Диалектологический словарь азербайджанского языка.

  • XİRTDİX’

    (Zəngibasar) yeyə <aləti>

    Полностью »
  • XİRTİX’

    I (Kəlbəcər, Şərur) xırdadişli yeyə. – Bizzərdə böyük yeyəyə qavara, xırda yeyəyə xitrix’ deyərix’ (Şərur) II (Borçalı, Gədəbəy) dovşan balası

    Полностью »
  • XİRTTAVUK

    (Qax) xirtdək

    Полностью »
  • XİSLƏT

    (Zəngibasar) dar, sıx. – Əvdə otumağ olmur, yaman xislətdi

    Полностью »
  • XİŞDƏX’

    I (Qax, Qarakilsə, Qazax, Şuşa) köbə. – Köynəx’də xişdəx’ olanda gej yırtılır (Şuşa) II (Çənbərək) şumlanmış sahə arasında qalan kiçik xam yer

    Полностью »
  • XİŞDƏMƏX’

    (Zəngibasar) əzişdirmək, tapdalamaq. – Gədəni o ki var xişdiyif

    Полностью »
  • XİTƏF

    (Cəbrayıl, Qazax) qutab

    Полностью »
  • XİTİ

    (Laçın) yaltaq. – Xiti olma; – Xiti adamın hürməti olmaz

    Полностью »
  • XİTİM

    xitim eləməx’: (Qazax) xidmət, qulluq eləmək. – Qoyuna xitim eləsəη i:rmi il yaşıyar

    Полностью »
  • XİTZ

    (Qax) çınqıl

    Полностью »
  • XİY

    I (Göyçay) çəltik ləki. – Bizim xiyin oxi yarılub, suyi axıdır II (Qax) eyvan

    Полностью »
  • XİYATA

    (Zərdab) bax xayatı I. – Xiyatadan ipək tor toxunur

    Полностью »
  • XİYATI

    (Cəbrayıl) bax xayatı I

    Полностью »
  • XİYAVAN

    (Naxçıvan) sahənin bərabər bölünüb əkilən hissəsi

    Полностью »
  • XİYƏRƏDƏR

    (Gəncə) qıraqları dilikli mis sini. – Düyünü xiyərədərə töküf ayırtdasana

    Полностью »
  • XİYƏRƏG

    (İmişli, Kürdəmir) bax xiyarax. – Xiyərək çıxarmışam, yeriyəmirəm (Kürdəmir)

    Полностью »
  • XİZA

    I (Culfa, Şərur) böyük mişar. – Xizanı iki adam işdədir (Şərur) II (Culfa) xam yer

    Полностью »
  • XİZAN

    (Dərbənd) bax xızan I. – Həsənin bir xizan uşağları var

    Полностью »
  • XİZƏX’

    (Daşkəsən) xış. – Qavax xizəx’nən əke:ydix’ yeri-yurdu

    Полностью »
  • XİZƏR

    (Zəngibasar, Basarkeçər) bax xiza I. – Xizəri gəti kərəni kəsəx’ (Basarkeçər)

    Полностью »
  • XLAPORTDUX

    (Masis) nifaq. – Oların arasına xlaportdux salma

    Полностью »
  • XOCA-XOCA

    (Kürdəmir, Oğuz) quş adı, zığzığ. – Vardannılar xoca-xoca, zığzığ diyir (Oğuz)

    Полностью »
  • XOCAĞ

    (Cəlilabad) çala. – Əlli xocağ çiyələg əkmişəm

    Полностью »
  • XOCU

    (Qax) donuz balası

    Полностью »
  • XOÇA

    (Cəlilabad) budaq ◊ Xoça vırməy – budaqlamaq. – Kol xoça vırıb

    Полностью »
  • XODAŞ

    (Gədəbəy) hodaq. – Xodaş olmasa kotan əkmeyrim mən

    Полностью »
  • XODƏK

    (Naxçıvan) bax xodaş

    Полностью »
  • XOFLANMAĞ

    (İsmayıllı) qorxmaq. – Bö:ğ oğlansan xoflanma, yol irahdi

    Полностью »
  • XOFLİ

    (Quba) ürkək <at>. – Xofli ata minmağ çux qurxuludu

    Полностью »
  • XOFLU

    (Ordubad) qorxulu. – Ayı xoflu heyvandı

    Полностью »
  • XOGƏR

    (Şəki) bax xoqar. – Xogərə murta yigiylər, qoz, lovyə töküylər

    Полностью »
  • XOGI

    (Zaqatala) yunun çıxarı

    Полностью »
  • XOĞƏRİ

    (Zaqatala) bax xoqar

    Полностью »
  • XOXABEL

    (Basarkeçər) qozbel. – Bir xoxabel kişiydi bu Abbasın dədəsi

    Полностью »
  • XOXUBEL

    (Borçalı) bax xoxabel

    Полностью »
  • XOJAXOJA

    (Bərdə, Tərtər, Ucar) əti yeyilən çöl quşu adı. – Xojaxoja heyva ağacında balalıyır (Bərdə); – Xojaxoja meşələrdə çox olur (Tərtər); – Xoja-xojanın ət

    Полностью »
  • XOJAN

    (Hamamlı, Şahbuz) cibgir. – Bizdərdə cüllük adama xojan deyərix’ (Şahbuz)

    Полностью »
  • XOQAR

    (Zaqatala) ağac qabığından düzəldilmiş silindr şəkilli qab. – Punduğu xoqara yığ

    Полностью »
  • XOL

    I (Cəlilabad) budaq II (Şahbuz) kədik, aşırım

    Полностью »
  • XOLİ

    (Salyan) budaq

    Полностью »
  • XOLO

    (Laçın) qoca <adam>. – Əsədgilə xolo gəldi

    Полностью »
  • XON

    I (Zəngibasar) yuxayayan II (Borçalı, Qazax, Zaqatala) xonça. – Xonu yolluyurux oğlan öyünə

    Полностью »
  • XONAV

    (Zəngibasar) nəm. – Bu öy çox xonavdı

    Полностью »
  • XONÇA

    I (Masallı) məcməyi. – Xonça gəldi, otur çörək yeyək II (Tovuz) içərisində xəmir yoğurulan təknə. – Xonça qavaxlar olardı, indi yoxdu

    Полностью »
  • XONDEL

    (Ağbaba) bax xidel

    Полностью »
  • XONSA

    (Kəlbəcər) fərsiz, bacarıqsız. – O da mənim kimi xonsanın biriymiş, təkə çıxıf qavağına, ata bilmiyif

    Полностью »
  • XONSUMAX

    (Naxçıvan) yuxuya getmək

    Полностью »
  • XONU

    (Çənbərək) süfrə. – Xonuηuzun başın dağıtməyejam ha

    Полностью »
  • XOP

    (Qazax) qız ərə gedəndən 3-4 ay sonra ailəsinin ona apardığı pay

    Полностью »
  • XOR

    I (Ordubad) bax xol II. – Səfər mə:llim sə:r məktəbə gələndə xorda qurt gördi II (Ucar) ərinmiş yağın tortası

    Полностью »