RU

is. [ fars. ] klas. Üz, çöhrə.
Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb; Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş. M.P.Vaqif.
Düşübdür xəyalım yarın ruyinə; Can quşu bənd olub zülfü muyinə. M.V.Vidadi.
Zülfün ki, tutub ruyunu, çox qorxuram ondan; Aləm toxunar bir-birinə zülmət olanda. Ə.Vahid.

□ Ruyi-zəmin klas. – Yer üzü; dünya, aləm.
Bu şəhri-Qəzvində bir nəfər nabəkar peyda olubdur ki, cəmi-ruyi-zəmində ondan qətlə müstəhəq bir kimsənə tapılmaz. M.F.Axundzadə.

RÖYA
RUBA

Значение слова в других словарях