Диалектологический словарь азербайджанского языка.

  • ÖYSUMAT

    (Şahbuz) qara çörək

    Полностью »
  • ÖYSÜRÜG

    (İmişli) səliqə, qayda. – Öy öysürügdən düşüb, arvad yox, gəlin də uzağda

    Полностью »
  • ÖYŞƏX’

    (Gəncə) qonurrəngli quş. – Öyşəx’ çöplər üstündə yumurtdar

    Полностью »
  • ÖYÜANA

    (Gəncə) bax öyəyana

    Полностью »
  • ÖYÜCCƏ

    (Ucar) b ax nöyüccə. – Öyüccə gər ağacında yuva tikip

    Полностью »
  • ÖYÜX

    (Cəbrayıl) bax oyux III, 1

    Полностью »
  • ÖYÜX’

    (Tovuz) bax ovux

    Полностью »
  • ÖYÜL

    (Naxçıvan) dərə

    Полностью »
  • ÖYÜN

    (Karvansaray, Qazax, Şəki) o gün. – Öyün sizə:lmişdim, öydə yoxdun (Qazax)

    Полностью »
  • ÖYÜR

    (Meğri) mehriban, səmimi

    Полностью »
  • ÖYÜRRƏŞMƏX’

    (Meğri) 1. isinişmək 2. mehriban, səmimi olmaq, birlikdə gəzibdolanmaq. – Bu uşaxlar elə indidən öyürrəşsələ yaxşı olu

    Полностью »
  • ÖYÜŞMƏK

    (Zaqatala) tərslik etmək, əsassız mübahisəyə girişmək

    Полностью »
  • ÖZƏLƏMMƏX’

    (Çənbərək) təəssüflənmək. – Oruc axşam özələnirdi kin, büvümün yannələlmədim

    Полностью »
  • ÖZƏLLƏMƏG

    (Lənkəran) yoğurmaq. Pp

    Полностью »
  • ÖZƏLLƏMƏX’

    (Cəbrayıl) deyinmək, öz-özünə danışmaq

    Полностью »
  • ÖZƏLLƏMMƏX’

    (Karvansaray, Çənbərək) təəssüflənmək. – Səmət özəllənif büvümün yanına getmədiyinə ö:rə

    Полностью »
  • ÖZGƏ

    özgə vırmağ: (Dərbənd) çayda üzmək. – Uşağ çayda özgə vıradi

    Полностью »
  • ÖZGƏNDƏ

    (İsmayıllı, Salyan, Şəki) guya. – Özgəndə biz büyün kəndə getməliydüg (İsmayıllı)

    Полностью »
  • ÖZGƏNDİNƏ

    (Qazax) öz-özünə. – Özgəndinə nə fikirrəşirsən?

    Полностью »
  • ÖZİQAÇDİ

    (Cənubi Azərbaycan) quş adı

    Полностью »
  • ÖZMƏC

    (Qax) ipək sap

    Полностью »
  • ÖZMƏX’

    (Çənbərək) xəmiri yayıb kəsmək, doğramaq (əriştə üçün). – Ayna yaxşı özür ərişdiyi

    Полностью »
  • ÖZMƏNCDİ

    (İsmayıllı) nişastalı. – Əcəb özməncdi undu

    Полностью »
  • ÖZÜNƏBƏY

    (Gədəbəy) evlənən oğlan, bəy oğlan. – Özünəbəy kin ortuya çıxdı oynamağa, şavaş töküləjəx’ hər yerdən

    Полностью »
  • ÖZÜNƏBƏYLƏR

    (Tovuz) toy günü oğlan evindən gəlin gətirməyə gedən adamlar, oğlanın tay-tuşları

    Полностью »
  • ÖZÜNNƏNBƏY

    (Ağcabədi, Bərdə, Yevlax) bax özünəbəy. – Toyda özünnənbəy oynadı, ucuzduğ olar

    Полностью »
  • ÖZÜNNƏNBİTMƏ

    (İmişli) əkilmədən, toxum səpilmədən öz-özünə bitmə (taxıl və ya bəzi mədəni bitkilərdə). – Bı zəmi özünnənbitmə taxıldı, əkməmişig onu

    Полностью »
  • ÖZÜNÜ BOZARTMAX

    (Qazax) həddibüluğa çatmaq. – Gədənin səsi gərrənif, özünü bozardıf diyəsən

    Полностью »
  • ÖZÜNÜ QIZARTMAX

    (Qazax) həddibüluğa çatmaq. – Onun nə yaşı var, hələ heç özünü qızartmıyıf

    Полностью »
  • ÖZVADINA

    (Qazax) öz gücünə, öz ümidinə. – Özvadına qalsa, başaramaz o bu işi

    Полностью »
  • ÖZYANNAN

    (Cəbrayıl) guya, guya ki. – Özyannan indi kişi xeylağıdı, gör nə deyir

    Полностью »
  • PABBABACI

    (Ucar) şanapipik. – Pabbabacı çəmənniyə qommuşdu

    Полностью »
  • PABEDA

    (Salyan) kəlağayı növü adı. – Pabeda kəlağayısı hava rəngundə olur, künclərində də quş şəkli

    Полностью »
  • PAÇABƏND

    (Lənkəran, Şamaxı) alıcı quşların ayağına geydirmək üçün dəri ayaqlıq. – Quşuma gözəl paçabənd almışam (Lənkəran); – Qırğı paçabəndi qırıb qaçıb

    Полностью »
  • PAÇAX

    (Çənbərək, Gədəbəy) mal-qara ayaqlarının dərisi

    Полностью »
  • PAÇAL

    I (Xanlar) çatlamış meyvə. – Bu paçal meyvələri bir yerə topluyun, maηa lazımdı II (Borçalı, Dərbənd, Qazax) qoyun yatağı yanında (körpə quzular üçün)

    Полностью »
  • PAÇALLAMAX

    (Ağdam) çatlamaq. – Çox yağış yağdığınnan narrar paçalladı

    Полностью »
  • PAÇA:ŞIRMA

    paça:şırma oturmax: (Zaqatala) qıçını qıçının üstünə aşıraraq oturmaq

    Полностью »
  • PADALA

    (Qax) qoğalın bir növü

    Полностью »
  • PADAM

    (Qax) astana. – Padamda niyə oturıysın, içəri gəl

    Полностью »
  • PADIŞ

    I (Ağdam, Naxçıvan) 1. dırnaq (heyvanlarda) (Ağdam); – Dəvənin padışı olmaz (Naxçıvan) 2. mahmız (xoruzda)

    Полностью »
  • PADŞAH

    (Bərdə) toy məclisini idarə edən. – Bizim kətdə Hümbət adında bir kişi olur, o, toyda padşah olardı

    Полностью »
  • PAF

    (Şəmkir) fiziki cəhətdən zəif (adam)

    Полностью »
  • PAĞACA

    (Axalsxi) mayasız xəmirdən bişirilən çörək. – Pağacaya çox bişmək lazımdı

    Полностью »
  • PAĞIZ

    (Göyçay) ağılı bağlamaq üçün düzəldilmiş ağac

    Полностью »
  • PAĞIZLAMAX

    (Göyçay) pağız ilə bağlamaq. – Qardaşım ağılı pağızladı

    Полностью »
  • PAXAÇ

    (Borçalı) xörək adı. – Paxaç südnən, yağnan, şəkərnən, murtoynan pişər

    Полностью »
  • PAXAL

    (Qax) saman qırıntısı

    Полностью »
  • PAXALAY

    (Qax, Zaqatala) xörək adı. – Dayım məni paxalay yimağa çağırdı (Zaqatala)

    Полностью »
  • PAXXAY

    (Ucar) təəccüb bildirən nida. – Paxxay, on yaşında uşağ iyirmi kilo buğdanı öyə apardı!

    Полностью »