Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).
Miralem Pyaniç
Miralem Pyaniç (Serbo-Xorvatca tələffüz: [mirâːlem pjâːnitɕ]; 2 aprel 1990[…], Tuzla) — Bosniyalı futbolçudur. Yarımmüdafiəçi mövqeyində Seriya A klublarından biri olan "Yuventus" da və Bosniya və Herseqovina millisində oynayır. Pyaniç peşəkar karyerasını bir mövsüm oynadığı Metsdə başladı. 2008-ci ildə "Lion" a transfer olundu və üç mövsüm orada oynadı. 2011-ci ildə "Roma" ilə müqavilə bağladı. Romada İtaliya A Seriyasının ən yaxşı yarımmüdafiəçi seçildi. 2016-cı ildə "Yuventus" la müqavilə imzaladı. Pyaniç Yuventus ilə Serie A və Coppa Italiaya turnirlərində qalib gəldi və 2015-16, ardınca 2016-17-ci illərdə Serie A-da rəmzi komandada yer aldı. O, həmçinin "Yuventus" un 2016-17-ci illərdə Çempionlar Liqasındakı final oyununa verdiyi töhfələrə görə UEFA Çempionlar Liqası mövsümü komandasına seçildi. Lüksemburq millisində də oynayan Pyaniç ilk milli görünüşünü 2008-ci ildə Bosniya və Herseqovina ilə birlikdə etdi.
La-Salveta-Perales
La-Salveta-Perales (fr. La Salvetat-Peyralès, oks. La Salvetat de Peiralés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Perales kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12258. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 33 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1068 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 533 nəfər (15-64 yaş arasında) 360 nəfər iqtisadi fəal, 173 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67,5%, 1999-cu ildə bu göstərici 62,2%) idi.
Salveta-Perales (kanton)
Salveta-Perales (fr. Salvetat-Peyralès) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1243. Salveta-Perales kantonuna cəmi 7 kommuna daxildir, onlardan ən əsası La-Salveta-Perales kommunasıdır. 2006-cı ildə əhalinin sayı 1 899 nəfər təşkil edirdi.
Çehalem Hava Limanı
Çehalem hava limanı (ing. Chehalem Airpark) - Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında Yamhill dairəsinin Nyuberq şəhəri ərazisində, dəniz səviyyəsindən təxminən 58 m hündürlükdə yerləşən, 696 m uzunluğunda uçuş zolağı olan və mülki uçuşlar üçün yararlı aeroport. Uçuş-eniş zolağı asfalt təbəqə ilə örtülmüşdür.