Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəmindar
Zəmindar — Dehli sultanlığında hərbi xidmət müqabilində dövlətdən torpaq alan şərti torpaq sahibi. Торнер Д. «Аграрный строй в Индии», Москва 1959.
Səməndar İsmayılzadə
Səməndər Vahid oğlu İsmayılzadə (25 avqust 1990; Yevlax, Azərbaycan SSR — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Səməndar İsmayılzadə 1990-cı il avqustun 25-də Yevlax şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səməndar İsmayılzadə oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Cəbrayılın azadlığı uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməndar İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seminar
Seminar — bir akademik müəssisədə, ya da kommersiya və ya peşəkar təşkilat tərəfindən təklif olunan akademik təlimat forması. Seminar təkrarlanan görüşlər üçün kiçik qrupları bir araya toplamaq, hər dəfə iştirak edən hər kəsin iştirak etməsi tələb olunan müəyyən bir mövzuya diqqət yetirmək funksiyasına malikdir. Buna tez-tez seminar rəhbəri və ya təlimatçı ilə davam edən Sokratik dialoq və ya tədqiqatın daha rəsmi təqdimatı vasitəsilə nail olunur. Əslində, bu, planlaşdırılan oxuların müzakirə olunduğu, sualların qaldırıla biləcəyi və debatların keçirilə biləcəyi yerdir. Seminar sözü alman dilindən götürülmüşdür (ümumi isim kimi həmişə böyük hərflə Seminar kimi yazılır) və "toxum sahəsi" mənasını verən latın "seminarium" sözündən əmələ gəlir. Seminarın kök sözü spermadır (latınca "toxum" deməkdir). "Seminar" termini çox vaxt xaricdən gələn tədqiqatçı tərəfindən verilən və əsasən akademiklər, tədqiqat işçiləri və aspirantların iştirak etdiyi tədqiqat işini təsvir etmək üçün istifadə olunur. Seminarlar tez-tez müntəzəm silsilələr şəklində keçirilir, lakin hər bir seminar adətən həmin məruzəçinin seçdiyi mövzu üzrə fərqli məruzəçi tərəfindən aparılır. Belə seminarlar adətən təhsil kursunun bir hissəsi deyil və buna görə də adətən heç bir qiymətləndirmə və ya kreditlə əlaqələndirilmir. Bəzi Avropa universitetlərində seminar, xüsusən də tanınmış bir mütəfəkkir tərəfindən təqdim olunarsa (auditoriyanın böyüklüyündən və tələbələrin müzakirədə iştirak etməsindən asılı olmayaraq) geniş mühazirə kursu ola bilər.
Metodoloji Seminar (1986)
Metodoloji seminar (film)
Metodoloji seminar (film, 1986)