Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heyz
Menstruasiya qanaxması ― qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji vərdişinin nəticəsi olan uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması nəticəsində ifraz olunan qan.
Darren Heyz
Darren Heyz (ing. Darren Hayes; 8 may 1972, Brisben) — müğənni, şair və bəstəkar, Savage Garden duetinin yaradıcılarından biri. Bəyəndiyi müğənnilər: Prince, The Smiths, Fleetwood Mac, Marvin Gaye, Diana Ross, Duran Duran, Maykl Cekson, Madonna, U2, Eurythmics, Annie Lennox, Dido, Sarah Mclachlan Darren hələ məktəb illərində məktəb musicallarında çıxış edirdi. Bir neçə zaman sonra isə Darren universitetə qəbul olur. Hələ məktəb illərində bir çox mahnısının yazılmasında Darren’i ruhlandıran – Colby Taylor ilə tanış olur. Ən məşhurlardan biri – "Truly Madly Deeply" Daniel Jones’la tanışlıqdan sonra Darren musiqiyə görə universiteti yarımçıq tərk edir. Sonra onlar "Red Edge" qrupunu tərk edirlər və öz şəxsi qruplarını – "Savage Garden" qrupunu yaradırlar. İlk uğurlu albom "Savage Garden" (1997) albomu olur. 1999-cu ildə Darren və Daniel San-Francisco’ya, Wallyworld studiyasına gəlirlər. Burada onlar ikinci uğurlu albom – "Affirmation" albomunu yazdırırlar.
Elli Heyz
Elli Heyz - Amerikalı porno ulduzu
Lüsi Uebb Heyz
Lüsi Uebb Heyz (ing. Lucille "Lucy" Ware Webb Hayes; 28 avqust 1831[…], Çillikoti[d], Ohayo – 25 iyun 1889[…], Fremont[d], Ohayo) — ABŞ-nin Prezidenti Raterford Heysin həyat yoldaşıdır.
Paul fon Heyze
Paul İohann Lüdviq fon Heyze (alm. Paul Johann Ludwig von Heyse‎, 15 mart 1830[…], Berlin – 2 aprel 1914[…], Münhen) — alman yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1910). == Həyatı == Alman şairi, nasir və dramaturq Paul İohann Lüdviq fon Heyze Berlində, professor ailəsində doğulmuşdu. Atası ixtisasca filoloq olsa da, sənətə məhəbbət, yaradıcılıq istəyi və istedadı ona "emosional, qeyri-adi dərəcədə parlaq qadın" kimi xatırladığı yəhudi əsilli anasından keçmişdi. Təbii ki, Berlin bomondunun toplaşdığı evləri və ailə mühiti də burada mühüm rol oynamışdı. Paul Hayze Berlin və Bonn universitetlərində klassik ədəbiyyat və roman filologiyası üzrə mühazirələr kursu dinləmişdi. Sonra təhsilini İtaliyada davam etdirmişdi. İtaliyaya uzun müddətli səfər alman şairini həmişəlik bu ölkəyə bağlamış və onu italyan poeziyasının alman dilinə ən yaxşı tərcüməçilərindən biri kimi tanıtmışdı. Heyzenin ədəbi zövqünün müəyyənləşməsinə Dante, Bokkaçço və Cakomo Leonardi kimi İntibah şairlərinin böyük təsiri olmuşdur. 1854-cü ildə kral II Maksimillian 24 yaşlı gənci Münhenə, öz sarayına dəvət etmişdi.
Heyzel faciəsi
Heyzel stadionu faciəsi — adlandırılan bu hadisə 29 may 1985-ci ildə Belçikanın Brüssel şəhərində İtaliyanın Yuventus FK və İngiltərənin Liverpul FK klublarının Çempion Klublar Kuboku finalında qarşılaşmasından əvvəl baş vermişdir. Hadisə zamanı izdihamdan qurtulmağa çalışan azarkeşlər divarda sıxışdırılmış, çoxluğunu Yuventus azarkeşləri təşkil etməklə 39 nəfər həlak olmuş, 600 insan isə yaralanmışdır. Yuventus-Liverpul final qarşılaşması başlamazdan təxminən 1 saat əvvəl böyük bir qrup Liverpul azarkeşi hasarları aşaraq "neytral ərazi" adlandırılan, əsasən Yuventus azarkeşlərinin olduğu tribunaya daxil olmuşdular. Azarkeşlər terraslara və təhlükədən qurtulmaq üçün beton istinad divarlarına doğru qaçdılar. Divara yaxın yerdə oturan azarkeşlər əzildi, sonda isə divar uçdu. Bir çox insan yuxarı dırmaşaraq təhlükədən qurtuldu, lakin digərləri qurtula bilməyib həlak oldu və yaxud ağır şəkildə yaralandı. Oyun azarkeşlərin yenidən yarada biləcəyi zorakılığın qarşısını almaq üçün oynandı və Yuventusun 1–0-lıq qalibiyyəti ilə nəticələndi. Faciə UEFA’nın ingilis klublarını bütün UEFA müsabiqələrindən uzaqlaşdırılması ilə nəticələndi. Bu qadağa 1990–91 sezonundan etibarən aradan qaldırıldı, lakin Liverpula əlavə 3 il cəza verilməklə bu güzəştdən istisna edildi. Daha sonra cəza 1 ilə endirildi.
Verner Heyzenberq
Verner Karl Heyzenberq (alm. Werner Karl Heisenberg‎; 5 dekabr 1901[…], Vürtsburq, Bavariya Krallığı, Almaniya imperiyası – 1 fevral 1976[…], Münhen, Bavariya, Qərbi Almaniya) — alman fiziki, kvant mexanikasının əsas yaradıcılarından biri. 1925-ci ildə nəşr etdiyi məqaləsi ilə böyük şöhrət qazanmışdır. Maks Born və Paskual Yordan ilə sonrakı məqalələr seriyasında, eyni il ərzində onun kvant mexanikasının matris formalaşdırılması əsaslı şəkildə işlənib hazırlanmışdır. O, 1927-ci ildə nəşr etdirdiyi qeyri-müəyyənlik prinsipi ilə tanınır. Heyzenberq 1932-ci ildə "kvant fizikası yaradılmasına görə" fizika üzrə Nobel mükafatına layiq görülüb. Heyzenberq həmçinin turbulent axınların hidrodinamikasının, atom nüvəsinin, ferromaqnetizmin, kosmik şüaların və maddə və sahə zərrəcikləri nəzəriyyələrinə töhfələr vermişdir. O, İkinci Dünya müharibəsi zamanı Almaniyanın nüvə silahı proqramında əsas alim olub. O, həmçinin 1957-ci ildə Münhendəki tədqiqat reaktoru ilə birlikdə Karlsruedə ilk Qərbi Almaniya nüvə reaktorunun planlaşdırılmasında mühüm rol oynamışdır. İkinci Dünya müharibəsindən sonra o, Kayzer Vilhelm Fizika İnstitutunun (daha sonra Maks Plank Fizika İnstitutu) direktoru təyin edilmişdir.
Yohan Heyzinq
Yohan Heyzinq, Niderlandlı filosof və tarix professorudur. Fiziologiya professoru Dirk Heyzinqin ailəsində Qroningendə dünyaya gəlib. Anası Yakoba Tonkens Yohanın doğumundan iki il sonra öldü. Yohan Heyzinq Hind-german dillərini öyrənməyə başladı və təhsilini 1895-ci ildə tamamladı. Daha sonra müqayisəli dilçilik oxudu. Sanskrit dilinə hakim oldu. Dissertasiya işini təlxəyin Hind Teatrındakı yeri mövzusunda 1897-ci ildə etdi.1902-ci ildə Orta əsrlərə və Renesansa yönəldi. Heyzinq Qərbi Avropa, Orta əsrlər və İntibah tarixi ilə əlaqədar tədqiqatlar vasitəsilə dünya şöhrəti qazandı . Ən məşhur əsərləri Orta əsrlərin payızı ( 1919 ) və Erasmus ( 1924 ). Sonradan, Homo Ludens (1938 ) adlı tədqiqat Heyzinqin ən məşhur əsəri oldu .Şərqşünas olaraq dərs verməyə davam edərək 1905-ci ildə Ümumi tarix və Niderland tarixi sahəsində professor oldu.
Veyz
𐕛 (səslənməsi /v/, transkripsiyası V, v) — Alban əlifbasının 44-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Վէզ (Vēz) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki V səsi ilə eyniləşdirirlər. Bu hərfə alban dilindəki orijinal sözlərdə adətən ilk hərf kimi rast gəlinsə də, ortada və sonda çox nadir hallarda görmək mümkündür.
Casper Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Deyvi Çeyz
Deyvi Elizabet Çeyz qızlıq soyadı: Çeyz-Şvaller (ing. Daveigh Elizabeth Chase; 24 iyul 1990) — ABŞ aktrisası, fotomodeli və müğənnisi.
Heys adası
Heys adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 242 m. Ada 1901-ci ildə Bolduin-Siqler ekspedisiyası tərəfindən kəşf edilmişdir və amerikan qütb araşdırmaçısı Ayzek Heysin şərəfinə adlandırılmışdır. Ən böyük gölü — Kosmiçeskoe. Adanın şərqindən Romantikov çayı axır. == Maraqlı faktlar == 2005-ci ildə ada ərazisində Şimal qütbünə ən yaxın "Arxangelsk 163100" poçt bölməsi açılmışdır. Bölmə həftənin 2,3,4 və 5-ci günlər gündə cəmi bir saat fəaliyyət göstərməli idi (10:00; 11:00). Ancaq onun indi 3-cü günlər işlədiyini deyirlər. Heys adasında Vladimir Sanin özünün ən məşhur kitabı olan "Sən Arktikaya sağ ol demə" əsərini yazmışdır.
Heyt (hərf)
𐕆 (səslənməsi /h/, transkripsiyası H, h) — Alban əlifbasının 23-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Հէտ (Hēt) kimi verilmişdir. Əsasən alınma sözlərdə özünü göstərən hərfdir.
Mark Çeyz
Mark Ueyn Çeyz (ing. Mark Wayne Chase, 1951[…]) — Amerika əsilli Böyük Britaniya botaniki. London Kral Cəmiyyətinin üzvü. == Elmi işləri == Chase, M. W., Hanson, L., Albert, V. A., Whitten, W. M. & Williams, N. H. (2005). Life history evolution and genome size in subtribe Oncidiinae (Orchidaceae). Annals of Botany 95: 191–199. Chase, M. W., Salamin, N., Wilkinson, M., Dunwell, J. M., Kesanakurthi, R. P., Haidar, N. & Savolainen, V. (2005). Land plants and DNA barcodes: short-term and long-term goals. Philosophical Transactions of The Royal Society B: Biological Sciences 360: 1889–1895. Pridgeon, A. M., Cribb, P. J., Chase, M. W. & Rasmussen, F. N. (eds) (2005).
Raterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…] – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. == 1876-cı il prezident seçkiləri == 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Ruterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…] – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. == 1876-cı il prezident seçkiləri == 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Stiven Keyz
Stiven Keyz (ing. Stephen McConnell "Steve" Case; 21 avqust 1958[…], Honolulu) — ABŞ milyarderi, "America Online" (AOL) nəhəng internet korporasiyasının yaradıcısı. == Həyatı == Stiven Keyz 21 avqust 1958-ci ildə Havay adalarının Honolulu şəhərində anadan olmuşdur. 1980-ci ildə Uiliams kollecini siyasi elmlər ixtisası üzrə bitirib. İki il "Procter & Gamble" şirkətində brend menecer vəzifəsində çalışıb. 1982-ci ildən isə "Pizza Hut Inc."-də marketinq üzrə menecer kimi fəaliyyət göstərib. 1970-ci illərin sonlarında Keyz kompüter şəbəkələri ilə çox maraqlanırdı. O, 1983-cü ildə onlayn rejimində videooyunları təklif edən şirkətə işə düzəlir. Şirkətin oyun kompüterinə qoşulmaq modemin köməyi ilə mümkün idi. O zaman "Atari" oyunları xüsusilə məşhur idi.
Hey, Mamma!
Hey, Mamma! (azərb. Hey, Ana!‎) — Moldovanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.SunStroke Project "Hey, Mamma!" mahnısı ilə Moldovanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmiş və finalda 3-cü yeri qazanmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır. Mahnı SunStroke Project qrupunun heyəti və eyni zamanda Alina Qaletskaya tərəfindən bəstələnmişdir.
Hey (Xudabəndə)
Hey (fars. حی‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,355 nəfər yaşayır (311 ailə).
Luiza Hey
Luiza Hey (ing. Louise Hay; 8 oktyabr 1926 - 30 avqust 2017) — amerikalı yazıçı, həvəsləndirici əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. O, yeni düşüncə tərzində yazılmış və "özünə yardım" mövzusunda birləşən bir neçə kitabın müəllifidir. Daha çox "Həyatına şəfa ver" (ing. You Can Heal Your Life; 1984) kitabına görə yaxşı tanınır.Hey May 2008-ci ildə Nyu-York Tayms dərgisində Mark Oppenheimer ilə müsahibəsində öz həyat hekayəsin ətraflı şəkildə nəql etmişdir.
Tom Hey
Tom Hey (ing. Tom Hay; iyul 1858, İngiltərə – 10 yanvar 1940) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted", "Barslem", "Steyvli", "Bolton Uonderers", "Great Lever", "Hallivel", "Akkrinqton" komandalarında çıxış edib. == Həyatı == Tom Hey 1861-ci ildə İngiltərənin Steyvli şəhərində anadan olmuşdur.
Mark Ueyn Çeyz
Mark Ueyn Çeyz (ing. Mark Wayne Chase, 1951[…]) — Amerika əsilli Böyük Britaniya botaniki. London Kral Cəmiyyətinin üzvü. == Elmi işləri == Chase, M. W., Hanson, L., Albert, V. A., Whitten, W. M. & Williams, N. H. (2005). Life history evolution and genome size in subtribe Oncidiinae (Orchidaceae). Annals of Botany 95: 191–199. Chase, M. W., Salamin, N., Wilkinson, M., Dunwell, J. M., Kesanakurthi, R. P., Haidar, N. & Savolainen, V. (2005). Land plants and DNA barcodes: short-term and long-term goals. Philosophical Transactions of The Royal Society B: Biological Sciences 360: 1889–1895. Pridgeon, A. M., Cribb, P. J., Chase, M. W. & Rasmussen, F. N. (eds) (2005).
Marqaret Çeyz Smit
Mein Herz brennt
Mein Herz brennt (alman dilindən – «Mənim qəlbim yanır») — Almaniya rok musiqi qrupu olan "Rammstein" mahnısı. Mahnı musiqi qrupunun yeddinci studiya albomunu olan «Mutter» (2001) albomunun baş sinqlıdır. Həmçinin, mahnı musiqi qrupunun o dövrdəki konsertlərində açılış mahnısı kimi istifadə olunurdu. Əlavə olaraq, mahnı musiqi qrupunun ən böyük hitlər albomu olan «Made in Germany 1995–2011» (2011) musiqi albomunda buraxılmışdır. Bu, albomun sinql olaraq buraxılmamış və musiqi videosu olmayan yeganə mahnısı idi. Mahnı 2012-ci ildə «Videos 1995–2012» video kolleksiyasını reklam etmək üçün yenidən buraxılmışdır. Mahnının pianino versiyası sinql olaraq 7 dekabr 2012-ci ildə buraxılmışdır. Mahnının sözləri üçüncü şəxsin kabusların yaratdıqları vahimələri təsvir etməyində ibarətdir. Mahnının girişinin açılış misrası və nəqarəti ("Nun, liebe Kinder, gebt fein Acht. Ich habe euch etwas mitgebracht"; mənası – "İndi, əziz uşaqlar, diqqət yetirin.
Meri Eqnes Çeyz
Meri Eqnes Çeyz (1869–1963, nee Merrill) — ABŞ Kənd Təsərrüfatı Departamentində və Smitson İnstitutunda işləmiş ABŞ-lı aqrotoloq (ot mütəxəssisi). == Nəşrlər == Chase, M.A. & Albert Spear Hitchcock|Hitchcock, A.S. 1910. The North American species of Panicum. Bulletin of the United States National Museum. DOI:10.5962/bhl.title.53687 Chase, M.A. 1922. First book of grasses: The structure of grasses explained for beginners. The Macmillan Company. Chase, M.A. 1950, revision. Manual of grasses of the United States. U.S. Dept.
Möhsün Feyz Kaşani
Molla Məhəmməd Möhsün Feyz Kaşani (?-1670)—İslam alimi. == Həyatı == Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır. Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır. İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir. === Feyz Kaşaninın İsfahandakı məşhur ustadları === 1. Molla Muhəmməd Təqi Məclisi (r.ə) 2.
Çarlz Teyz Rassel
Çarlz Teyz Rassel (ing. Charles Taze Russell; 16 fevral 1852[…] – 31 oktyabr 1916[…]) – katib və baş mühasib, Müqəddəs Kitab Tədqiqatçıları dini hərəkatının qurucularından biri olub. O, 1884-cü ildən etibarən "Sion Gözətçi Qülləsi Cəmiyyətinin" prezidenti olub. Çarlz T. Rassel minillik krallığın peyğəmbəri olaraq qəbul edilirdi. Yehovanın Şahidləri onun yaratdığı dini hərəkatdan yaranıb. == Həyatı == Çarlz T. Rasselin atası Jozef Litel Rassel (Joseph Lytel Russell; 17 dekabr 1897), anası Ann Elayza Berni (Ann Eliza Birney; 25 yanvar 1861) olub. Onlar Şotland-İrland irqindən, protestant (presbiteryan) idilər. O, valideynlərinin təzyiqindən hələ gənc yaşdan dinlə maraqlanmağa başladı. Presbiteryan ənənəsində böyüdüyünə görə, əvvəllər protestant presbiteryan kilsəsinə bağlı idi. Sonradan isə cəmiyyət kilsəsinə qoşuldu və burada böyük missionerlik fəaliyyəti göstərdi, amma kilsənin ənənəvi tədrisi olan, cəhənnəmə məhkum edilmiş günahkarların əbədi əzabı fikri Rassel üçün o qədər qəbuledilməz oldu ki, o, 17 yaşında imanını şübhə altına almağa qərar verdi.
Əl-Həyy
Əl-Həyy (ər. الحيّ) — Allahın adlarından biri.
Cinsi həzz
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir.İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Cinsi həz