Диалектологический словарь азербайджанского языка.

  • SARAĞ

    (Bakı) 1. bir-birinə yapışaraq bərkimiş balıqqulağı 2. yerin alt qatında tam daşlaşmış təbəqə, qat. – Pişik düşib quyya, gedib sarağa görmeg olmır

    Полностью »
  • SARAĞAN

    (Balakən) bitki adı

    Полностью »
  • SARALTMA

    (Tovuz) xəstəlik adı. – Saraltma qoyunnarda da olor

    Полностью »
  • SARAY

    I (Quba) eyvan II (Cəlilabad, Dərbənd) tövlə. – Sarayda mallar da uladu (Dərbənd); – Bizdə pəyə demeylər, hamı saray dey

    Полностью »
  • SARF

    (Hamamlı) uçurum

    Полностью »
  • SARFAYI

    (Əli Bayramlı) toyu və ya şadlıq məclisini idarə edən şəxs

    Полностью »
  • SARĞAL

    (Şəki) evin çardağında ən uca yer. – Öyün sarğalında quş yuva tikifdi

    Полностью »
  • SARĞIZ

    (Qazax) sarı

    Полностью »
  • SARHA

    (Ordubad) sahə. – Hər kişdənin öz sarhası var də

    Полностью »
  • SARXEYİR

    (Əli Bayramlı) toyu və ya şadlıq məclisini idarə edən şəxs

    Полностью »
  • SARI

    (Tovuz) uçurum

    Полностью »
  • SARIBIĞIN

    (Kürdəmir) baramaqurdu xəstəliyi. – Sarıbığın olmasa pilanı ödüyəcəm

    Полностью »
  • SARIBUĞUM

    (Cəbrayıl) bax sarıbığın ◊ Sarıbuğum olmax (Cəbrayıl) – saralıb ölmək (baramaqurduna aiddir)

    Полностью »
  • SARICA

    (İmişli) sarı sarmaşıq. – Sarıca düşən əkin dirilməz

    Полностью »
  • SARIF

    (Qazax) dağlıq. – Sarıf yeri əlimiznən piçerix’

    Полностью »
  • SARIĞ

    (Salyan) boğça. – Sarığı yükün dalına qoymışam. – Könnəgün sarığdadı

    Полностью »
  • SARIKÖYNƏX’

    I (Ağdam) yemiş növü adı II (Çənbərək) turşu hazırlamaq üçün bişirilmiş meyvədən alınan şirə. – Bir qazan sarıköynəx’ süzdüx’

    Полностью »
  • SARILIX

    (Ağdaş, Qazax) kəhrəba. – Mən sarılıxdan olan təspehimi itirmişəm (Ağdaş)

    Полностью »
  • SARIMA

    I (Basarkeçər) kərmə. – Sarıma yaxşı yanacağdı II (Salyan) qadın paltarına bəzək üçün tikilən pulcuq

    Полностью »
  • SARIMÇAX

    (Cəbrayıl, Zəngilan) bax salımçax. – Gözdüyün sarımçağın ipi qırılmasın (Cəbrayıl)

    Полностью »
  • SARIMEÇƏN

    (Çənbərək) sarıbəniz, sarışın. – Sarımeçən qızdan ötrü niyə özüηelme: yrsəη?

    Полностью »
  • SARIMURĞUZ

    (Basarkeçər) sarıbəniz, sarışın. – Hilal mə:llim sarımurğuzdu

    Полностью »
  • SARISAÇAX

    (Borçalı) ağ, irigilə üzüm növü adı. – Sarısaçağ ağ olar

    Полностью »
  • SARISƏRÇƏ

    (Göyçay) sarıköynək

    Полностью »
  • SARKAR

    (Dərbənd) baş çoban. – Bu yəxinnərdə Elipxani quyinə sarkar gündərütdülər

    Полностью »
  • SARMA

    I (Çənbərək) bax sarıma I. – Qoynun altdan xeylax sarma kəsdix’ II (Cəbrayıl, İmişli, Kürdəmir, Qafan, Qax, Şamaxı, Zəngilan) bax sarma II

    Полностью »
  • SARMAQİY

    (Quba) keçmişdə qadınların alınlarına bağladıqları qızıl, gümüş və sairədən ibarət bəzək, qabaqlıq. – Bizdə hindi sarmaqiy bağlıyan yuxdu

    Полностью »
  • SARMAYI

    (Tərtər) üzüm növü adı. – Sarmayını ye:əndə adamın ağzın bekara büzüşdürür

    Полностью »
  • SARSARI

    (Cəlilabad, Əli Bayramlı, Xaçmaz) ərik

    Полностью »
  • SASMAĞI

    (Füzuli) keçəl

    Полностью »
  • SASMAĞLI

    (Kürdəmir, Şamaxı) kirli, çirkli. – Zalım qızının hər vaxt üstbaşı sasmağlı olur (Kürdəmir); – Nə sasmağlısan? (Şamaxı)

    Полностью »
  • SASU

    (Zaqatala) iri qıyıq

    Полностью »
  • SAŞMAQ

    (Şəki) səpmək. – Biyil un put çəltik saşmişəm

    Полностью »
  • SATGİN

    (Balakən) cüyürəoxşar dağ keçisi. – Sipatı cü:rə oxşuyur, buynuzu geriyə yatıxda olur satginin

    Полностью »
  • SATIL

    I (Ağcabədi, Ağdam, Ağdərə, Basarkeçər, Bərdə, Cəbrayıl, Gəncə, Xocavənd, Qafan, Qazax, Laçın, Şəki, Zəngilan) 1

    Полностью »
  • SATILÇA

    (Dərbənd) bax satıl III. – Satılça su içən qabdı

    Полностью »
  • SATSİL

    (Qax) bax satıl (2-ci məna)

    Полностью »
  • SATUL

    (Quba, Zaqatala) 1. b a x satıl (2-ci məna) 2. alət adı. – Çoban Yüsüfün satuli yəkədü (Zaqatala); – Mənim satulum çux güzəldü (Quba)

    Полностью »
  • SAULAMAX

    (Ağdam) bax savlamax. – Mən ülgüş saulamağı bilmirəm; – Kərəntini təzəcə saulamışam, sən öl, tük götürür

    Полностью »
  • SAV

    (Zəngilan) dəryaz, oraq, dəhrə və s. itiləmək üçün polad alət. – Orax kəsmiyəndə savnan ağzın sürütürüx, so:ra yaxşı kəsir

    Полностью »
  • SAVA

    (Cəbrayıl, Qafan, Qarakilsə, Meğri, Ordubad, Zəngilan) 1. gec (Qafan, Qarakilsə, Ordubad). – Sava əkilən taxıl bizim dağlarda gəlip yetimir (Qarakilsə

    Полностью »
  • SAVACAX

    (Cəbrayıl, Füzuli, Zəngilan) bax savajax. – Suyu savacaxdan sav, gessin ə:nə (Zəngilan)

    Полностью »
  • SAVAX

    I (İrəvan) sahə suvarıldıqdan sonra suyun kəsilib axıdıldığı yer. – Əyə Həsən, suyu bir savax yoxdu ki, savasan gedə II (Meğri) suyu sovrulmuş dəyirma

    Полностью »
  • SAVAJAX

    (Cəbrayıl, Laçın) dəyirmana və sairəyə su buraxılan yer. – Dəyirmanın savacağında ilişif qalıf (Laçın)

    Полностью »
  • SAVAL

    (Biləsuvar) kirəmit

    Полностью »
  • SAVALLI

    (Biləsuvar) kirəmitli. – Bizim kolxozun idarəsi savallıdı

    Полностью »
  • SAVAT

    (Gəncə, Şuşa) qızıl və gümüş şeylərinin üzərindəki naxış ◊ Savat vurmax (Şuşa) – qızıl və gümüş şeylərinin üzərinə naxış vurmaq

    Полностью »
  • SAVATDAMAX

    (Gəncə) qızıl və gümüş şeyləri naxışlamaq. – Qaşıxlar savatdanıf

    Полностью »
  • SAVATDİ

    (Gəncə) naxışlı (qızıl və gümüş şeylərinə aiddir). – Savatdi gümüş qaşıxlardı

    Полностью »
  • SAVATİL

    (Quba) armud növü adı. – Savatildən anamız qax qurutdi

    Полностью »