Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərbxana
Zərbxana-valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyektdir.
Darbxanə
Darbxanə, Osmanlı Dövlətində pul kəsilən yer. Darbxanənin tarixi qədimlərə söykənir. Osmanlı Dövlətində ilk pul Osman Qazi zamanında düzəldiyi məlum olursa da, harada buraxıldığı bilinmir. Məlum olan ilk Osmanlı darbxanəsi, Orxan Qazi zamanında pulların qoyulduğu Bursa darbxanəsidir. Sonralar Səlcuqlular dövründə olduğu kimi, Osmanlı Türkləri də, bir çox yerlərdə xüsusən qızıl, gümüş və mis yataqlarının yerləşdiyi ərazilərdə darbxanələr qurdular. 1453-cü ildə İstanbulun fəthi ilə birlikdə Fateh Sultan Mehmet, pul üçün ayrı-ayrı darbxanələr qurdurdu. Pulcuq basılan yerə pul darbxanəsi deyilirdi. Osmanlı Dövlətinin, başda İstanbul olmaqla Bursa, Ədirnə, Amasiya Ayasuluğ, Üsküb, Belqrad, Serez, Diyarbəkir, Hələb, Bağdad, Tripoli, Əlcəzair, Tunis, Misir, Bosnasarayı və Tiflis şəhərlərində darbxanələri vardır. Sultan III Mustafa dövründən etibarən Misir, Tripoli, Tunis və Əlcəzair xaricindəki darbxanələr ləğv edildi. Darbxanə əvvəlcə saray xaricində Bəyazid ilə Koska arasında Simkeşxanə Xanda ikən, sonradan sarayın birinci həyətinə və indiki yerinə köçürülüb.
Gərmxanə
Gərmxanə (fars. گرمخانه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (43 ailə).
Zərdxana (Əhər)
Zərdxana (fars. زردخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (26 ailə).
Zerixan (Urmiya)
Zerixan (fars. ‎‎‎زري خان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.