ZƏROŞ

“zər”ilə başlayan adların əzizləmə forması; qızılcıq; əziz və qiymətli..
ZƏRNURƏ
ZƏRÖVŞƏ
OBASTAN VİKİ
Zəroş Həmzəyeva
Zəroş Mirzəbağır qızı Həmzəyeva (Əliyeva) (22 mart 1925, Nehrəm – 6 iyun 2004, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), "Şöhrət" ordenli (2000)‚ Prezidentin fəxri təqaüdçüsü (1995). == Həyatı == Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan MSSR-in Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra "Həmzəyeva" soyadını daşıyıb. Aktrisa kimi də məhz "Zəroş Həmzəyeva" kimi məşhurlaşıb. Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib. Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb.