Ayın da üzündə ləkə var.

Every bean has its black. Нет боба без пятнышка. У каждого свои недостатки.
ayın çıxması
ayın doğması
OBASTAN VİKİ
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Ayın fazaları
Ayın fazaları — Günəşin Ayı işıqlandırmasının periodik olaraq dəyişməsi vəziyyətləri. Ayın fazaları, Yerdəki müşahidəçinin gördüyü Ayın görünən üzünün, Ayın tam görünən səthinə nisbətini göstərir. Ay Yer kimi, özü işıq şüalandırmır. Səthinə düşən Günəş şüalarını əks etdirməklə işıqlanır. Bu səbəbdən, Ayın Yer və Günəşə görə mövqeyindən asılı olaraq müəyyən bir hissəsi işıqlı qalan səthi isə qaranlıq görünür. Ay, Hilal, Aypara və Bədirlənmiş ay formasında görünür ki, bunlara Ayın fazaları deyilir. Ayın görünən üzünün bütöv şəkildə işıqlanması-Bədirlənmiş Ay adlanır, bu faza Ayın Yerə baxan üzünün Günəşin qarşısında gəldiyi vaxtda baş verir. Ay Günəşlə Yer arasında olduqda Ayın görünən üzü tamamilə işıqsız qalır və Yerdən görünmür bu hala Yeni Ay fazası deyilir. Təqribən 2 həftədən sonra Ay tədricən Bədirlənmiş Ay fazasına gəlir. İlk Yeni aydan 29,5 gün sonra Ay təkrar Yerlə Günəş arasındakı yerinə qayıdır və təkrar Yeni Ay müşahidə olunur.
Ayın kolonizasiyası
Ayın kolonizasiyası insanlar tərəfindən Ayın hipotetik məskunlaşmasıdır. Ayda yaşayış bazalarının qurulması üçün mövcud planlar bəzən məskunlaşmanın ilkin mərhələsi hesab olunur, lakin insanın Ayda daimi və avtonom qalması daha çətin məsələdir və bir çox problemlərin həllini tələb edir. Bununla belə, nəzərə alsaq ki, ötən əsrin elmi-fantastik ideyalarının əksəriyyəti indiki dövrdə gerçəkləşdirilib, texnologiyanın müasir sürətli inkişafı dövründə tikinti və 3D çapın robotlaşdırılması o qədər də fantastik deyil. 21-ci əsrin mövcud elmin vəziyyəti, bir sıra konstruktor və texnoloji işlərin yerinə yetirilməsi şərtilə, artıq uğurlu müstəmləkəçilik üçün yaxşı şanslar təklif edir. Ayın kolonizasiyası həmçinin çoxdandır ki, elmi-fantastik əsərlərin mövzusudur. 1970-ci illərdən sonra kosmik texnologiyanın ləng inkişafı bizə kosmik kolonizasiyanın asanlıqla əldə edilə bilən və bütün hallarda özünü doğrultmuş məqsəd olduğunu düşünməyə imkan vermir. Yerə yaxınlığına (üç günlük uçuş) və landşaft haqqında kifayət qədər yaxşı biliyə görə Ay uzun müddətdir ki, insan koloniyasının yaradılması üçün namizəd yerlərdən biri hesab olunurdu. Sovet və Amerikanın Ayın tədqiqi proqramları Aya getməyin mümkünlüyünü nümayiş etdirsə də (çox bahalı layihələr olsa da), onlar eyni zamanda ay koloniyasının yaradılması həvəsini soyutdular. Bu, astronavtların gətirdiyi toz nümunələrinin təhlili onun tərkibində həyatın təmin edilməsi üçün zəruri olan yüngül elementlərin çox az olduğunu göstərməsindən irəli gəlirdi. Buna baxmayaraq, astronavtikanın inkişafı və kosmik uçuşların qiymətinin azalması ilə, Ay bazanın yaradılması üçün əsas obyekt kimi baxılır.
Ayın parçalanması
Ayın parçalanması və ya Şəqqül-qəmər (ərəb. انشقاق القمر‎) — İslam peyğəmbəri Məhəmmədə aid edilən möcüzə. Bu rəvayət bir çox İslam şairinə, xüsusilə hindistanlılara ilham qaynağı olmuşdur. Poetik dildə Məhəmməd bəzən Günəşlə və ya gün işığı ilə bərabər tutulur. XII əsr fars təsəvvüf şairi Sənainin şeirində günəşin ayı ikiyə ayırmasından bəhs edilir. Fars dilində yazıb-yaratmış şair və mistik Cəlaləddin Rumi şeirlərinin birində ifadə edir ki, Məhəmmədin barmağı ilə parçalanmaq aşağı dərəcəli ayın ümid eləyəcəyi ən böyük səadətdir. Başqa bir yerdə də Rumi Məhəmmədin iki möcüzəsinə ayın parçalanması (bu təbiətə elmi yanaşmanın səmərəsizliyini göstərir) və onun oxuyub-yazmağı bilməməsinə işarə edir. İran klassik şairi və mistiki Əbdürrəhman Cami isə ərəb rəqəmləri ilə qarışıq şəkildə oynayır. Cami deyir ki, tam ay 40 rəqəmini ifadə edən dairəvi m ərəb rəqəminə oxşayır. Məhəmməd ayı ikiyə böləndə ay iki aypara şəkilli n ərəb rəqəmi kimi oldu, hansı ki, qiyməti 50-ə bərabərdir.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Böyük qara ləkə
Böyük Qara Ləkə və ya GDS-89 — Yupiterin böyük qırmızı ləkəsinə bənzər Neptunun qaranlıq ləkələrindən biridir. GDS-89 ((G)reat (D)ark — (S)pot — 19 (89)) yəni, Böyük Qara Ləkə 1989, 1989-cu ildə NASA-nın Voyager 2 kosmik roketi vasitəsilə müşahidə edilmiş Neptun ilk böyük qaranlıq ləkəsidir. Yupiterdəki kimi, Böyük Qara Ləkələr də qədim siklon fırtınalarıdır. Habelə, onların daxili hissələri nisbətən buludsuzdur və Yupiterin ləkəsinin yüzlərlə eyni yerdə olmasından fərqli olaraq, bu ləkələr bir neçə ildən bir yenidən yaranmaqda və dağılmaqdaymış kimi görünür. Voyager 2 ilə edilən və o tarixdən sonra, Habbl kosmik teleskopu ilə edilən müşahidələrə əsaslanaraq demək olar ki, Neptun, zamanının yarıdan çox hissəsini Böyük Qara Ləkə(Big Dark Spot) ilə keçirir. Neptun haqqındakı demək olarki bütün biliklər Voyager 2 tərəfindən aparılan tədqiqatlara əsaslanır. Voyager ən son planet – Neptunla qarşılaşarkən bir neçə maraqlı faktlar ortaya çıxdı. Neptunun üzərində Yupiterdəkinə bənzəyən bir neçə qara ləkələr müşahidə olundu. Bu ləkələrdən Yupiterin Böyük Qırmızı Ləkəyə bənzəyən Böyük Qara Ləkə Yer Kürəsi böyüklükdədir. Neptunun peyklərindən Tritonun üzərində isə qeyzerlər müşahidə edildi.
Böyük qırmızı ləkə
Böyük qırmızı ləkə (ing. Great Red Spot) — Yupiter planetində yerləşən antisiklondur. Yupiterin ekvatoruna nəzərən 22°Cənubda yerləşir. Böyük qırmızı ləkə ən azı 340 ildir ki, mövcuddur. Bu antisiklon Yerdəki teleskoplardan müşahidə oluna biləcək qədər böyükdür. İlk dəfə 1664-cü ildə Robert Huk tərəfindən müşahidə olunmuşdur. İlk dəfə Voyager 1 kosmik gəmisi tərəfindən 25 fevral 1979-cu ildə 9,2 mlrd. kilometr uzaqlıqdan şəkli çəkilmişdir. Böyük qırmızı ləkə kimi antisiklonlara Günəş sisteminin digər Xarici planetlərində də rast gəlinir. Böyük qırmızı ləkənin uzun müddətdir ki, varlığını davam etdirməsinə baxmayaraq, bu cür antisiklonların mövcudluğu əsasən bir saatdan bir neçə ilə qədər davam edir.
Kiçik qara ləkə
Kiçik qara ləkə — Neptun atmosferində olan siklondur. 1989-cu ildə Voyacer-2 kosmik aparatının planet üzərindən keçərkən müşahidə etdiyi ikinci siklondur. Ona həm də İkinci qara ləkə və Sehrbaz gözü deyilir. Böyük və kiçik qara ləkələr ilk dəfə 1989-cu ildə Voyacer-2 kosmik aparatı vasitəsilə müəyyən olunmuşdur. Kiçik qara ləkə Neptunun şərq ətrafında, 54 °Cənub enliyində hərəkət edirdi. Onun periodu 16,1 saata bərabər idi. Bu zaman kiçik qara ləkə siklonunda küləyin sürəti müəyyən edilməmişdir. 1994-cü ildə Neptuna göndərilən Habbl teleskopu bu siklonları müşahidə etməyib. Kiçik qara ləkə böyük siklondan 30°Cənuba doğru hərəkət edir və periodu ondan 2 saat qısadır. Siklon mərkəzində alçaq təzyiq formalaşdıqdan sonra hava kütləsinin saat əqrəbi istiqamətində hərəkət etməsi nəticəsində yaranıb Also present within the dark region of the storm were sharp band-lines potentially indicating unseen high winds, despite exact measurements having never been taken.
Ləkə (Azərbaycan komiksi)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Ləkə (teleserial, 2013)
Ləkə — Rejissor Kənan Mahmudovun filmi. Serial kriminal məhəbbət mövzusundadır. Həyatda elə səhvlər olur ki, onları dəf etmək olmur. İnsanda ləkə kimi qalır.
Ləkə (teleserial, 2014)
Ləkə — Rejissor Kənan Mahmudovun filmi. Serial kriminal məhəbbət mövzusundadır. Həyatda elə səhvlər olur ki, onları dəf etmək olmur. İnsanda ləkə kimi qalır.
Saturnda ağ ləkə
Saturnda ağ ləkə — Saturnu müşahidə edən astonomlar 1990-cı ilin sentyabr- oktyabr aylarında bu planetin atmosferində güclü hadisələrin şahidi oldular. ABŞ-da S. Uilber 25sm-lik teleskopla saturnun cənub ekvatorial zolağında parlaq ağ ləkə müşahidə etdi. Bir az sonra R. Tatum (ABŞ) söylədi ki, o, bu ləkəni daha kiçik 10sm-lik teleskopda da müşahidə edib. Nəhayət, bir neçə müşahidəçiyə əsasən bu törəmənin ölçüləri təyin olundu və onun böyük yarımoxunun 1700–1000 km planetin oxuna nəzərən fırlanma periodunun isə 10 saat 15 dəq 45-49 san olması müəyyənləşdirildi. Lakin 21 saatdan sonra ləkənin yarımoxlarının ölçüləri 20%-dək artdı. 4 oktyabrda ləkənin ölçüləri böyüyərək 240 uzunluq dairəsinədək uzandı və 10 oktyabrda isə uzanaraq Saturnun bütün diskini tutdu. Bundan sonra ləkənin yerinin dəqiq təyin etmək və izləmək çətinləşdi. Daha sonra O. Qonsales və V. Qonsales /kanar adaları/ tərəfindən Uilber ləkəsinin olduğu yerdə ikinci ləkənin meyfana çıxdığı söylənildi. Üçüncü və nisbətən daha böyük ləkə Saturnun şimal ekvatorial zolağının bütün enini tutdu. Belə oxşar hadisə saturnyn atmosferində 1876, 1903, 1933, 1960-cı illərdə baş vermişdir.
Ayın külrəngi işığı
Ayın külrəngi işığı — Ay səthinin Günəş işığı düşməyən hissəsinin zəif işıldaması. Təzə Aydan əvvəl və sonra müşahidə olunur. Yerdən əks olunan Günəş şüalarınn Ayın qaranlıq hissəsini işıqlandırması ilə izah edilir. Ayın külrəngi işığının öyrənilməsi nəticəsində Yerin şüaqaytarma qabiliyyətinin dəyişməsi təyin edilir. Ford, E. B., Turner, E.L. & Seager, S. (2001) ``Characterization of extrasolar terrestrial planets from diurnal photometric variability Nature, Volume 412, Issue 6850, pp. 885–887. link and preprint Seager, S., Turner, E. L., Schafer, J., & Ford, E. B. (2005) ``Vegetation's Red Edge: A Possible Spectroscopic Biosignature of Extraterrestrial Plants Astrobiology, Volume 5, Issue 3, pp. 372–390. (link and preprint) Qiu J; Goode PR; Palle E; Yurchyshyn V; və b. "Earthshine and the Earth's albedo: 1.
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi".
Yer üzündə iki nəfər (balet)
Yer üzündə iki nəfər (ru. Двое на этой Земле) — Arif Məlikovun "Metamorfozalar" simfonik poeması əsasında qurulmuş haqqında birpərdəli baleti. Libretto Robert Rojdestvenskiyə məxsusdur. Baletmeyster O. Vinoqradovdur. İlk dəfə 1969-cu ildə Mariinskiy teatrda səhnəyə qoyulub. İlk baxışdan sevgi və ruhən birləşmək haqqındadır. Муза Арифа Меликова. Азербайджанский конгресс.- 2009.- 11 сентября.- С. 12. Музыковед Айтен Ибрагимова: Ариф Меликов - яркая личность современности.
Cümə, ayın 13-ü
Cümə, ayın 13-ü (film, 1980) Cümə, ayın 13-ü (film, 2009) Cümə, ayın 13-ü. İkinci hissə (film, 1981) Cümə, ayın 13-ü. Üçüncü hissə (film, 1982) Cümə, ayın 13-ü. Ceyson Manhetteni ələ keçirir (film, 1989) Cümə, ayın 13-ü. Ceyson sağdır (film, 1986) Cümə, ayın 13-ü. Sonuncu fəsil (film, 1984) Cümə, ayın 13-ü. Yeni başlanğıc (film, 1985) Cümə, ayın 13-ü.
Cristina da Suécia
Kristina (7 dekabr 1626, Stokholm – 9 (19) aprel 1689, Roma) 1632-ci ildən 1654-cü ildə taxtdan əl çəkənə qədər İsveç kraliçası idi. O, Kral II Qustav Adolf və onun həyat yoldaşı Brandenburq şahzadəsi Mari Eleonorun yeganə övladı idi. Onun doğulması gözlənildiyi kimi bir o qədər də yaxşı qarşılanmadı. Lützen döyüşündə atasının ölümündən sonra altı yaşında İsveç taxtına çıxdı. Otuz illik müharibədə protestantizm tərəfdarının qızı olan Kristina 1654-cü ildə taxt-tacdan imtina edərək katolikliyi qəbul edərək qalmaqala səbəb oldu. Qalan illərini Romada keçirərək yerli musiqi və teatr həyatının lideri oldu. Ölkəsiz bir kraliça kimi bir çox sənətçi və layihələri qoruyub. Romada onu çox yaxşı qarşıladılar və onu "Roma kraliçası" hesab edən insanların heyranlığından həzz aldılar. Kristina 1689-cu ildə vəfat edib və Vatikanda dəfn edilən azsaylı qadınlardan biridir. Kristina əhval-ruhiyyəli, ağıllı idi və kitablar və əlyazmalar, din, kimyagərlik və elmə maraq göstərirdi.
Da Vinci (telekanal)
Da Vinci (2018-ci ilə qədər Da Vinci Learning) — yayım mərkəzi Berlində olan uşaqlar və böyüklər üçün tədqiqat və təhsil telekanalı. 15 sentyabr 2007-ci ildə saat 9:00-da Polşada efirə buraxıldı. Telekanal, təbiət, yer, texnologiya, insan və mədəniyyət haqqında elmi verilişləri efirə verir. Hazırda Da Vinci Learning TV telekanalı Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Makedoniya, Malayziya, Moldova, Polşa, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Tayland, Türkiyə, Ukrayna, Xorvatiya, Çexiya, Estoniya və Cənubi Afrikada yayımlanır. 2017-ci il sentyabr ayından etibarən, Da Vinci Learning Yaponiyada, 1 yanvar 2018-ci ildən Yunanıstan, Gürcüstan və İsraildə yayımlanır. Rusiyada yayımlanma Viasat tərəfindən dəstəklənir. Rus dilinə köçürmə və off-screen tərcümələr studiyalar tərəfindən həyata keçirilir: "Leksikon" (Rusiya) və "Tak Treba Production" (Ukrayna). 18 noyabr 2010-cu ildə telekanal Raduqa TV peyk televiziya paketinin bir hissəsi kimi ABS-1 peykində yayıma başladı. 9 yanvar 2018-ci ildə telekanal rebrendinq edildi və adını müvafiq olaraq "Da Vinci" adına dəyişdirdi. Bundan əlavə telekanalın yayım strategiyası da dəyişdi: Da Vinci Kids loqosu səhərdən axşam 20:00-a qədər, Da Vinci Learning loqosu isə axşam 20:00-dan sonra göstərilməyə başladı.
Da Vinçi şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı.2009 (2009) tarixinə olan məlumata əsasən,. As of 2016, it had sold 80 million copies worldwide.
Da Vinçinin şifrəsi
Da Vinçi şifrəsi (ing. The Da Vinci Code) — Den Braun tərəfindən 2003-cü ildə nəşr olunan detektiv-triller janrında roman. Parisdəki Luvr muzeyində baş verən bir cinayət İsa Məsihin Mariya Maqdalena ilə evli olması ehtimalı üzərinə, simvolist Robert Lenqdon və kriptoloq Sofi Nevünü, Sion və Opus Dei təriqətləri arasındakı bir müharibənin ortasına gətirir. Roman, muzey müdirü Jak Sonyerin cəsədinin Da Vinçinin məşhur əsəri Vitruvi adamı şəklində çılpaq halda, ətrafında sirli bir mesaj və bədənində qanla çəkilmiş bir pentaqrammayla muzeyin Böyük salonunda tapılması ilə başlayır. Əsər boyunca, Fransanın Merovinq krallarının İsa Məsih və Mariya Maqdalenanın şəcərəsindən gəldiyini iddia edən alternativ bir din tarixi araşdırılır. Da Vinçi şifrəsi qısa zamanda insanlar arasında San Qril əfsanəsi və Mariya Maqdalenanın xristianlıq tarixindəki önəmi barədə spekulyasiyalar yaratdı. Bununla birlikdə, kitab, bir çox xristian məzhəbi tərəfindən Roma-Katolik kilsəsinə bir hücum olaraq dəyərləndirildi və bir çox ölkədə qadağan edildi. Ancaq yenə də əsər, 2009-cu ildən etibarən 80 milyon tirajla nəşr edildi və 44 dilə tərcümə edilərək ən çox satanlar siyahısında yerini aldı. 2006-cı ildə Columbia Pictures tərəfindən əsər eyni adla ekranlaşdırıldı.2009 (2009) tarixinə olan məlumata əsasən,. As of 2016, it had sold 80 million copies worldwide.
Denilson da Kosta
Deodoru da Fonseka
Deodoru da Fonseka (5 avqust 1827, Alaqoas, Braziliya İmperiyası — 23 avqust 1892, Rio-de-Janeyro, Braziliya) — Braziliya generalə və dövlət adamı; İmperator II Pedronu devirən inqilabın lideri və Braziliya Respublikasının ilk prezidenti. Hərbçi ailəsində dünyaya gələn Fonseka Paraqvay müharibəsində (1864–1870) göstərdiyi xidmətlərə görə mayor rütbəsinə yüksəldi. Siyasi cəhətdən mühafizəkar olan Fonseka imperatora bağlı bir əsgər idi. Ancaq imperator hökumətinin apardığı siyasətlə heç cürə barışmırdı. Rio-Qrande-du-Sul ştatına icra başçısı ikən zabitlərə siyasi söz azadlığının verilməsi barədə yazılan bir ərizəyə qol çəkdi. Bu səbəbdən II Pedro tərəfindən vətən xaini elan olundu və 15 noyabr 1889-cu ildəki inqilaba öndərlik etməyə başladı. İnqilabın sonunda imperator II Pedro taxtdan endirildi və 1891-ci ilin fevral ayına qədər ölkəni idarə edən müvəqqəti hökumətin başına Deodoru da Fonseka gətirildi. 1891-ci ilin fevral ayında isə bir çox generalın dəstəyi ilə hakimiyyətə gəldi. Ancaq güclü bir ölkə başçısı ola bilmədi. Bir tərəfdən hökumətdəki müxalifətin güclənməsi, digər tərəfdən keçmiş imperatorun qızı Kontez İzabellanın xalq arasında hökumətə qarşı çıxışlar etməsi ölkəyə yeni bir vətəndaş müharibəsinin toxumlarını səpdi.
Diana Da Rucna
Diana Da Rucna (d. 16 oktyabr 1989; Feltre, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Diana Da Rucna İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.