Kaqır Maur Dıffin ael Keallax (pol. Cahir Mawr Dyffryn aep Ceallach) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Nilfqaard cəngavəri, Geraltın dostu.
Kaqır Maur Dıffin ael Keallax | |
---|---|
pol. Cahir Mawr Dyffryn aep Ceallach | |
Cadugər romanlar seriyası personajı | |
Yaradan | Andjey Sapkovski |
Canlandıran | İmon Farren |
Məlumat | |
Təxəllüslər | Qara lələkli cəngavər |
Cinsi | kişi |
Peşə | cəngavər |
Kaqır ael Keallax Nilfqaardın Vikovaro əyalətindən olan cəngavərdir. İmperator Emqır var Emreys onu iki dəfə Sirillanı tapmağa göndərir. Birinci dəfə Kaqır uğursuzluğa düçar olur və iki ilini həbsxanada keçirir. İkinci dəfə o Geraltla görüşür və onlar birlikdə Sirillanın axtarışına başlayırlar. Bu dəfə onlar şahzadəni Nilfqaarda çatdırmaq yox, xilas etmək istəyirlər. Gerlat və Kaqır tədricən dostlaşırlar. Vilqeforsun qəsrinə hücum zamanı Kaqır həlak olur.
ABŞ istehsalı olan “Cadugər” teleserialında Kaqır rolunu İmon Farren canlandırmışdır. Tənqidçilər qeyd edirlər ki, aktyorun hiyləgər üz quruluşu var və bu ona, rolun öhdəsindən gəlməkdə kömək edə bilər.[1]