Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yupiter
Yupiter (planet)Yupiter (mifologiya)
Seylor Yupiter
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. == İzah == Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur.
Yupiter (dəqiqləşdirmə)
Yupiter (planet)Yupiter (mifologiya)
Yupiter (ilahə)
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yupiter (mifologiya)
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yupiter (planet)
Yupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planet. Yupiter Günəşin kütləsinin mində birinə bərabər olsa da, digər planetlərin cəmi kütləsindən 2,5 dəfə çox kütləyə malik qaz nəhəngidir. Yupiter qədim dövrlərdən etibarən astronomlara məlumdur. Adının mənşəyi Roma mifologiyasında baş tanrı hesab olunan Yupiterdən qaynaqlanır. Yupiter Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir. Gecə səmasında Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir. Yupiter əsasən Hidrogendən təşkil olunsa da, kütləsinin dörddə birini Helium təşkil edir. Yupiter digər qaz nəhəngləri kimi qayalıq səthə malik deyildir, ancaq bərk maddələrdən təşkil olunmuş nüvəyə malik olması ehtimal olunur. Öz oxu ətrafında sürətlə dövr etməsi səbəbindən planet qütblərdən basıq, ekvatordan qabarıqdır. Planetin xarici atmosferi müşahidəsi mümkün olacaq şəkildə zolaqlara ayrılmış tərkib hissələrindən ibarətdir və bu bölmələrin kəsişmə sərhədlərində qasırğalar müşahidə olunur.
Yupiter (tanrı)
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Yupiter planeti
Yupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planet. Yupiter Günəşin kütləsinin mində birinə bərabər olsa da, digər planetlərin cəmi kütləsindən 2,5 dəfə çox kütləyə malik qaz nəhəngidir. Yupiter qədim dövrlərdən etibarən astronomlara məlumdur. Adının mənşəyi Roma mifologiyasında baş tanrı hesab olunan Yupiterdən qaynaqlanır. Yupiter Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir. Gecə səmasında Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir. Yupiter əsasən Hidrogendən təşkil olunsa da, kütləsinin dörddə birini Helium təşkil edir. Yupiter digər qaz nəhəngləri kimi qayalıq səthə malik deyildir, ancaq bərk maddələrdən təşkil olunmuş nüvəyə malik olması ehtimal olunur. Öz oxu ətrafında sürətlə dövr etməsi səbəbindən planet qütblərdən basıq, ekvatordan qabarıqdır. Planetin xarici atmosferi müşahidəsi mümkün olacaq şəkildə zolaqlara ayrılmış tərkib hissələrindən ibarətdir və bu bölmələrin kəsişmə sərhədlərində qasırğalar müşahidə olunur.
Yupiter (aerobatika eskadronu)
Yupiter Aerobatika Komandası (YAK) (ing. Jupiter Aerobatic Team (JAT)) İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd KAI KT-1 Woongbi təyyarəsi istifadə olunur. Təyyarələr ağ və qırmızı rənglərə boyanmışdır. Təyyarələr ağ tüstü generatorları ilə təchiz olunub. == Tarixi == 1996-cı ildə BAE Systems Hawk təyyarələri istifadə edən ilk komanda yaradılmışdır. Komandanın ilk uçuşu 1997-ci il 23 sentyabrda baş tutmuşdur. 2001-ci ildə Elang Biru eskadronu ilə birləşdi və Mavi Yupiter adlanmağa başladı. 90-cı illərdə baş verən iqtisadi böhrana görə həmin komanda da ləğv olundu.2008-ci ildə Yupiter Aerobatika Komandası yenidən quruldu və ilk ictimai uçuş noyabr ayında baş tutdu. 2 illik fasilədən sonra 2010-cu ildə komanda Roulettes eskadronu ilə birgə təlimlərə başladı.
Yupiter məbədi (Split)
Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir. Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir. Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi. == Təsviri == Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Yupiter və İo
Yupiter və İo — Renessans dövrü İtaliya rəssamı Antonio Korrecionun çəkdiyi rəsm əsəri. Əsər hazırda Avstriyanın Vyana şəhərindəki Kunsthistorisches Muzeyində saxlanılır.
Yupiterin halqaları
Yupiterin həlqələri — Bu günə qədər yalnız Saturnun halqaları olduğu bilinirdi. Başqa planetləri ziyarət edən kosmik gəmi Pioner 10 Yupiterin həlqələri olduğunu sübut etdi. Saturnun həlqələri kimi Yupiterin həlqələri də tozdan ibarətdir.
Yupiterin həlqələri
Yupiterin həlqələri — Bu günə qədər yalnız Saturnun halqaları olduğu bilinirdi. Başqa planetləri ziyarət edən kosmik gəmi Pioner 10 Yupiterin həlqələri olduğunu sübut etdi. Saturnun həlqələri kimi Yupiterin həlqələri də tozdan ibarətdir.
Yupiterin peykləri
Yupiterin 66 peyki var. Bu Günəş sistemi üçün maksimal nəticədir. Yupiterə ən yaxın peyk Metisdir.Ən uzaq peyk isə S/2003 J2-dir.Yupiterin və Günəş sisteminin ən böyük peyki Qanimed-dir.Bu peyk Merkuri planetindən böyükdür.Yupiterin 4 ən böyük peyki var. Bunlar Qanimed, Kallisto, İo və Avropadır. Jüpiterin bilinən 63 ədəd təbii peyki vardır. Bu peyklər orbitləri, ölçü və fiziki xüsusiyyətləri, və bu məlumatlara görə təxmin edilə biləcək meydana gəlmə mexanizmləri ilə çox böyük müxtəliflik göstərməkdədir. Jüpiterin, halqaları, maqnetik sahəsi və peykləri ilə birlikdə meydana gətirdiyi və kiçik bir günəş sistemini xatırladan bu kompleks quruluş, Günəş Sisteminin təkamülünü aydınlatabilecek çox sayda ipucları barındırmaktadır.Jüpiter 'in peykləri, yarı böyük oxu 128.000 ilə 28,5 milyon km arasında dəyişən çox geniş bir orbit yelpiyinə dağılmış vəziyyətdədirlər. Planetə bilinən ən yaxın peyk 1,79 RJ (Yupiter radiusu) uzaqlıqdakı orbiti ilə, Yupiter buludlarının yalnız 56.000 km üzərində yol alan Metis'tir. Bilinən ən uzaq peyk isə, 200 RJ yarıçapındaki orbiti ilə hələ rəsmi olaraq adlandırılmamış S/2003 J2 müvəqqəti adlı kiçik uydudur. Daxili orbitlərdə iştirak edən peyklər, Yupiterin ekvator müstəvisinə görə eğikliği yox deyiləcək qədər az və eyni şəkildə dışmerkezliği çox kiçik olan orbitlər zülmü səbəbiylə 'nizamlı peyklər' olaraq adlandırılar, və bu xüsusiyyətləri peyklərin Yupiterin meydana gəlməsi əsnasında meydana gəldiklərini düşündürər ..
Avropa (Yupiterin peyki)
Avropa, Yupiter II — Yupiter planetinin Qaliley peykləri arasındaki ən kiçiyi. Günəş sisteminin ən böyük altıncı təbii peyki. Avropa 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilmişdir. Yunan mifologiyasındakı ekvivalenti Zevs olan Roma tanrısı Yupiter tanrısının məşuqəsi Europa şərəfinə adlandırılmışdır. Aydan bir qədər kiçik olan peyk əsasən silikat daşdan, səthdə su-buz qarışıq qabıqdan və böyük ehtimalla dəmir-nikel nüvədən ibarətdir. Çoxu oksigendən ibarət seyrək atmosferə sahibdir. Avropanın səthi çat və cızıqlarla örtülmüşdür. Kosmosdaki əksər qatı planetlərin əksinə kraterleri çox azdır. Günəş sistemində bilinən obyektlər içərisində ən hamar səthə sahib olan kosmik obyektdir.Aparıcı bir nəzəriyyəyə görə Yupiterin nəhəng cazibə qüvvəsi altında Avropa dövri deformasiyaya uğrayır. Günəşdən çox uzaq olmağına baxmayaraq bu proses nəticəsində yaranan istilik ilə Avropanın okeanı maye halda qalır.
Kallisto (Yupiterin peyki)
Kalisto — Günəş sistemində Yupiter planetinin ikinci ən böyük peyki. == Haqqında == Kallisto Yupiterin ən böyük 2-ci, Günəş sisteminin isə 3-cü ən böyük təbii peykidir. 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilən və bu səbəbdən Qaliley peyklərinə aid edilən Kallisto bu qrupun ən uzaqda yerləşən peykidir. Günəş sistemində ən çox kraterə sahib göy cismidir. Səthi son 4 milyard ildə heç dəyişməmişdir.
Piter Petiqrü
Piter Petiqrü, Harri Potter seriyasında xəyali personajdır. Harri Potterin atası Ceyms Potterin ən yaxın dostlarından biridir. Eyni zamanda siçana dönüşə bilən bir animaqusdur. Buna görədə onun ləqəbi Qılquyruqdur. Uşaqlıq dönəmində Ceyms Potter və Sirius Blekə heyran olan Petiqrü; Harrini Voldemortdan qorumaq üçün Albus Dambldorun etdiyi Fidelius sehrinin sir tutanı olaraq seçilmişdir. Pitr gedib Potterların yerini Voldemorta demiş, Ceyms və Lilinin ölümünə səbəb olmuşdur. Sirius Blek olanları öyrəndiyində Petiqrünü bir küçədə sıxışdırır. Bunun üzərinə Petiqrü küçənin böyük bir qismini havaya uçurtmuşdur və siçana dönüşmədən öncə bir barmağını qopartıb kanalizasiyaya qaçmışdır. Bu hadisənin ardından illərcə Harri Potterin ən yaxın dostu Ron Uizlinin ev heyvanı Skabbers olaraq yaşamış və beləcə gizlənməyi başarmışdır. On üç il ərzində Uizlilərin ev heyvanı olaraq gizlənmiş olan Petiqrü bütün sehrbazlıq toplumu Sirius Blek tərəfindən öldürülmüş (12 maql ilə birlikdə) olaraq bilinirdi.
Piter Robinson
Piter David Robinson (ing. Peter David Robinson; 29 dekabr 1948[…], Belfast) — Şimali İrlandiyanın keçmiş birinci naziri və Demokratik Birlik Partiyasının lideri. İan Peyslinin lideri olduğu Demokratik Birlik Partiyasının fəal üzvü oldu. 1970-ci ildən Şimali İrlandiya siyasətində iştirak edir. 1980-ci ildə Robinson DUP-un vitse-prezidenti lideri seçildi.
Piter Sellers
Peter Sellers (ing. Richard Henry Sellers, 8 sentyabr 1925-ci il - 24 iyul 1980-ci il) — ingilis komediya aktyoru. Daha çox Pink Panter filmlərindəki "Müfəttiş Clouseau", "Doctor Strangelove, ya da bombadan qorxmamağı necə öyrəndim və onu sevdim" filmində oynadığı üç ayrı rola və Lolita (1962) filmində " Clare Quilty" rolları ilə tanınır. 1972-ci ildə Alisa möcüzələr ölkəsində filminə çəkilmişdir. Axırıncı filmi olan Being there filmində uşaq saflığına malik olan "Bağban Chance" rolu ilə o günə kimi oynadığı bütün obrazlardan fərqli bir iş yaratdı. Həmişə gülməli obrazlar yaradan atkyor bu rolla necə güclü dram oynaya bildiyini də göstərmişdi. == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Piter Senge
Piter Maykel Senge (Peter Michael Senge - 1947 də doğulmuş) bir Amerikalı bilim adamı və Massaçusets Texnologiya İnstitutu(MIT)nun Sloan Müdürlük Fakultəsində olan Qurumsal Öyrətim Mərkəzinin yönətmənidir. O 1990cu ildən buyana, Beşinci Disiplin: Öyrənən qurumların sənəti ilə məşqi( The Fifth Discipline: The art and practice of the learning organization) kitabının yazmağı ilə, dünya da adlım olmuşdur.
Piter Siqal
Piter Siqal (ing. Peter Segal; 20 aprel 1962, Nyu-York, Nyu-York ştatı) — ABŞ rejissoru, prodüseri, ssenaristi və aktyoru, əsasən komediya janrında filmlər çəkir.
Piter Siyyarto
Piter Siyyarto (30 oktyabr 1978, Komarom[d], Komarom-Esterqom, mac. Szijjártó Péter)— Macar siyasətçi, 2014-cü ilin 23 sentyabr tarixindən etibarən Macarıstanın xarici işlər naziri == Həyatı == Piter Siyyarto 30 oktyabr 1978-ci ildə Macarıstanın Esterqom əyalətinin Komarom şəhərində anadan olmuşdur. 1997-ci ildə Susor Derdeli Benedektin adına orta məktəbi bitirərək Budapeşt Korvinus Univeristetinə daxil olmuşdur. Burada beynəlxalq münasibətlər və idman menecmenti ixtisası üzrə təhsil almışdır. == Siyasi fəaliyyəti == Piter Siyyarto siyasi karyerasına 1998-ci ildə Dyör şəhəri bələdiyyə məclisinə seçilərək başlamışdır. O məclisin ən gənc üzvü idi. Siyyarto həmçinin FİDES-in Dyördəki gənclər təşkilatının yaradıcısı və ilk rəhbərlərindən biri olmuşdur. 2001-ci ildə Siyyarto FİDES partiyasının sədr müavini seçildi və FİDES Milli Şurasına üzv oldu. Bundan başqa o, 2002–2006-cı illər ərzində Macarıstan Milli Məclisinin üzvü olmuşdur. Gənc siyasətçi 2004-cü ildə Gənclik və İdman Nazirinin müavini vəzifəsinə təyin edildi.
Piter Zeyeman
Piter Ziman (25 may 1865[…] – 9 oktyabr 1943[…], Amsterdam[…]) — Oksford, Gettingen, Strasburq, Qlazqo, Brüssel və Paris Univesitetlərinin fəxri doktoru, dünya şöhrətli fizik, Fizika üzrə Nobel mükafatı laureatı. == Həyatı == Piter Zeyeman 1865-ci ildə Hollandiyanın Zonnenmayr kəndində, din xadimi ailəsində dünyaya gəlmişdir. Gəncliyində latın və yunan dillərini öyrənmiş Ziman elmi tədqiqatlara maraq göstərmiş və 1885-ci ildə Leyden universitetinə daxil olmuşdur. Orada məşhur fiziklər Hayke Kamerlinq-Onnes və Hendrik Lorensin rəhbərliyi altında elmi fəaliyyətlə məşğul olmuşdur. Yüksək səviyyədə elmi təcrübə aparmaq bacarığı ona 1892-ci ildə Harlem Elmi Cəmiyyətinin qızıl medalını qazandırmış və bir il sonra doktorluq elmi dərəcəsi almasına təkan vermişdir. == Fəaliyyəti == Zimanın əsas təcrübə sahəsi maqnetizm və işıq hadisəsinə aid idi. Piter Zimanadək yalnız iki maqnit-optik halı bilinirdi. Bunların biri şotland fiziki Kerr, digəri isə ingilis alimi Maykl Faradey tərəfindən kəşf edilmişdi. Ziman isə işığın özünü deyil, mənbəyini tapmaq üçün bir sıra təcrübələr aparmışdır. Onun əsas məqsədi 1860-cı illərdə Maksvell tərəfindən yaradılan, daha sonra Lorensin inkişaf etdirdiyi elektromaqnit nəzəriyyəsinin araşdırılması idi.
Yupiklər
Alyaska yupikləri və ya qısa formada Yupiklər (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq. 5 yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərini digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır. Alyaska yupikləridə digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlıların ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasını digər dörd yupik xalqından qabaq başlamışlar. Bütün yupik xalqlarında oluğu kimi Alyaska yupikləridə Şamanizm dini böyük yer tutur.
Piter Boddert
Piter Boddert (nid. Pieter Boddaert; 26 may 1730[…] – 6 may 1795, Utrext, Utrext) — Niderland həkim və təbiətşünası.
Piter Şilton
Piter Lesli Şilton (18 sentyabr 1949, Lester; ing. Peter Leslie Shilton) - məşhur ingilis futbol qapıçı.
Yulilər-Klavdilər
Yulilər-Klavdilər — Qədim Romada ilk imperator sülaləsi olub e.ə. 27-ci ildən başlayaraq eramızın 68-ci ilinə qədər hökm sürmüşdür. Sülalə Yuli Sezarın oğulluğa götürmüş olduğu Qay Oktaviandan başlasa da, davamlılığı öz övladı olmadığı üçün arvadı Livi Druzillanın Böyük Tiberi Klavdi Neronla olan birinci nikahından dünyaya gəlmiş Neron vasitəsilə mümkün olmuşdur.