Диалектологический словарь азербайджанского языка.

  • QOQAX

    (Zaqatala) cilov

    Полностью »
  • QOQAZDAMMAX

    (Ağbaba, Şəki) bax qaqazdammax. – Adam çox qoqazdammaz, oğlum! (Ağbaba); – Sə:n, oğlun yaman qoqazdanır (Şəki)

    Полностью »
  • QOQAZDANA-QOQAZDANA

    (Ağbaba) lovğalana-lovğalana. – Səlvər, qoqazdanaqoqazdana hara gedirsən?

    Полностью »
  • QOQQİLİX’

    (Tərtər) dombalan. – Qoqqiliyi çiy də ye:illər, pişirif də ye:illər

    Полностью »
  • QOQU

    (Qax) qarğıdalı qoğalı

    Полностью »
  • QOL

    (Başkeçid, Borçalı) divar. – Bir öyüm var, bö:rünnən üç qol da çəhdirəjəm, olajey iki öy (Borçalı)

    Полностью »
  • QOL-BUD

    qol-bud eləməx’: (Cəbrayıl) 1. yıxıb döymək (adam) 2. parçalamaq (kəsilmiş heyvanı) 3. sındırmaq, yarmaq, kəsmək

    Полностью »
  • QOLA

    (Zəngilan) bardaq. – Qola suyu sərin saxlıyır

    Полностью »
  • QOLAXÇASI

    (Borçalı) qadınların qollarına bəzək üçün bağladıqları gümüş pullar. – Qolaxçasın qola bağle:rıx

    Полностью »
  • QOLALTI

    (Zaqatala) qadın geyimi adı

    Полностью »
  • QOLAN

    (Qax, Oğuz) gödək örkən

    Полностью »
  • QOLAVAN

    (Cəbrayıl) dişlə, arabanı boyunduruqla birləşdirən uzun ağac hissə. – Qolavanı möhkəm ağajdan qayırıllar

    Полностью »
  • QOLAVEYLAMAX

    (Qazax) tullamaq

    Полностью »
  • QOLAY

    I (Biləsuvar, Kəlbəcər, Naxçıvan, Ordubad, Salyan, Yardımlı, Zaqatala, Zəngilan) pis. – Bu yeri qolay suvarmısan (Naxçıvan); – Qəhrəman qolay adam olu

    Полностью »
  • QOLBAX

    (Şahbuz) muncuqlu bilərzik. – Qolbax mıncıxdan olardı, qolumuza bağlıyardıx

    Полностью »
  • QOLBƏYİ

    (Borçalı, Qazax) cur, həmtay. – Abbasnan Şahəli qolbəyidi (Borçalı); – Abasnan Hasan qolbəyi oluf (Qazax)

    Полностью »
  • QOLÇA

    (İmişli, Kürdəmir, Salyan) kanalın kiçik qolu. – Uşağlar hindi qolçada çimir (İmişli); – Qolça qanaldan kiçik olar (Salyan)

    Полностью »
  • QOLÇAĞ

    (Ağsu, Bakı) taxıl biçəndə və ya təndirə çörək yapanda qola dolanan parça və ya dəri sarğı. – Adamlar taxıl biçəndə qolçağ bağlıyır (Ağsu); – Qabağ çö

    Полностью »
  • QOLÇAĞLI

    (Bakı) büzməli. – Qədimdə arvaddar qolçağlı don giyərdi

    Полностью »
  • QOLÇAX

    I (Füzuli, Qarakilsə, Qazax, Oğuz, Şahbuz, Zəngilan) bax qolçağ. – Qolçağı bağlıyıllar ki, qılçığ adamın qolun yeməsin (Zəngilan); – Qolçağı əppəx’ pi

    Полностью »
  • QOLÇƏ

    (Ordubad) odun parçası. – Ay bala, get o qolçədən yığ gəti, ocəğə qoyax

    Полностью »
  • QOLÇÜX’

    (Şəki) taxça. – Qolçüyə ləmpə də qoyüllər, ayrı şey də qoyüllər

    Полностью »
  • QOLDANTUTMA

    (Ağcabədi) çalğısız (toy haqqında). – Aşıxlı toy da olurdu, qoldantutma toy da olurdu

    Полностью »
  • QOLDIRAĞAC

    (Salyan) qolçaq. – Qoldırağac olmasa, qolua qılçığ girər

    Полностью »
  • QOLEY

    (Ağbaba) quyruğu kəsilmiş heyvan

    Полностью »
  • QOLĞA

    (Kürdəmir) başqa yerdə əkilmək üçün kökündən çıxarılmış ağac

    Полностью »
  • QOLQANOYİ

    (Əli Bayramlı) arxın kiçik qolu. – Qolqanoyi balaca olur, arxdan ayrılır

    Полностью »
  • QOLQAYI

    (Qarakilsə, Meğri) qohuməqrəba. – Hüseynnilərin qolqayısı Gülülərdən çox idi (Meğri); – Xeyləx’ çörəx’, duz bizim qolqayımızdan gətdim bıra (Qarakilsə

    Полностью »
  • QOLQIRMA

    (Qazax, Tovuz) qolburma (güləşmədə). – Güləşəy, əmbə qolqırma yoxdu (Tovuz)

    Полностью »
  • QOLPUN

    (Gədəbəy, Qazax, Şəmkir) güclü sel nəticəsində yaranmış yarğan, dərə. – Sel ki gəler, o yeri o:r, o yerə qolpun de:rix’ biz (Qazax); – Elə ki gördük g

    Полностью »
  • QOLSAPALAX

    (Basarkeçər) dərman bitkisi adı. – Qolsapalax enniyarpaxlı, uzun otdu, yaranın üsdünə qoyullar; – Qolsapalax əvəlix’ kimi bir otdu, ye:llər onu

    Полностью »
  • QOLSUZ

    (Ucar) canlıq. – Cicim mənə bir qolsuz tikdi

    Полностью »
  • QOLTAŞA

    (Şəki, Tovuz) yaltaq. – Cahangir kimi qoltaşa adam ağlınə:lməsin (Tovuz)

    Полностью »
  • QOLTUXDANÇIXMA

    (Cəbrayıl) uşaq oyunu adı. – Gəlin, qoltuxdançıxma oynuyax

    Полностью »
  • QOLTURMAC

    (Əli Bayramlı, Kürdəmir) çal-çarpaz. – Qolturmac bağlanan iplər açılmadı (Əli Bayramlı)

    Полностью »
  • QOLVƏND

    qolvənd eləməx’: (İmişli) heyvanın başını qabaq ayaqlarının birinə bağlamaq (qaçmaması üçün). – Qolvənd elədim, buraxdım atı

    Полностью »
  • QOM

    (İmişli, Tərtər) qoşqu heyvanlarının belinə çulun altından qoyulan (içinə saman tökülüb tikilir) xurcun şəkilli örtük

    Полностью »
  • QOMA

    I (Şəki) 1. tütün yarpağı düzülmüş 4-5 ip bağlaması, dəst. – Tütün qoması bağli:llər doğanağa 2. bir saplaqda və ya kiçik zoğda olan topa meyvələr II

    Полностью »
  • QOMARĞA

    qomarğa eləməx’: (Gədəbəy, Qazax) mühasirə etmək, mühasirəyə almaq. – Orda qomarğa ele:llər, dörd yanı kəsellər (Qazax)

    Полностью »
  • QOMARĞALAMAX

    (Daşkəsən, Gədəbəy) mühasirə etmək, mühasirəyə almaq. – Bir də ö:rdük qomarğale:flar (Daşkəsən); – Qoruğa girən malları qomarğaladıx tutdux (Gədəbəy)

    Полностью »
  • QOMARMAX

    (Gədəbəy, Qazax, Şəki, Şəmkir, Tovuz) 1. b a x qomarğalamax (Gədəbəy, Qazax, Şəmkir, Tovuz). – Qomardıx, tutdux birtə:r camışı (Gədəbəy); – Şa:bbasın

    Полностью »
  • QOMARRAMAX

    (Çənbərək, Kürdəmir, Zəngilan) bax qomarğalamax. – Qaçaxlar bizi yaman qomarramışdı, incəvara yaxşı qutardıx (Zəngilan); – Uşaxlar qoyunu qomarrıyıf t

    Полностью »
  • QOMARRIMAĞ

    (Cəlilabad) bax qomarğalamax. – Bizi qomarrıdılar tutdılar

    Полностью »
  • QOMAZI

    (Kürdəmir) armud növü adı

    Полностью »
  • QOMİŞ

    (Dərbənd, Tabasaran) arabaya və s. qoşulan kəl. – Qotani <kotanı> qoşeydig qomişə (Dərbənd)

    Полностью »
  • QOMQARA

    qomqara qoymax: (Tərtər) əkin sahələri arasına sərhəd nişanı qoymaq. – Murad, getginən Sarı Kövərdə qomqara qoy gəl

    Полностью »
  • QONAC

    (Qax) çoxlu quş qonan yer

    Полностью »
  • QONALĞA

    (İmişli) qonaqlıq. – Beycə bizzə yaxşı qonalğa vardı

    Полностью »
  • QONAMAĞ

    (Əli Bayramlı) yetişmək

    Полностью »
  • QONC

    I (Qax) qönçə II (Borçalı, Oğuz) bax qoj (1-ci məna). – Qoncu baş tirinə vururux (Oğuz); – Qoncun üsdən də pərdi döşe:rdilər (Borçalı)

    Полностью »