AYBAŞI

сущ.
1. месячные; менструация, регулы. Aybaşının ləngiməsi задержка менструации
2. припадок; aybaşı görmək менструировать, aybaşının kəsilmə dövrü климактерий, климакс
AYBAAY
AYBAŞIDANQABAQKI
OBASTAN VİKİ
Aybaşı
Menstruasiya və ya aybaşı (lat. mensis — ay, menstruus — hər ay) — qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Ağrılı aybaşı
Dismenoreya — menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomlar. "Ağrılı aybaşı'" da adlanır. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər.
Aybaşı dövrü
Aybaşı dövrü və ya menstruasiya dövrü — hormon istehsalında və qadın reproduktiv sisteminin uşaqlıq və yumurtalıqların strukturlarında hamilə qalmağa imkan verən bir sıra təbii dəyişikliklər. Yumurtalıq dövrü yumurtaların istehsalını və buraxılmasını, həmçinin estrogen və progesteron hormonlarının dövri buraxılmasını idarə edir. Uterus dövrü, embrionun yerləşməsi üçün uşaqlığın (bətnin) divarının hazırlanmasını və saxlanmasını tənzimləyir. Bu dövrlər eyni vaxtda və əlaqəli şəkildə baş verir, normalda 21–35 gün davam edir, ortalama uzunluğu 28 gündür və təxminən 30–45 il davam edir. Təbii olaraq meydana gələn hormonlar bu dövrləri idarə edir. Follikül stimullaşdırıcı hormonun (FSH) müntəzəm olaraq yüksəlməsi və azalması, yetişməmiş yumurta hüceyrələrinin (oositlərin) istehsalını və böyüməsini təmin edir. Estrogen hormonu, mayalanma baş verərsə, embrionu yerləşdirmək üçün uterus divarını qalınlaşdırır. Qatılaşmış divarın qan axını embrionu qida ilə təmin edir. Embrion implantasiya olunmazsa, bu divar parçalanır və qan xaric olur. Progesteron səviyyəsinin azalması ilə başlayan menstruasiya uterus divarının tsiklik tökülməsidir və hamiləliyin baş vermədiyini göstərir.

Значение слова в других словарях