Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ziyadlı
Ziyadlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Samux rayonunun Ziyadlı kəndi Qovlarsarı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ziyadlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim qacar tayfasının ziyadlı oymağının adı ilə bağlıdır. Oymaq isə öz adını Səfəvilərin ilkin dövründən Gəncə-Qarabağ mahalının irsi hakimləri olmuş Ziyadoğullarının adından almışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisi 2985 nəfər (2014). Orta illik (1000 nəfərə) təbii artım 9.8 nəfər. Kəndin əhalisi oğuzların Bayat boyundan çıxmış qacar türklərindən ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik (dənli bitkilər, çoxillik texniki bitkilər və s.) və heyvandarlıqla təşkil edir. == Mədəniyyəti == Kənddə elektron telefon stansiyası var.
Aydın Ziyadlı
Aydın Əbülfət oğlu Ziyadlı (29 yanvar 1951, Bakı) — Sənətşünas, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1991). == Həyatı == Aydın Əbülfət oğlu Ziyadlı 29 yanvar 1951-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Həmin ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub. Konservatoriyada Lenin təqaüdü ilə oxuyub. 1974-cü ildə konservatoriyanı fərqlənmə diplomu ilə tamamlayıb. Aydın Ziyadlı Çerkazov adına Leninqrad Teatr, Musiqi və Kinematoqrafiya institutunun aspiranturasına qəbul olub. 1985-ci ildə tanınmış musiqişünas İzali İosifoviç Zemtsovskinin rəhbərliyi altında "Müasir Azərbaycan musiqisi" adlı dissertasiyanı uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adını alıb. Aydın Ziyadlının əsas yaradıcılığı xalq musiqisi ilə bağlıdır. O, xalq musiqisini müxtəlif — tarixi, nəzəri, elmi-məntiqi, ədəbi-poetik aspektlərdən tədqiq edib.
Ziyadlı oymağı
Ziyadlı oymağı — Qacar elinin oymaqlarından biri. == Tarixi == Ziyadlı oymağının bir qolu Qarabağda, bir qolu İrəvanda, bir qolu isə Astrabadda məskunlaşmışdı. Tarixçi Məhəmməd Məsum ibn Xocəki-İsfahani "Xülasət əs-səyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən - Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur. Lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş və onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir.
Həsənəli xan Ziyadlı-Qacar
Həsənəli xan Ziyadlı-Qacar — 1755-ci ildən 1759-cu ilə qədər İrəvan xanlığının xanı. == Həyatı == Həsənəli xan İrəvan şəhərində Xəlil xanın ailəsində dünyaya gəlmişdir. Onun ailəsi Qacar tayfasının Qovanlı və ya Ziyadlı tirəsinə mənsub olmuşdur. O, hakimiyyətə 1755-ci ildə xalqın üsyan nəticəsində Xəlil xan Özbəyi devirməsindən sonra gəlmişdir. Ona bu işdə Azad xan Əfqan da yardım etmişdir. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı. Qaynaqların bildirdiyinə görə, artıq 1755-ci ildə İrəvanda hakimiyyət Həsənəli xan Qacara aid olmuşdu. O, Qacar tayfasının yerli sülaləsinin nümayəndəsi idi. İvan Şopenin məlumatına əsasən, Həsənəli xan Qacarın hakimiyyətə gəlməsindən etibarən İrəvanda xanlıq və ya hakimlik irsi xarakter almışdır.Həsənəli xan Qacarın hakimiyyəti dövründə Kartli-Kaxeti çarlığının İrəvan üzərinə olan yürüşləri daha intensiv xarakter almağa başladı. Bu dağıdıcı yürüşlərim nəticəsi olaraq İrəvan xanlığı 1759-cu ildən etibarən gürcülərə xərac verməyə məcbur oldu.
Məhəmməd xan Qacar Ziyadlı
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar (?-?) — İrəvan xanlığının hakimi (1805–1806), Rus-İran savaşlarının iştirakçısı, Abbas mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi. == Həyatı == Məhəmməd xan Həsənəli xan oğlu İrəvan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi, saray təhsili almışdı. Onun gəncliyi haqqında mənbələr günümüzə çox az gəlib çatmışdır. Bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. == İrəvanda hakimiyyəti == === Xan təyin edilməsi === 1783-cü ildə hakimiyyətə gəlmiş Qulaməli xan, hakimiyyətə gəldiyi günlərdən təcrübəsiz və gənc olduğu üçün digər dövlətlərlə əlaqə saxlayırdı. Səkkiz aylıq hakimiyyətdə olan Qulaməli xan, 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi. Beləliklə, xarici düşmənlərin İranda siyasi nüfuzu, nəzarəti itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və xarici durumda gərginlik artmaqda davam etdi.Sui-qəsddən sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmmədi xan seçdi. Eyni zamanda bu hakim İrəvan əhalisinin seçdiyi yerli Qacarlar sülaləsinin sonuncu nümayəndəsi olmuşdu.
Məhəmməd xan Ziyadlı-Qacar

Mir Mehdi xan Ziyadlı-Qacar
Mirmehdi xan —1747-ci ildən 1752-ci ilə qədər hakimiyyətdə olmuş ilk İrəvan xanlığı xanı. O, hakimiyyətə Nadir şahın ölümündən sonra gəlmişdir. Lakin bəzi mənbələrdə onun hələ Nadir şahın sağlığında da İrəvanın hakimi olduğu yazılmaqdadır. Mir Mehdi xan mənşəcə Azərbaycan türklərinin Əfşar boyunun Qasımlı tirəsindəndir. == Həyatı == 19-u iyuldan 20-ə keçən gecə Nadir şahın öldürülməsindən sonra onun imperiyasında böyük qarışıqlıq dövrü başladı və taxt uğrunda müxtəlif iddialar səsləndirildi. Bu qarışıqlığın sonunda Nadir şahın qardaşının oğlu Əliqulu xan Adil şah adı altında özünü şah elan etdi. Lakin bu yeni şah feodal xanlıqların formalaşmasının qarşısını ala bilmədi. Bu zaman Təbrizin hakimi Əmiraslan xan Əfşar generallarından biri olan Mir Mehdi xan Əfşarı İrəvandakı üsyanı yatırmaq üçün göndərdi. Lakin sonda Mir Mehdi xan üsyançılarla razılığa gəlib üsyana qatıldı və ona rəhbərlik etməyə başladı. O, ətrafına Əfşar döyüşçülərini də qataraq təxminən 30 min nəfərlik ordu düzəltdi və Əmiraslan xana qarşı çıxdı.