Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alabay
Mərkəzi Asiya çoban iti (Alabay) — güclü və atletik quruluşlu bir gözətçidir. İri sümüklərə və əzələli bir bədən quruluşuna malikdir. İri və güclü quruluşu ilə kobud bir görünüşü olan Alabay irqinin başı böyük ancaq bədəni ilə mütənasibdir. Qulaqları başın iki yanında yerləşmişdir və qısadır. İki təbəqəli olan tüklər qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallıdır. == Xarakteri == Ağıllı, özündən əmin, hər istiqamətiylə balanslı, eyni zamanda, azadlığına düşkün və cəsur bir irqdir. Xaricilərə qarşı şübhəçi, qorxusuz və basqın bir xarakterə sahib olan Alabay yaxşı bir gözətçi və sürü itidir. Doğuşdan qoruma instinktinə malikdir və təcavüzkar deyil. Alabayın pis xüsusiyyəti isə torpağı qazmağı sevməsi və gecə hürməsidir.
Atabay
Atabay — İran türkmənlərinin Yəmut elinin oymaqlarındandır.
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Abbay
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir.2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Abaxay xan
Abaxay xan (28 noyabr 1592 – 21 sentyabr 1643, Mancuriya) Nurxasi xanın səkkizinci oğlu — Mancuriya dövlətinin qurucusu. == Həyatı == Mancurlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular. Abaxay xan 1626-cı ildə ulu xan və imperator seçildi. Abaxay xan 1643-cü ilin sentyabr ayında vəfat etmişdir. == Ədəbiyyat == Oleq NepomninИстория Китая: Эпоха Цин. XVII — начало XX века. М.: Восточная литература, 2005. ISBN 5-02-018400-4 Э. Паркер — Китай, его истории, политика и торговля, 1903 г.
Ağrılı aybaşı
Ağrılı aybaşılar olaraq da bilinən Dismenoreya menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomları ifadə edir. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusma və ishalla da müşayiət oluna bilər.
Əsli Aybars
Əsli Aybars (türk. Aslı Aybars) — Türkiyə teatr və kino aktrisası. 25 may 1972-ci ildə İstanbul şəhərində anadan olmuşdur. 1990 - 1994 cü illər arasında Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Teatr bölümünü bitirmişdir.
Albay Əfəndi
Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar. Albay - təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir. Heç bir siyasi, dini partiyaya mənsub deyil. == Həyatı == Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub.
Atabay (film, 2020)
Atabəy filmi — ssenaristi Hadi Hicazifər və rejissoru Niki Kərimi olan 2020-ci ildə çəkilmiş romantik dram filmi. Film ilk dəfə 38-ci Fəcr Film Festivalında nümayiş edilib. Film azərbaycan dilində çəkilib. Bəzi epizodları isə fars dilindədir. 2021-ci il noyabr ayının 24-dən etibarən kinoteatrlarda nümayiş etdirilən film ilk həftələrdə satışa görə il ərzində komediya filmlərini keçib birinciliyə yüksəlmiş ilk film olub. Bundan başqa film 2021-ci ildə İranda nümayiş etdirilən filmlər arasında da ən çox izlənilən ilk 5 filmin sırasına düşüb. == Sujet == Ailə-məişət mövzusunda çəkilmiş filmdəki hadisələr Qərbi Azərbaycan vilayətindəki Xoy şəhəri yaxınlığında yerləşən Pirkənd kəndində cərəyan edir. Ekran əsərinin qəhrəmanı gənc yaşlarından ailəyə başçılıq etmək məcburiyyətində qalır və böyük çətinliklərə üzləşir. Çətinliklərin öhdəsindən gələn qəhrəman şəxsi həyatını qura bilmir. Onun sevgisi uğursuz olur və bundan sonra həyatını yaxınlarına həsr edir.
Borşod-Abauy-Zemplen
Borşod-Abauy-Zemplen — medye
Abay (roman)
Abay — qazax yazıçısı Muxtar Auezovun Abay Kunanbayev haqqında epopeyası. == Mövzu == Muxtar Auzeovun "Abay" romanında məqsəd qazax xalqının tarixi taleyinin inkişafında mühüm rol oynamış Abayın həyat və yaradıcılığını, onun şair kimi formalaşaraq kamilləşməsini, maarifçiliyini və xalqın həyat, düşüncə tərzini, dünyagörüşünü, adət-ənənəsini və s. təsvir etmək olmuşdur. Əsərdə bir-biri ilə qarşılıqlı əlaqədə olan və biri digərini tamamlayan iki obraz vardır: Abay və xalq. Romandakı bütün hadisələr bu iki obrazla əlaqəlidir və bunların dolğun, hərtərəfli və koloritli təsvirinə səfərbər edilmişdir. Səciyyəvi digər cəhətlərdən biri də romandakı hər iki obrazın müəllifin mövqeyinin öncədən, yəni yaradıcılıq aktına başlamamışdan əvvəl müəyyənləşdirilməsinə səbəb olmasıdır. Muxtar Auezov sənətkar kimi böyük sələfinin obrazını yaratmağı və xalqının özünəməxsusluqlarını qabarıq şəkildə çatdırmağı qarşısına məqsəd qoymuşdur. Yazıçının konkret məqsədi əsərdə müəllif mövqeyini və əsərin epik vüsətinin səbəbini müəyyənləşdirməkdə mühüm rol oynamışdır. Xalq-Abay və Abay-xalq cütlüyünün qarşılıqlı əlaqələrinin və şairin həyatının kiçik yaşlarından müdriklik çağlarına qədər təsviri istər-istəməz təfərrüatlara geniş yer verilməsini zəruri etmişdir. Yazıçı Abayın portretini yaradarkən, onun mənəvi dünyasındakı psixoloji yaşantıları təsvir edərkən detallara nə qədər üstünlük vermişdirsə, xalq obrazını canlandırarkən təfərrüatlara bir o qədər xüsusi meyil göstərmişdir.
Abay (şəhər)
Abay (qaz. Абай; 1961-ci ilə qədər — qəsəbə Çurubay-Nura və ya Çurbay-Nura (qaz. Шерубай-Нұра)) — Qazaxıstanın Karağandı vilayətindəki şəhər. 1949-cu ildə Karağandı kömür hövzəsinin qərb hissələrinin inkişafı ilə əlaqədar olaraq bir işçi qəsəbəsi olaraq meydana gəldi. 2002-ci ildən — Abay bölgəsinin mərkəzi. Şəhər Karabas dəmir yolu stansiyasından 8 km, Qaragandadan 30 km cənub-qərbdə yerləşir. Karağandı — Jezkazqan — Qızılyolod magistral yolu şəhərdən keçir, şəhərdən yaxşılaşdırılmış yollarla əlaqələndirilir. Şaxtinski, Saranya. Karabas kəndinin yaxınlığında, Abayın yanında, Jartas su kəməri var. Abay şəhəri Abay Kunanbayevin adını daşıyır.
Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. == Həyatı == Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925-1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927-1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929-1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Abay Kunanbayev
Abay (İbrahim) Kunanbayev (kaz. اباي (ىيبراحىيم) قۇنانبايۇلى , Абай (Ибрahим) Құнанбайұлы) (29 iyul (10 avqust) 1845 və ya 10 avqust 1845, Jidebay[d], Qərbi Sibir general-qubernatorluğu[d] – 23 iyun (6 iyul) 1904 və ya 6 iyul 1904, Jidebay[d], Tomsk quberniyası[d]) — qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı. Abay Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır. == Həyatı == Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır. Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi.
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan oteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan oteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi.
Abay rayonu
Abay rayonu (qaz. Абай ауданы) — Karağandı vilayətində inzibati vahid. Rayonun ərazisi 6,5 min kvadrat kilometrdir. Bölgə mərkəzinə olan məsafə - 30 km. Rayonun mərkəzi Abay şəhəridir. Rayondan böyük çaylar keçir: Şerubay-Nura və Nura. İki böyük su anbarı var: təxminən 19 özəl istirahət zonasının yerləşdiyi Jartas və Şerubaynurin (Topar su anbarı). Su anbarlarının ümumi sahəsi 7237 hektardır. Abay bölgəsi ərazisində aşağıdakı heyvan növləri yaşayır: canavar, cüyür, tülkü, korsak, polecat, dovşan, boz kəklik; nadir və nəsli kəsilməkdə olan növlər: arxar, kiçik bustard, göy qu. == Əhalisi == Əhalisi 58 673 (2019).
Abay çölü
Abay çölü — Rusiya və Qazaxıstanda çöl. Mərkəzi Altay dağlarında, Terekti silsiləsi (çölün şimal-şərqi) ilə Xolzun silsiləsi (cənub-qərb) silsiləsi arasında yerləşir. Rusiyada Altay Respublikasının Kök-Suu rayonunun ərazisinə aiddir. Buradakı qəsəbələrə Amur, Abay, Yustik daxildir. == Etimologiya == Abay çayının adını daşıyır. Altay dilindən "абаай" hidronimi hidronim "əmi; arvadın böyük qardaşı" deməkdir, həmçinin Altay folklorunda qadına hörmətlə müraciət forması və şəxs adıdır. == Əlavə ədəbiyyat == "Рудой А. Н., Русанов Г. Г. Последнее оледенение в бассейне верхнего течения реки Коксы. — Бийск: «АГАО», 2010. — 148 с. ISBN 978-5-85127-594-4" (PDF).
Ayba Sultan
Eybə Sultan — Ağqoyunlu dövlətində sərkərdə. Uzun Həsənin əmisi oğlu Danə Xəlilin oğlu idi. Eybə Sultanın qardaşı Yaqubcanı Fars hakimi olmuşdur. Bir qardaşı Gözəl Əhməd Bayandur, digər qardaşı isə Nur Əli bəydir.
Borşod-Abauy-Zemplen (medye)
Borşod-Abauy-Zemplen — medye
Mirzə Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. == Həyatı == Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925-1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927-1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929-1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası
Abay adına Şərqi Qazaxıstan Regional Universal Kitabxanası qaz. Шығыс Қазақстан облыстық Абай атындағы әмбебап кітапханасы — Semey şəhərində (Semipalatinsk) yerləşən Qazaxıstanın ən qədim kitabxanası. 1992-ci ilə qədər — N. V. Qoqol adına Semipalatinsk Regional Universal Elmi Kitabxanası. == Tarixi == Semipalatinsk kitabxanası 20 sentyabrda (3 oktyabr yeni üslubda) 1883-cü ildə regional statistika komitəsində açıldı. Şəhərin ilk mədəniyyət müəssisələrindən biri idi. Təsisçilər — rus köçkünləri E. P. Mixaelis, A. L. Leontiyev, M. S. Filippov. Kitabxananın yaradılması üçün pul Semipalatinsk tacirləri Pleçev və Xabarov, Pavlodar taciri - Derov, Krasnoyarsk taciri - Yudin tərəfindən bağışlandı. Kitabxananın təşkilində yerli tarixçilər Q. Kolmoqorov və İ. Zemlyanitsin də iştirak etdilər. Kitabxananın qurulduğu ildə 274 nüsxə kitab var idi, əsasən məmurlar və ailə üzvləri olan 130 oxucu kitabxanadan istifadə edirdi. Kitab fondu rus və xarici mütəfəkkirlərin, şairlərin və yazıçıların əsərlərindən ibarət idi.