Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zilviyə
Zilviyə — Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin özünəməxsus şirniyyat növlərindən biri də Zilviyədir. Eyni zamanda zilviyənin hazırlanması ərəb ölkələrində, İran və Hindistanda da geniş yayılmışdır. Bu şirniyyat ərəb ölkələrində zlabiyə, zilabiyə, İranda zulbiyə, Hindistanda isə həm də jaləbi adı ilə tanınır. Keçmişdə Zilviyə Gəncə şəhərində Novruz bayramının əsas atributlarından biri hesab olunurdu. Zilviyəni əsasən Novruz bayramına bir neçə gün qalmış bişirər və bayram axşamı süfrəyə düzərdilər. Bayram axşamı süfrəyə qoyulan hər bir şirniyyat və çərəz özündə Novruzla əlaqədar müəyyən mənanı daşıdığı kimi, ən çox sarı və qırmızı rənglərdə bişirilən dairəvi formalı zilviyələr də martın 21-də gecə ilə gündüzün bərabərliyinə işarə imiş. Özünəməxsus dadı, ətri və rəngbərəng görünüşü ilə seçilən bu qədim şirniyyat növünün hazırlanması uzun vaxt və böyük zəhmət tələb etdiyindən artıq unudulmaq üzrədir. == Tərkibi == 3 stəkan un, 10 qr maya, 1 stəkan qatıq, 2 xörək qaşığı nişasta, 3 ədəd yumurta, 1,5 stəkan şəkər tozu, 1,5 stəkan su, 1,5 stəkan bitki yağı. == Hazırlanması == Buğda unu, yumurta ağı, qatıq, nişasta və maya həmçinin şərbət üçün şəkər və su, qızartmaq üçün isə bitki yağı götürülür. Zilviyə üçün 1 stəkan una 10 qr maya və ilıq su qatılmaqla xəmir yoğrulur.
Silvin
Silvin — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – rəngsiz, ağ, süd və qar kimi ağ, boz, sarımtıl, qırmızımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, yağlı, tutqun; Şəffaflıq – şəffafdan işıqkeçirənədək; Sıxlıq – 1,9-2,0; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – pilləli, hamar; Başqa xassələr – suda yaxşı həll olma; hiqroskopiklik; kəskin acı-şor dad, yüksək istilikkeçirmə; şəffaf kristalların qısa dalğalı şüaları keçirmə qabiliyyəti; Morfologiya – kristallar: kütləşmiş bucaqlı heksaedik, nisbətən az hallarda oktaedrik; İkiləşmə: {111} üzrə tez-tez rast gəlir; Mineral aqreqatları: dənəvər bütöv kütlələr, nazik təbəqəciklər, nadir hallarda druzalar. == Mənşəyi və yayılması == Duz hövzələrinin quruması nəticəsində xemogen yolla halitdən sonra çökür və yayılmasına görə ondan xeyli geridə qalır. Törəmə silvin karnallitin pozulması ilə əlaqədar olaraq kristallaşır. Duz yataqlarında, silvinitlərdə – halogen çökmə halit- silvin süxurlarında rast gəlir. Sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında və lava axınlarının səthində nazik təbəqəciklər əmələ gətirir. Birlikdə rast gəldiyi minerallar: halit, anhidrit, karnallit, kianit, kizerit və s. Mineralın tapıldığı yerlər: Solikamski yatağı, Kamçatka yarımadasə (Rusiya); Kaluşski və Stebnikski yataqları (Ukrayna); Pripyat hövzəsi (Belarus); Maqdeburq və Stasfurt (Almaniya); İtaliya; Sirles gölü (ABŞ); Ölü dəniz; Mayo mədənləri (Hindistan) və çoxsaylı digər məntəqələr. Azərbaycanda Masazır və Böyükşor özüçökən duz yataqlarında (Abşeron yarımadası) və bir sıra başqa məntəqələrdə kəskin üstünlük təşkil edən halitlə sıx assosiasiyada qeyd olunur.
Silviya
Silviya — ad. Silviya Popoviç — Serbiya voleybolçusu. Silviya Plat — Amerikalı şair və yazıçı. Silviya Rayt — futbolçu.DigərSilviya (park) — Qatçina muzey-qoruğunun tərkibinə daxil olan park.
Ziviyə
Ziviyə dəfinəsi — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. ‎Ziviyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Milliy stadionu
Milliy stadionu (özb. Milliy Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. == Haqqında == Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Silvia Toffano
Silvia Toffano (d. 5 yanvar 1985; Venesiya, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Silvia Toffano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Silvio Berluskoni
Silvio Berluskoni (it. Silvio Berlusconi; 29 sentyabr 1936[…], Milan, İtaliya krallığı[…] – 12 iyun 2023, Milan) — İtaliyanın keçmiş baş naziri. 1994-cü ildə İtaliyada keçirilən parlament seçkiləri öncəsi yaradılmış Forza İtaliya siyasi hərəkatının başçısı olub. 1994–1995, 2001–2006 və 2008–2011-ci illərdə dörd hökumətdə İtaliya Baş naziri vəzifəsində çalışmışdır. 1994–2013-cü illərdə Deputatlar Palatasının üzvü olub; 2013-cü ilin martından noyabr ayına və 2022-ci ildən 2023-cü ilə qədər Respublika Senatının üzvü; 1999-cu ildən 2001-ci ilə qədər və 2019-cu ildən 2022-ci ilə qədər Avropa Parlamentinin (MEP) üzvü olmuşdur. 2023-cü ilin iyun ayına olan xalis sərvəti 6,9 milyard ABŞ dolları olan Berluskoni İtaliyanın üçüncü ən varlı adamı idi. == Həyatı == 29 sentyabr 1936-cı ildə anadan olmuşdur. Hüquq təhsili almışdır. "İrəli İtaliya" siyasi hərəkatının və "Azadlıq xalqı" Partiyasının yaradıcısı və sədri olub. 1993-cü ildə "İrəli İtaliya" siyasi hərəkatını təsis etmişdir.
Silvio Piola
Silvio Piola (it. Silvio Piola; 29 sentyabr 1913[…] – 4 oktyabr 1996) — 1929-1954-cu illər arasında futbol oynamış italiyalı futbolçu. 1938-ci il Dünya Çempionatının qalibi. A Seriyası tarixinin ən yaxşı bombardiri (274 qol). İtaliya millisinin heyətində cəmi 34 oyuna baxmayaraq, Piola 30 qolla milli komandanın tarixində Luici Riva (35) və Cuzeppe Meattsadan (33) sonra üçüncü ən yaxşı bombardirdir. Novara şəhərində adına futbol stadionu var. == Tərcümeyi-hal == Silvio Piola 29 sentyabr 1913-cu ildə İtaliyanın Lombardiya bölgəsində doğulub. == Karyerası == === Klub === Piolanın karyerası "Pro Verçelli" klubunda başlayıb. İtalyan futbolunun yüksək liqasında debütü isə 16 fevral 1930-cu ildə "Bolonya" ilə matçda baş verir. İlk mövsümdə hücumçunun on səkkiz yaşı olmasına baxmayaraq 13 qol vurur.
Silvio Qezell
Yohan Silvio Qezell (alm. Johann Silvio Gesell‎; 17 mart 1862 – 11 mart 1930) — alman təşəbbüskarı, maliyyə nəzəriyyəçisi və sosial islahatçı, "azad iqtisadiyyat" nəzəriyyəsinin müəllifi (alm. Freiwirtschaft‎). == Bioqrafiyası == Ernst Qezell və belçikalı Valon Janet Talbotun ailəsində doqquz uşağın yeddincisi olmuşdur. 1887-ci ildə Argentinanın Buenos Ayres şəhərinə köçdü. Buenos-Ayresdə, xüsusilə Argentinada güclü olan 1880-ci illərin sonlarındakı iqtisadi böhranın təsiri altında pul dövriyyəsi problemlərini araşdırmağa başlayan uğurlu bir alman taciri olmuşdur. İlk elmi işi "Rifah Dövlətinə Bir Yol kimi Sikkə İslahatı" 1891-ci ildə Buenos Ayresdə nəşr olundu. Pulla bağlı əsas fikirlər həmin il Buenos-Ayresdə "Nervus rerum" əsərində və bir çox əsərində dərc edildi 1906-cı ildə təqaüdə çıxıb İsveçrəyə getməyinə qədər nəşr olunan sonrakı kitab və broşuralar. 1907-1911-ci illərdə yenidən Argentinada yaşadı, sonra Almaniyaya qayıtdı və Berlinin şimalında Oranienburqda Frans Oppenheymer tərəfindən qurulan vejetaryen kommunası "Obstbausiedlung Eden" də yerləşdi. Burada Birinci Dünya Müharibəsinin başlamasından sonra artan senzuraya görə bağlanmış "Fizokrat" jurnalını nəşr etdirdi.
Silviya (park)
Silviya — Qatçina da (Leninqrad vilayəti ) yerləşən Qatçina muzey-qoruğu nun tərkibinə daxil olan park . "Silviya" adı öz mənşəyini latıncadan meşə mənasını verən "silvia" sözündən götürmüşdür. Həmçinin bu parkın adını knyaz I Pavel in öz xanımı Mariya Fyodorovna ilə birgə səyahətə çıxaraq 1782 -ci ilin 10-12 iyun tarixlərində Fransanın məşhur aristokrat iqamətgahlarından biri olan Şantiyi də eyniadlı parkın adından götürməsi ilə əlaqələndirirlər. Qatçinada yerləşən Silviya parkı 1792 -1800 -cü illərdə memar Vinçenso Brenn və bağban C. Hekket tərəfindən yaradılmışdır. Parkın ərazisi 17,5 hektara yaxındır. O Saray parkının sol sahilində, Böyük Qatçina sarayının şimal-qərbində yerləşir. Şəhər tərəfdən parkın sərhədləri Qırmızı Ordu prospektinin içərisindən keçir. Bu sərhəddə XIX əsrin sonlarında qarovulxana üçün Qara darvazalarla birlikdə kərpicdən hasar çəkilmişdir. Analoji olaraq digər qarovulxanalar parkın digər iki girişində - Silviya və Kaskad darvazalarında qoyulmuşdur. Saray parkı tərəfdən Silviya parkını Silviya darvazaları ilə birlikdə boş daş divar ayırır.
Silviya Artola
Silviya Del Sokorro Artola Artola (5 aprel 1985) — Nikaraqualı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nikaraquanı təmsil edir. Silviya Artola dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Silviya Bosurqi
Silviya Bosurqi (17 aprel 1979, Messina, Siciliya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Silviya Bosurqi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Silviya Braun
Silviya Braun (ing. Sylvia Browne) - amerikalı ekstrasens medium, hipnoterapist və yazıçıdır. == Həyatı == Yəhudi bir ata və protestant bir ananın qızıdır, ancaq özünə qabiliyyətinin nənəsindən (ana tərəf) Ada Kolendən keçdiyini deyir (nənəsi də ekstrasensdir). Anasının bu mövzuları bir "axmaqlıq" olaraq adlandırmasından ötrü nənəsi ilə daha yaxın olmuşdur. Özü reinkarnasiyaya inanır və hər kəsin əslində özündən aslı bir ruhani rəhbəru olduğunu, qabiliyyətli olaraq adlandırılan insanların digər insanlardan tək fərqinin öz ruhani rəhbərləri ilə əlaqə qura bilmələri olduğunu diqqətə çatdırır. O biri dünyada həyat adlı kitabı o biri dünya həyatı ilə əlaqəli ən çox oxunan kitablardan biri olmuşdur.
Silviya Didon
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Didone
Silviya Didon (31 avqust 1979) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Didon Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Silviya Freşet
Silviya Freşet (27 iyun 1967) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Silviya Freşet Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Silviya Freşet Olimpiadanın gümüş medalına sahib olub.
Silviya Gregorini
Silviya Gregorini (18 fevral 1983) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Silviya Gregorini İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Silviya Nazar
Silviya Nazar (alm. Sylvia Nasar‎; 17 avqust 1947, Rozenxaym, İşğal Almaniyası) — Almaniyada anadan olmuş amerikalı iqtisadçı və yazıçıdır. Onun ən məşhur kitabı Con Forbs Neş tərəfindən yazılmış və kinoya uyğunlaşdırılmış Ağıl oyunları əsəridir. == Həyatı == 17 avqust 1947-ci ildə Almaniyanın Rozenhaym şəhərində dünyaya gəlmişdir. Özbək əsilli ABŞ vətəndaşı və MKİ üzvü Ruzi Nazarın qızıdır. Ruzi Nəzər İkinci Dünya müharibəsinə qatıldıqdan sonra, almanlara əsir düşmüş və Türküstan legionlarına qoşulmuşdur. Müharibə almanların məğlubiyyəti ilə sonlandıqdan sonra ABŞ-yə köçməyi bacarmış və MKİ-ə qoşulmuşdur. Ailəsi 1951-ci ildə ABŞ-yə köçdükdən sonra 1960-cı ildə yenidən Ankaraya qayıtmışlar. 1970-ci ildə Antiox Kollecini Ədəbiyyat fakültəsini bitirmişdir. 1976-cı ildə Nyu-York Universitetində İqtisadiyyat ixtisası üzrə magistr oxumuşdur.
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. == Həyatı == 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Silviya Popoviç
Silviya Popoviç (15 mart 1986, Nikşiç) — Serbiya voleybolçusu.
Silviya Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Ziviyə (Qürvə)
Ziviyə (fars. زيويه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 291 nəfər yaşayır (67 ailə). Əhalisini kürdlər təşkil edir.
Ziviyə dəfinəsi
Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır. Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. R.Girşman hesab edir ki, bu yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü saka sözündən törəmişdir. Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. R.Daysonun tədqiq etdiyi ərazinin təsvirinə görə Zibia, görünür əhalinin yaşadığı yer – yaşayış yeri yox, daha mühüm yaşayış yerinə gedən yolu kəsən və ancaq qoşun yerləşdirilən adi istehkam məntəqəsi olmuşdur. Ziviyə dəfinəsi əşyaları e.ə. IX-VII əsrlərə aid edilir. Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslublu qızıl əşyalarını B.B.Piotrovski e.ə. VII əsrin sonlarına aid edir.
Zili
Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur. == Ümumi məlumat == Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində Avropa və Rusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.