Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. == Etimologiyası == Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar.Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q.Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir. == Tarixi == Qazaka şəhəri Atropatena dövlətinin paytaxtı olmuşdur.
Zazaki
Zaza dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar.
Cənubi Zazaca
Cənubi Zazaca - Zaza dilinin bir ləhçəsi, Cənubi Zazaca Türkiyənin cənubi şərqi Anatoliya məntəqəsində, Diyarbakır, Şanlıurfa və Adıyaman vilayətlərində danışılır.
Azzaba
Azzaba (Əlcəzair)
Bazuka
Bazuka(bazooka) İkinci dünya müharibəsi dövründə istifadə olunan və Amerika Birləşmiş Ştatları istehsalı olan bir antitank daşına bilən silahıdır. İstifadə olunduğu dövrlərdə ABŞ ordusunun piyada qüvvələri tərəfindən istifadə olunan əsas antitank silahı olmuşdur. Bu silah yüksək partlayıcılı antitank (High Explosive Anti-tank /HEAT) döyüş başlığına malik ilk antitank silahlarından biridir. Alman silahlı qüvvələri də bu silahın dizaynına uyğun dərhal silah istehsal etmişdirlər. Bu silah 88 mm-lik Raketenpanzerbüchse silahıdır.
Kamaka
Kamaka adası (fr. Kamaka) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Adanın sahəsi 0,5 km²-dir. Maksimal hündürlüyü 166 metrdir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada 4 nəfər yaşayır.
Kazarka
Vəhşi qaz (lat. Branta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Ümumi xüsusiyyəyləri == Vəhşi qazlar ölçüsünə görə qazlardan kiçikdirlər. Onların boyunları və dimdikləri nisbətən qısa olur. Vəhçi qazların uzunluğu 60sm-ə, kütləsi isə 8 kq-a qədər olur. Vəhşi qazların hazırda 6 növü var. == Yayılması == Havay qazından başqa digər növləri Avrasiya və Şimali Amerikada yüvalayır..
Lavaka
Lavaka - (rus. лавака, ing. lavaka) rütubətli tropiklərdə suffozion- erozion mən­şəli mənfi relyef forması; günbəz­vari yüksəkliyin qabarıq yamacına, bə­zən isə platonun kənarlarına kə­sil­miş olur. Uzunluğu 150- (2 km-dək), eni 100- (300 m-dək), dərinliyi 30- olur.
Lazika
Lazika - Gürcüstanda Qara dəniz sahilində inşası nəzərdə tutulan yeni şəhər. Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş Bidzina İvanişvili “Forbes” jurnalına müsahibəsində Mixail Saakaşvilinin “Arzular şəhəri”nin layihədən çox anekdota bənzədiyini, bunun ona çox gülməli gəldiyini söyləyib. Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəzifəsinə namizəd olan keçmiş futbolçu Kaxa Kaladze isə bildirib ki, Gürcüstan prezidenti Mixail Saakaşvilinin “Arzular şəhəri” adlandırdığı Lazika şəhərinin tikintisi davam etdirilməyəcək.
Mazama
Mazama (lat. Mazama) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Oaxaka
Oaxaka — Meksikanda ştat. Mərkəzi Oaxaca de Juárez şəhəridir.
Raraka
Raraka (fr. Raraka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Fakaravadan 40 km şərqdədir. == Coğrafiya == Ensiz üzük formasına malikdir. Atollun sahəsi 7,2 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Fakarava kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Sazakan
Sazakan - türk ve altay mifologiyasında Qasırğa Cini. Yaz mövsümündə buludların arasında gəzir. Baharda yağışdan əvvəl ortaya çıxır. Əjdahaya bənzəyən böyük bir varlıqdır. Buynuzları vardır. Heç gözlənilməz bir qar fırtınası və tipi bastırırsa və ya birdən yağış başlayarsa "Sazakan oynayır" deyilər. Yağışı gücləndirir, şimşəyin daha şiddətli çaxmasına səbəb olar. Çox çox oynasa ağaclar kökündən sökülür, evlər yıxılar. Sonra yerin altına girib itər. Girdiyi yerdə dərin bir çuxur meydana gələr.
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. == Ərazi bölgüsü == İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür == Tarixi == Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Zazalar
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada yaşayan xalq . == Məskunlaşma == Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . === Türkiyədə === Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . == Subetnik qruplar == Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : ZazaDeylemi ÇarojlarDimilibacalan şəbək sarlı avroman == Zaza tayfaları == Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .
Zazalı
Zazalı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tarixi sənədlərdə kəndin 1828-ci ildən sora salındığı göstərilir. Yaşayış məntəqəsi Zaqafqaziya d.y. xəttinin çəkilişindən (1883) sonra inkişaf etməyə başlamışdır. Kənddə xəlfəli tayfasına mənsub ailələr məskun­laşmışlar. Bəzi tədqiqatçılar oykonimi zaza tayfasmın adı ilə əlaqələndi­rirlər. Zazaların orta əsrlərdə İranda və Tür­kiyənin Siverek mahalında yaşamaları qeydə alınmışdır. Amma kəndin etnik mənzərəsi göstərir ki, kənd əhalisi qarapapaq (tərəkəmə) türklərindən ibarətdir. Qarapapaq türkləri isə Oğuz-Səlcuq axınları zamanı XI əsrdə Azərbaycana Mərkəzi Asiyadan gələn türk xalqıdır. Demək kənd adı İrandilli yox, türkdilli toponimdir.
Zzzaks
Zzzaks (ing. Zzzax) — Marvel Comics tərəfindən 1973-cü ildə yaradılan anti-qəhrəman personaj. Əzəli və əbədi düşməni Halkdır. == Nəşr olunma tarixi == Zzzaks Stiv Enqlhart və Herb Trimp tərəfindən yaradılmışdır. İlk dəfə "İnanılmaz Halk" (ing. "Incredible Hulk") komiksinin 166-cı buraxılışında görülmüşdür. == Bioqrafiya == Zzzaks insan deyildir. Nyu York şəhərində yerləşən Edison Atom Elektrik Stansiyasında baş verən təxribat zamanı elektrikdən yaranmışdır.Terroristlərin dinamonu dağıtması zəncirvari nüvə reaksiyası başlatmış, yaranan vəziyyətdə enerji gözlənilmədən hərəkətə keçərək terroristlərin və bir neçə işçinin zehnini əmərək özünə çəkmişdir. Onların zehinlərindən və elektrik enerjisindən istifadə etməklə bu varlıq humanoid olmuş və şüura sahib olmuşdur. Özünü Zzzaks adlandıraraq Halk və Şahingözlə döyüşmüşdür, amma məğlub olmuşdur.Zzzaks daha sonra qayıdaraq Çikaqodakı tədqiqat mərkəzinə hücum etmişdir.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
Amiri Baraka
Amiri Bakara (7 noyabr 1934, Nyuark - 9 yanvar 2014, Nyuark) — Afroamerikalı yazıçı və şair. Əsl adı Everett Leroy Consdur. 1960-cı ildə ədəbiyyatda yeni cığır açan "Qara İncəsənət Hərakatı"nın banisi sayılır. Bu hərəkatla ədəbiyyatın irqçiliyə qarşı silah kimi istifadə oluna biləcəyini göstərmiş, yazdığı sosialist və anti-irqçi əsərləri ilə ədəbiyyata yenilik qazandırmışdır. Sistemə qarşı öz narazılığını əks etdirən oyun və şeirləri ilə tanınan Amiri Baraka 79 yaşında ABŞ-nin Nyu-Cersi ştatında vəfat edib. == Əsərləri (ingiliscə) == Preface to a twenty volume suicide note; poems. Blues people: Negro music in white America. Dutchman and The slave, two plays. The dead lecturer; poems. The system of Dante's Hell; a novel.
Asuna Tanaka
Asuna Tanaka (d. 23 aprel 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 39 oyun keçirib, 3 qol vurub.
Azzaba (Əlcəzair)
Azzaba (ərəb. عزابة‎) — Əlcəzairin Skikda vilayətində kommuna. Mədən bölgəsidir. Bir qrup civə vulkanogen-hidrotermal yataqları var. Ümumi ehtiyatları 12 min ton civədir. Filizdə civənin tərkibi 1,15% təşkil edir. Açıq mədən hasilatı təqribən 0,7 min tondur (1987).Kommuna çoxsaylı Roma xarabalıqlarının yerləşdiyi bir ərazidə salınmışdır. Fransa müstəmləkəçiliyi dövründə Jemmap adlanan kommunanın adı Əlcazirin müstəqillik dövründə dəyişdirilmişdir.
Balaka (mahal)
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. == Coğrafiya == Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. == Əhali == Balaka dairəsində 316,748 nəfər yaşayır.