Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yukagir dili
Yukagir dilləri (yukagir-çuvan, odul) — Kolıma çayının sahillərində yaşayan Sibir xalqlarına aid olan yukagirlərinin dili. Əvvəllər yukagir-çukça dilləri geniş şimal-qərbi Asiya ərazisində yayılmışdı. XVIII əsrdən dil daşıyıcıları çukçalar və ruslar tərəfindən assimilyasiya edilib. == Ədəbiyyat == Крейнович Е. А. Юкагирский язык. М.-Л., 1958. Крейнович Е. А. Исследования и материалы по юкагирскому языку. Л., 1982 Курилов Г. Н. Юкагирско-русский словарь. Якутск, 1991. Николаева И. А., Хелимский Е. А. Юкагирский язык Arxivləşdirilib 2009-08-26 at the Wayback Machine // Языки мира: Палеоазиатские языки. Москва, 1997.
Yukagirlər
Yukagirlər (özlərini Detkil, Odul, Badu, alay) — Şərqi Sibirdə yayılmış xalq. Şimal-şərqi Sibirin köklü xalqlarındandırlar. "Yukagirlər" adı nədən irəli gəldiyi bilimir. Ola bilsin ki, bu adı onlara ruslar varmişlər. Bu ad XX əsrdə rəsmiləşmişdir. Ənənəvi məşğuliyyətləri — Balıqçılıq, Maralçılıq, vəhşi heyvanların ovlanması və xizək qoşqu itlərinin yetişdirilməsi. == Sayları və yayılması == 2002-ci ildə əhalinin siyahıya alınması zamanı 1509 nəfər olmaları müəyyənləşmişdir. Yukagirlər əsasən (Kolıma çayı hövzəsində) Saxa (1097 nəf.), Çukot Muxtar Dairəsi (185 nəf.), Maqadan vilayəti (79 nəf.), Novosibirsk vilayəti (1 nəf.(2013 il)). Saxa ərazisində Yukagirlər kompakt şəkildə "Olerindki Suktul" Nijnekolımski rayonunda (Nijnekolımski ulusu) yayılmışlar 2002-ci ilə olan yayılma arealı və sayları Saxa Respublikası: Andryoşkino kəndi — 197 nəf. Yakutsk şəhəri −189 Nelemnoye kəndi — 181 Yakugirlərin illərə görə sayları: == Dili == Yakugirlər öz növbəsində iri qəbilələrə bölünürdü.
Yukari Kinqa
Yukari Kinqa (d. 2 may 1984) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 100 oyun keçirib, 5 qol vurub.
Yukari Mizobe
Yukari Mizobe (27 dekabr 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Mizobe Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Yukari Murata
Yukari Murata (9 oktyabr 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Murata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Yüreğir
Yüreğir — Adana ilinin ilçəsi. == Tarix == Adananın mərkəz ilçəsi olan Yüreğir 5 iyun 1986-cı ildə bələdiyyə olmuşdur. Adını 1250-1352-ci illər arasında Oğuz boyundan biri olan Üçoxlara aid türk tayfasının buraya köç etməsi səbəbində almışdır. Adananın ən çox köç edilən ilçəsidir. == Əhali == 2018-ci ilin məlumatına görə ilçədə 415.198 nəfər yaşayır.
Yüreğir boyu
Yüreğir boyu və ya Üreğir boyu — Oğuz xan dastanında oğuzların 24 boyundan biri kimi qeyd edilir. Bu boyların Üçoq qolunun Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilmişdir. Simvolları qılıncdır. XIII əsrdə Çingiz xanın rəhbərliyindəki Monqol işğallarından qaçaraq Adananın Misis hövzəsində məskunlaşmış və XIV əsrdə Ramazanoğulları bəyliyini qurmuşlar. Bu bəylik uzun müddət Məmlük dövlətindən asılı vəziyyətdə yaşamış və XVI əsrdə Osmanlı sultan I Səlimin Misir səfərində Osmanlılardan asılı düşmüşdü. 1609-cu ildə Pir Mənsur bəyin istəyi əsasında Osmanlı torpaqlarına daxil edilmişdir. Hal-hazırda Misis, Cebelnur bağı, Yumurtalık, Ceyhan, Yüreğir bölgələrində yaşayan türkmənlər bu boydan gəlməkdədir.
Ramazan bəy Yüreğir
Ramazan bəy Yüreğir(? - 1353) - Oğuzların Yüreğir boyundan Ramazanoğulları sülaləsinin əsasını qoymuş türkmən bəyi. Ramazan bəy Yüreğirin barəsində məlumatlar çox azdır. Üçoqlar Məmlüklərin Çukurova istilası zamanı onlara kömək etmişdi. Bu səbəbdən Çukurova işğal edildikdən sonra Adana və Misisin idarəsi Ramazan bəyə tapşırılmışdı. 1353-cü ildə Misirdə Sultan Salihə qarşı üsyan başladı. Bu üsyana Hələb hakimi Bəyboğa və Zeynəddin Qaraca bəy Zülqədər də qoşuldu. Məmlük sultanı Türkmən bəyliyini Zülqədərli elindən alaraq Ramazan bəyə verdi. 1354-cü ildə Ramazan bəy öldüyü ehtimal olunur.
Kaqır Xan
Kaqır Maur Dıffin ael Keallax
Kaqır Maur Dıffin ael Keallax (pol. Cahir Mawr Dyffryn aep Ceallach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Nilfqaard cəngavəri, Geraltın dostu. == Bioqrafiya == Kaqır ael Keallax Nilfqaardın Vikovaro əyalətindən olan cəngavərdir. İmperator Emqır var Emreys onu iki dəfə Sirillanı tapmağa göndərir. Birinci dəfə Kaqır uğursuzluğa düçar olur və iki ilini həbsxanada keçirir. İkinci dəfə o Geraltla görüşür və onlar birlikdə Sirillanın axtarışına başlayırlar. Bu dəfə onlar şahzadəni Nilfqaarda çatdırmaq yox, xilas etmək istəyirlər. Gerlat və Kaqır tədricən dostlaşırlar. Vilqeforsun qəsrinə hücum zamanı Kaqır həlak olur. == Teleseriallarda == ABŞ istehsalı olan “Cadugər” teleserialında Kaqır rolunu İmon Farren canlandırmışdır.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. == Film haqqında == Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. == Film haqqında == Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.