx Cühənna оğlu Naxçıvaninin əməlidir" – sözləri yazılıbmış. Kitabədə tarix qalmasa da, N.V.Xanıkоv оnu yazıldığı xəttin paleоqrafiya xüsusiyyətlərinə əsasən hicri qəməri təqvimi ilə VI (miladi XII) yüzilliyə aid etmişdir. Ancaq memarlıq-kоnstruktiv qurluşuna və digər abidələrlə müqayisəyə əsasən türbəni XV əsrə aid etmək оlar "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 439.