Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərnurə Həmidova
Zərnurə Həmidova (Həmidova Zərnurə Ənvər qızı d.1984-cü il Bakı şəhəri) — AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi katibi. Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Həmidova Zərnurə Ənvər qızı 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bakalavr pilləsini, 2006-cı ildə həmin universitetin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturasına qəbul olunub və 2011-ci ildə “Sel təhlükəli ərazilərin relyefinin morfodinamiki gərginliyinin qiymətləndirilməsi (Böyük Qafqazın cənub yamacı timsalında)” mövzusunda dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. == Elmi fəaliyyəti == 2011-ci ildən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 2016-cı ildən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib. == Elmi əsərləri == 1. Экзодинамические напряженные поля Восточного Кавказа (в пределах Азербайджана) // Вопросы географии и геоэкологии, Алматы, апрель-июнь, 2008, с.
Zeyxur
Gədəzeyxur — Azərbaycanın Qusar rayonunda kənd. Yuxarı Zeyxur — Azərbaycanın Qusar rayonunda kənd. Zeyxuroba — Azərbaycanın Xaçmaz rayonunda kənd. Hazırda Xanoba adlanır.
Aynurə Həşimova
Aynurə Abdulla qızı Həşimova — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Təsviri Sənət Qalereyasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru (2015). == Həyatı == Həşimova Aynurə Abdulla qızı 29 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1993–1997-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. 1998–2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsini bitirib. 2002–2005-ci illərdə həmin Akademiyada magistr təhsili alıbdır. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun dissertantı olaraq "Dizayn tərkibli təsviri incəsənət məşğələlərində uşaqların təfəkkürünün və qabiliyyətlərinin inkişafı imkanları" mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2001-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Fərdi sərgiləri keçirilib, dövlət tədbirlərinin yüksək səviyyədə təşkilinə görə dəfələrlə fəxri fərmanlarla , diplomlarla , təşəkkürnamələrlə təltif edilibdir. 2007-ci ilədə Bakı Şəhər Təhsil İdarəsinin fəxrə fərmanı ilə təltif edilib. 2006-cı il 10 may Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.
Aynurə İmranova
Aynur İmran (tam adı: Aynurə İmran qızı İmranova; 11 noyabr 1976, Zərdab rayonu) — Azərbaycan jurnalisti və siyasətçisi. == Həyatı və təhsili == Aynur İmran 11 noyabr 1976-cı ildə Azərbaycan Respublikasının Zərdab rayonunda ziyalı ailəsində anadan olub. 1982-1993 cü illərdə Zərdab rayon Həsən bəy Zərdabi adına 1 nömrəli məktəbini bitirən Aynur İmran 1993-1997 cü ilində Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının magitsr dərəcəsinə yiyələnmişdir. 2012-2013 illərində Avropa Şurasının mərkəzi Fransanın Strasburq şəhərində yerləşən Siyasi biliklər Məktəbindən də məzun olub. 2021-ci ildə QS Runkihg siyahısında Rusyanın ilk 300-ə daxil olan yeganə universiteti Rusiya Xalqlar Dostluğu Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantura təhsilinə haqq qazanıb. Hal-hazırda təhsilini davam etdirir. == Jurnalistika fəaliyyəti == Fəaliyyətə 1994-cü ildə "Müxalifət" qəzetinin jurnalisti kimi başlayıb. "Cümhuriyyət" qəzetində, ANS ÇM radiosunda, "Yeni Müsavat", "Azadlıq" qəzetlərində , Azad Azərbaycan Televiziyasında jurnalist və redaktor fəaliyyətində olub. 2010–2013-cü illərdə inetrnet televiziyası olan Kanal 13-də siyasi debatlardan ibarət olan "Aktual" proqramını aparmağa başlayıb. == İctimai-siyasi fəaliyyəti == 1993-cü ildən 2003-cü ilə qədər Müsavat Partiyasının sıralarında fəaliyyət göstərib.
Yuxarı Zeyxur
Yuxarı Zeyxur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Yuxarı Zeyxur kəndi Həzrə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Zeyxur kənd Soveti yaradılmışdır. == Toponimikası == Oykonimin əsasını Zeyxur komponenti təşkil edir. Yerli əhali arasında Qala adlanan xarabalıq (Samurçayın çökəkliyində) keçmiş Zeyxur kəndinin qalıqları sayılır. Zeyxur sözü ləzgi dilindəki tsey (yeni) və xur (kənd) komponentlərindən ibarət olub, "yeni kənd" mənasındadır. Yuxarı sözü kəndin adına onu eyniadlı digər yaşayış məntəqəsindən (Zeyxur) fərqləndirmək və kəndin yerləşdiyi coğrafi mövqeyi bildirmək məqsədilə artırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1020 nəfər əhali yaşayır.
Zeynul Abedin
Zeynul Abedin (benq. জয়নুল আবেদিন) — Banqladeş rəssamı. Onun əsas əsərləri xalq həyatı mövzularına həsr olunub, onlardan ən məşhuru "1943 -cü ildə Benqaliyada aclıq" qrafik seriyasıdır. == Gənclik və təhsil == Zeynul Abedin 29 dekabr 1914-cü ildə Şərqi Benqaliyada yerləşən Maymansinqhdə anadan olmuşdur. Atası Təmizuddin Əhməd polis müfəttişi, anası isə evdar qadın idi. O, demək olar ki, bütün uşaqlığını Brahmaputra çayının yaxınlığında keçirmişdir. Daha sonra Brahmaputra çayı onun bir çox rəsmlərində əks olunmuş və həyatı boyu əsas ilham mənbəyinə çevrilmişdir. 1933-cü ildə Zeynul Abedin Kəlkətə Dövlət İncəsənət Məktəbinə daxil olmuşdur. Abeninin Brahmaputra çayına həsr etdiyi bir sıra akvarellər 1938 -ci ildə Bütün Hindistan Sərgisində Qubernator Qızıl medalını qazanmışdır. Beləliklə, Zeynul Abedinin özünəməxsus üslubu yaranmışdır.
Eynur Abdullayev
Eynur Abdullayev (d. 14 avqust 1968; Zəngilan, Azərbaycan - ö. 29 oktyabr 1993; Zəngilan, Azərbaycan) — Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Eynur Abdullayev 1968-ci ilin 14 avqust günündə Zəngilan rayonunun Ağbiz kəndində anadan olub. Abdullayev 1985-ci ildə İsgəndərbəyli kənd orta məktəbini bitirib. Sovet ordusunda hərbi xidmət keçib və bir müddət polis çalışıb. == Qarabağ müharibəsi == Eynur Abdullayev 1993-cü ildə Azərbaycan Milli Ordusunun sıralarına könüllü kimi daxil olub. 1993-cü ilin 29 oktyabr tarixində Zəngilan rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Valentina Zenere
Valentina Zenere (15 yanvar 1997, Buenos Ayres) — Argentinalı aktrisa, model və müğənni. O, əsasən Soy Luna və Juacas seriallarında Amber Smit və Casi Angeles teleserialında Alai İnkausti rolları ilə tanınır. == Karyerası == Zenere 2014-cü ildə hələ məktəbdə oxuyarkən müxtəlif reklamlarda rol almışdır.2010-cu ildə ona ən çox uğur qazandıran serialı Casi Angeles-də Alai İnkausti rolunda yer aldı. Bundan başqa teatr və televiziya çəkilişlərində kiçik rollar almışdır. Həmçinin Les Miserables-də də rol almışdır.Zenere hazırda İspaniyanın Madrid şəhərində yaşayır.
İmam Zeynül-Abidin
Əli ibn Hüseyn (4 yanvar 659, Mədinə – 20 oktyabr 713, 714 və ya 750, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır. İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü. Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir. Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.