ayrım
ayrıntı
OBASTAN VİKİ
Ayrımlar
Ayrımlar (yaxud İmi, Eymi, Eymir, Eymür) — "Oğuz xaqan dastanı"na görə, 24 oğuz boyundan biri və Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" kitabına görə 24 oğuz boyunun 11-cisi. Azərbaycanlıların etnoqrafik qolu hesab edilirlər. Əmir Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Dağlıq Gəncəbasarda, Qarabağ və Ermənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda eymurlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə eymurların bir hissəsi İrana keçərək şahsevən adlanmışdır. Eymurlar Türkiyə türkcəsinin Qara dəniz dialektində danışırlar. Əksəriyyəti islam dininin sünni məzhəbinə etiqad edirlər. == Eymur sözü ilə bağlı coğrafi adlar == Ermənistan ərazisində Ayrım – Noyemberyan və Tumanyan rayonlarında kənd adları, Böyük Ayrım – Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. İmirli – İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı olmuşdur. Ziya Bünyadova görə, "Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşlər".