Диалектологический словарь азербайджанского языка.

  • DIQQILI

    (Füzuli, Kürdəmir, Qazax, Laçın, Mingəçevir, Ordubad, Şəki, Zəngilan) 1. balaca. – Dıqqılı uşağ kimi ağlama (Laçın); – Məyi dıqqılı vaxtı veriflər ərə

    Полностью »
  • DIQQILINCA

    (Şəmkir) bax dıqqılı (2-ci məna)

    Полностью »
  • DIQQIŞ

    (Cəbrayıl) azca, bir az. – Zəmini kimsə elə otarıb ki, heç dıqqış da qalmıyıb

    Полностью »
  • DILĞER

    (Goranboy) uzunqılça

    Полностью »
  • DILIMBIR

    (Ağbaba) çılpaq, lüt. – Oğlan dılımbırdı, çölə çıxə:lməz

    Полностью »
  • DIMBILI

    (İmişli, Ordubad) 1. kiçik, xırda (Ordubad) 2. az, azca (İmişli) – Bi dımbılı alma gəti mə:

    Полностью »
  • DIMBILIJA

    (Qazax) bax dımbılı (2-ci məna). – Maηa dımbılıja çayotu ver

    Полностью »
  • DIMBIR

    (Ağsu) yumru, girdə. – Dımbır yumru şeyə deyərük

    Полностью »
  • DIMBIRI

    (Ağsu) təpə. – Qoyunnar dımbırı: n üsdə çıxıb

    Полностью »
  • DIMBIZ

    (Cəbrayıl) yumruq

    Полностью »
  • DIMBIZDAMAX

    (Cəbrayıl, Zəngilan) yumruqlamaq, yumruqla vurmaq. – İndi səni dımbızdejam (Cəbrayıl)

    Полностью »
  • DIMI

    dımısı batmax: (Kəlbəcər) ilıqlanmaq, azca isinmək. – Suyun dımısı batıf

    Полностью »
  • DIMIĞ

    (Salyan) fikir, xəyal ◊ Dımığa getməg – fikrə getmək, xəyala dalmaq. – Ay nənə, nə çox dımığa gedirsən?

    Полностью »
  • DIMIX

    I (Ağcabədi, Cəbrayıl, Şərur) çox qısaboylu (adam). – Dımıx Məhərrəm gəldi (Şərur); – Bu dımıx Kərimin oğludu (Cəbrayıl) II (Cəbrayıl, Culfa, Füzuli)

    Полностью »
  • DIMIXLI

    (Xanlar) baməzə. – Sən də dımıxlı adamsan, işin ortasında dəsgah başdi: rsan

    Полностью »
  • DIMIRCIXLANMAX

    (Ağbaba) lovğalanmaq; təkəbbürlük, dikbaşlıq etmək. – Özözünə dımırcıxlanma

    Полностью »
  • DIMIRIX

    (Culfa, Ordubad) dırmıq. – Bizdə dımırıx olmur (Culfa)

    Полностью »
  • DIMIŞMAX

    (Meğri) soyuqdan büzüşmək. – Buzovlar soyuxdan dımışılla

    Полностью »
  • DIMIZIX

    (Beyləqan) sıyıq, duru. – Qatığ dımızıx olmuşdu

    Полностью »
  • DINCIXMAX

    (Borçalı, Çənbərək, Qazax, Mingəçevir) darıxmaq, narahat olmaq. – Mən dıncıxeram (Borçalı); – Sən niyə dıncıxersaη? (Qazax); – Buryəldim deyn Əzvər ya

    Полностью »
  • DINÇILI

    (Hamamlı, Tovuz) az. – O əlindəkinnən dınçılı maηa ver (Tovuz)

    Полностью »
  • DINÇILICA

    (Tovuz) bir balaca, bir az

    Полностью »
  • DINDI

    (Salyan) xörək adı. – Uşağ dındı yiyir

    Полностью »
  • DINĞA

    (Meğri) hündür (qaya). – Bəhram bəy çıxey dınğa daşə, qayidey amısi qızın tüteyinan çağırey

    Полностью »
  • DINIĞ

    (Salyan) yetim. – Həsənin dınığı day bezzirib bizi

    Полностью »
  • DINIĞÇA

    (Salyan) yetimçə. – Bı dınığça yoldan əl çəkmir

    Полностью »
  • DINITDAMAX

    (Culfa) zilləmək (gözlərini). – Gör necə də gözdərin dınıtdıyıb şovul-şovul baxır

    Полностью »
  • DINQAX

    (Tovuz) bir az, azca

    Полностью »
  • DINQAJIX

    (Tovuz) bir az, azca. – Bu axşamlığa dınqajıx nöyüt ver, çırıyı yandırım, qarannıxdayıx

    Полностью »
  • DINQI

    (Cəbrayıl) vanna

    Полностью »
  • DINQILI

    (Cəbrayıl, Qarakilsə, Qazax, Naxçıvan, Şuşa, Tovuz) bax dıqqılı I. – Dınqılı qardaşın adı Baxtıcamaliydi (Naxçıvan); – Bizim dınqılı gədə məytəvə getm

    Полностью »
  • DINQILINCA

    (Gədəbəy) kiçik, balaca. – Sədəfin qızı dınqılınca şeydi, elə bil bu heç onun balası döy

    Полностью »
  • DINQIR

    I (Kürdəmir, Mingəçevir) bax danqır. – Odey, Miri teyxa dınqırdı (Kürdəmir) II (Mingəçevir) arıq, sısqa III (Qazax) qaval

    Полностью »
  • DINQIRASÜZƏN

    (Qazax) yüngülxasiyyət

    Полностью »
  • DINQIRVURAN

    (Qazax) qavalçalan. – Gedif oğlu dınqırvuran oluf

    Полностью »
  • DINNAJIX

    (Çənbərək, Gədəbəy, Goranboy, Qazax, Şəmkir) lap azca, azca. – Dınnajıx mq: su ver (Goranboy); – Dınnajıx yağ gəti ərit xəngəldən ötrü (Gədəbəy); – Nə

    Полностью »
  • DINT

    (Meğri) kəsər alətlərinin ağzı (dəryaz, oraq, dəhrə və s.)

    Полностью »
  • DIR

    I (Cəlilabad, Lənkəran, Masallı) 1. aralı (Lənkəran). – Ağa, qapını bikgə dır qoy 2. ara (Cəlilabad)

    Полностью »
  • DIRA

    (Borçalı) uşaq oyunu adı

    Полностью »
  • DIRADÖYMƏ

    (Borçalı) bax dərədöymə

    Полностью »
  • DIRATIXA

    (Zəngibasar) doyunca, doyana qədər. – Uşax dıratıxa yedi getdi

    Полностью »
  • DIRB

    (Zəngibasar) güc, qüvvə. – Mən sə:n dırbının qava:nda da:na <dayana> bilmərəm

    Полностью »
  • DIRBIZ

    (Kürdəmir, Salyan) 1. iri üyüdülmüş undan bişirilmiş çörək (Salyan) 2. cod, kobud (Kürdəmir). – Keçi qəzili dırbız olur

    Полностью »
  • DIRÇIMAX

    (Gədəbəy) qaçmaq. – Dırçı, çatamməjaxsaη, tez olgunan göröm

    Полностью »
  • DIRDA

    (Borçalı, Hamamlı) 1. dağın döşü (Hamamlı). – Dağın dırdasında müəl yer var, mal ki, doydu, o müəl yerində yatışıf dincəlir 2

    Полностью »
  • DIRDABEL

    (Borçalı) qozbel. – Qojalanda adam dırdabel olor

    Полностью »
  • DIRDALAMMAX

    (Borçalı) qozbelləşmək. – Qarının beli dırdalanıf

    Полностью »
  • DIRDALI

    (Böyük Qarakilsə) qozbel

    Полностью »
  • DIRDEX’

    (Meğri) böyük. – Dırdex’ gədəsən, gedip qoşulmusan xıcca-mıccıya

    Полностью »
  • DIRDI

    (Qazax) sözünün yerini bilməyən, yersiz danışan

    Полностью »