Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birincək (Miyanə)
Birincək (fars. برنجق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (6 ailə).
Zirincli
Zirincli yaşayış yeri — Sirab kəndindən şimalda, Sirabçayın sol sahilində dağ ətəyində yerləşən arxeoloji abidə.
Zərincə
Zərincə dağı — Zəngi çayının yanında yerləşir. Zərincə (Talin) — Talin rayonunda kənd.
Ərincək
Folivora (lat. Folivora) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin dişsiz məməlilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Zirinc
Zirinc (lat. Berberis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı. Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar. Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur.
Zirincin (Miyanə)
Zirincin (fars. زرنجين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 156 nəfər yaşayır (53 ailə).
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Asiya zirinci
Asiya zirinci (lat. Berberis asiatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Birincə (Marağa)
Birincə — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Təkab bölgəsində, Əhmədabad kəndistanında, Təkab qəsəbəsindən 14 km. şimal-şərqdədir.
Birincə (Tikantəpə)
Birincə (fars. برنجه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (13 ailə).
Cırtdan ərincək
Cırtdan ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Panamanın şimal sahillərində, Bocas del Toro vilayətinə aid Eskudo de Veraquas adasının endemikidir. == Təsviri == Cırtdan ərincək digər üçbarmaqlı ərincəklərə bənzəyir, lakin ölçüsü daha kiçikdir və bu da cırtdanlığın tipik bir nümunəsidir. Bədən uzunluğu 49 ilə 53 sm arasındadır. Çəkisi 2,5 ilə 3,5 kq arasındadır. Bu növün xarakterik xüsusiyyəti alnındakı qara zolaqdır. == Yayılması == Növ yalnız Panamanın şimal sahillərindən 17,6 km məsafədə yerləşən 4.3 km² ərazisi olan Eskudo de Veraquas adasında yaşayır. Növ 2001-ci ildə Robert Anderson və Çarles Handley tərəfindən aşkarlanmışdır. == Həyat tərzi == Cırtdan ərincək təbii yaşayış mühitinə yalnız doğma adasının sahilindəki mangrovlarda rast gəlinir.
Darvin zirinci
Darvin zirinci (lat. Berberis darwinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Gürcü zirinci
Gürcü zirinci (lat. Berberis iberica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Qafqazda dəniz səviyyəsindən 750–2000 m hündürlükdə qayalarda bitir. == Botaniki təsviri == Azca tilli, qonur-qırmızı və ya qonurumtul-çəhrayı budaqlı, hündürlüyü 2–3 m-ə qədər olan koldur. Qopartikanlılarının uzunluğu 4 sm-ə qədərdir, aşağıda yerləşənlər möhkəmdir, adətən üçhaçalı, yuxarıdakılar isə sadədir. Yarpaqları dərivari, saplağa tərəf daralan, tərs yumurtavari, tamkənarlı, hər iki tərəfdən tor damarlıdır, boyca yarpaqlara bərabər və ya əksər hallarda onlardan uzundur. Aprel-may aylarında çiçəkləyir. Giləmeyvələri avqust-sentyabr aylarında yetişir, al-qırmızıdır, uzunluğu 1 sm-ə qədər, uzunsov silindrvaridir. == Ekologiyası == Quraqlığadavamlı bitkidir. Şoranlı-yovşanlı yarımsəhra rayonların çaykənarı meşəliklərində yayılmışdır.
Hoker zirinci
Hoker zirinci (lat. Berberis hookeri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Himalay dağlarında, Sikkimdə, Butanda yayılmışdır. == Botaniki təsviri == Möhkəm budaqlı, çoxsaylı zoğları, enli, şaxələnmiş çətiri olan, iynəli, həmişəyaşıl koldur. Yaşlı bitkilərdə yan zoğları aşağıya sallanır. Hündürlüyü 1-1,5 m-dir. Qabığı sarı və ya boz-sarı, möhkəm iynələri 3 sm-dir. Yarpaq yerləşməsi növbəli, yarpaqları 2-3 ədəd, sadə, iri, ellipsvariyədək dəyişir, yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır, alt tərəfi mavidir, kənarları xırda dişlidir, uzunluğu 4-8,5 sm, eni 1-2,5 sm-dir. Çiçəkləri sarı, çoxsaylı, xoş qoxulu, salxımvari çiçək qruplarında toplaşmışdır. May-iyun aylarında çiçəkləyir.
Kanada zirinci
Kanada zirinci (lat. Berberis canadensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərqində çayların sahillərində, hündür qayalarda və yamaclarda bitir. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır, yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Vegetasiyası aprelin axırlarından oktyabrın axırlarına qədər davam edir. Çiçəkləməsi mayın axırından iyulun əvvəlinə qədərdir. Hər il bol meyvə verir. Sentyabrın axırlarında yetişir.
Koreya zirinci
Koreya zirinci (lat. Berberis koreana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Koreyada geniş əraziləri əhatə edir. == Botaniki təsviri == Boyu 1,5 m olan koldur. Budaqları düz, tünd-qonur, qısa, tək iynəlidir. Cavan budaqları yaşıldır. Çətiri tikanlıdır. Yarpaqları iri, çox möhkəm, yarımdərili, yumurtaşəkilli, kənarları xırda dişli, uzunluğu 7 sm-ə qədər, bir az qırışlı, tünd-yaşıl rənglidir. Payızda qırmızı rəngdə olurlar. İyunun əvvəlində sarı rəngli çiçəklər açır.
Puare zirinci
Puare zirinci (lat. Berberis poiretii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Pul zirinci
Sikkəvari zirinc (lat. Berberis nummularia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Orta Asiyanı (Tyan-Şan,Pamir-Alay), Özbəkistanı və İranı əhatə edir. Yaqnoba çayından təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 4 m-dək, çox budaqlıdır, budaqları qonur və ya al qırmızıdır, cavanlıqda göyümtül olub, iynələri üç yerə bölünmüş və ya sadədir. Çətiri enli, şaxələnmiş, əyilmiş budaqlıdır. Qabığı cavanlıqda göyümtül, sonradan qonurdur. Yarpaqları dərili, təxminən yumru, uzunluğu 3-4 sm-dək, eni 3 sm-dək, kənarları bütöv və ya yuxarı hissəsi bir az dişli, ucunda iynəli, bünövrəsi pazşəkilli-daralmışdır. İynələri sadə və ya üçhissəlidir. Payızda al-qırmızı-narıncıdır.
Qaqnepena zirinci
Qaqnepena zirinci (lat. Berberis gagnepainii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Çində və Qərbi Xibeydə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan həmişəyaşıl, düz böyüyən və ya sallaq koldur. Gövdəsi slindrik, sarımtıl, bir az ziyillidir, zoğlarının uzunluğu 2 sm-dir, iynələri üçhissəlidir. Sadə, iri, parlaq yarpaqları dalğalı, tutqun-yaşıl, ensiz-lansetvari, tərs yumurtavari formalı, kənarları xırda dişlidir, uzunluğu 10 sm-ə çatır. Çiçəklərin diametri 1 sm-dək olub, açıq-sarı, xoş qoxulu, salxımşəkilli, çiçək qruplarında dəstələrdə 3-7 ədəd yığılmışdır. Maydan iyunadək qızılı-sarı rəng alır. Meyvələri yumurtavari formalı, göy-qara, göyümtül çalarlı olub, uzunluğu 1 sm-ə qədərdir, payızın əvvəllərində yetişir. == Ekologiyası == Günəşə, kölgəyə və atmosferin sənaye çirklənməsinə davamlı olan növdür.
Qonurboğaz ərincək
Qonurboğaz ərincək (lat. Bradypus variegatus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Bu sinfin ən çox yayılmış növüdür. Cənubi və Mərkəzi Amerikanın meşələrində aşkarlanmışdır. == Görünüşü == Qonurboğaz ərincə digər üçbarmaqlı ərincək növlərinin əksəriyyəti ilə eyni ölçüdə və quruluşdadır. Erkək və dişilərın uzunluğu 42–80 sm-dir. Quyruq nisbətən qısadır və 2,5–9 sm uzunluqdadır. Yetkinlərin çəkisi 2,25 ilə 6,3 kq arasında olur. Erkəklərlə dişilər arasında ölçüdə əhəmiyyətli bir fərq yoxdur. Hər ətrafın üç barmağı var.
Sibir zirinci
Sibir zirinci (lat. Berberis sibirica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Tunberq zirinci
Tunberq zirinci (lat. Berberis thunbergii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan alçaqboylu koldur. Sıx enli çətirə malikdir. Qabığı tünd-qəhvəyi rənglidir, budaqları uzun, nazik və kiçik tikanlarla örtülü olur. Zoğları horizontal, sıx budaqlanan, cavanlıqda qövsvari əyilmiş, sarımtıl, al-qırmızı, sonradan qonur rəngli olurlar. Tikanlarının uzunluğu 1 sm, nazik və elastikdir. Yarpaqlarının uzunluğu 1-3 sm, gözəl, yumurtaşəkilli və ya uzunsov, bünövrəsində daralan və qısa saplağa keçən, üstdən parıltılı yaşıl və alt tərəfdən göyümtüldür. Payızda yarpaqları al-qırmızı çalarlı olur, oktyabrda tökülür.
Uolliç zirinci
Uolliç zirinci (lat. Berberis wallichiana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Növün adını danimarkalı botanik Nathaniel Wallich-in şərəfinə almışdır. İsti nəmli qumlu torpağa üstünlük verin. Ağır gil torpaqlarda yaxşı böyüyür. Bitkilər kifayət qədər çox budala bilər, onlar bazadan yaxşı böyüyürlər. == Botanika xarakteristikası == Dik, tikanlı, həmişəyaşıl kol, əsasdan güclü budaqlanmış; 200 sm hündürlüyə çata bilər. Yarpaqları 5–10 sm uzunluğunda elliptik və ya lanceolatdır. Çiçəklər bir fırçada 10–20 toplanır. Meyvələr qara, tək toxumludur.
Vilson zirinci
Vilson zirinci (lat. Berberis wilsoniae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Çində, Estoniyada, Ukraynanın qərb hissəsində, Krımda, Cənubi Qafqazda və Orta Asiyada bitir. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək, yaşıl, sıxiynəli, sarımtıl, sonra qonur-qırmızı, buğumlu, zoğları nazik tükcükclü, uzunluğu 2 sm-dək iynələrlə örtülmüş koldur. Budaqları çılpaq, möhkəm və əyilmişdir. Yarpaqların uzunluğu təxminən 2 sm, yumurtavari və ya uzunsov-yumurtavari, lansetvarı, əsasən 1-2 dişlidir, dəstələrdə möhkəmdir; küt və ya ucu biz, kənarları bütöv, tutqun yaşıl və ya göyümtül, payızda tünd-qırmızıdır. Yarpaqların alt-tərəfi ağımtıldır. Xırda, açıq-sarı çiçəkləri, 2-6 ədəd, diametri 7 mm-dək olmaqla, qızılı-sarı, sıx dəstələrdə və ya uzunluğu 1,5 sm-dək olan qısa süpürgələrdə, uzunluğu 4 sm-dək olan çiçək yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, qırmızıdır, uzunluğu 6 mm-dir.
Viça zirinci
Viça zirinci (lat. Berberis veitchii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Orta Asiya və Qərbi Çindir. == Botaniki təsviri == Həmişəyaşıl koldur. Budaqları təxminən silindrik olur, cavan budaqları qırmızımtıl və yaşlandıqda sarımtıl-bozdur. İynələri 3 yerə bölünmüş, uzunluğu 2-5 sm-dir. Yarpaqları lansetvari, uzunluğu 6-12 sm, kənarları iti dişli, üstü tünd-yaşıl, alt tərəfi açıq, dərilidir. Çiçəklərin diametri 1 sm olmaqla, 4-8 ədəd dəstələrə yığılmışdır. Meyvələri uzunsov, uzunluğu 1-1,2 sm, qaradır. == Ekologiyası == Abşeronun iqlim şəraiti üçün yararsız olan şümşadın yaxşı əvəzedicisidir.