XOLİ
XON
OBASTAN VİKİ
2019 Xolo kafedralında bomba partlayışı
2019 Xolo kafedralında bomba partlayışı — 27 yanvar 2019-cu ilin səhərində Filippinin Sulu əyalətinin Xolo şəhərində yerləşən Roman katolik kafedral olan Karmel dağının Müqəddəs Mariya kafedralında baş vermiş bomba partlayışı. AFP Qərbi Mindanao Komandirliyi (AFP WestMinCom) törədilən terror aktında 15 nəfər sivil əhali və 5 əsgər olmaqla 18 nəfərin həlak olduğunu, 70 nəfər sivil əhali, 2 polis məmuru, 17 əsgər və 2 sahil mühafizəçisi olmaqla 82 nəfərin isə yaralandığını açıqlamışdır. Filippin Milli Polisinin (PNP) əvvəlki açıqlamasında 20 ölünün və 111 yaralının olduğunu bildirmişdir. == Zəmin və motivasiya == Partlayışlar Banqsamoro Muxtar Regionunun yaradılması üçün keçirilən referendumdan bir həftə sonra baş vermişdir. Xolonun ən güclü terror təşkilatı olan Əbu Səyyafın da ərazisində olduğu Sulu əyalətində referendumun əleyhinə qarşı 163,526 nəfər (54.3%), lehinə isə 137,630 (45.7%) səs vermişdir. Bu qruplaşma İraq Şam İslam Dövləti terror təşkilatının bir qolu hesab olunur. Nəticələrə baxmayaraq, digər əlayətlər lehinə yetərincə səs verdikləri üçün Sulu əyaləti Banqsamoro regionun ərazisinə daxil edilmişdir.Hücumların həmçinin bölgədə səlahiyyətlərini itirən yerli cinayətkarların, quldurların, Banqsamoro hökumətinin referendum qərarından sonra uzun müddətdir ki, qarşıdurma zonalarında ASG vasitəsilə narkotik vasitələrin satışını həyata keçirənlərin, odlu silahlarla və ya silahlı qüvvəylə xüsusi təyinatlılara qarşı mübarizə aparanların da həyata keçirə biləcəklərinə inanılır. Lakin bir çox mənbə hadisənin Əbu Səyyaf tərəfindən reallaşdırıldığını təsdiqləyir. Onlar son vaxtlarda Xolo şəhərində aktivləşmiş, il ərzində partlayışlar, insan qaçırtma başlıqları ilə gündəm olmuşdular. Burada müsəlmanlar əhalinin 10% -ni təşkil edir.
Hadi El-Xolosi
Hadi El-Xolosi (23 may 1993) — Misirli oxatan. Hadi El-Xolosi Misiri 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Hadi El-Xolosi birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 153-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Xolocotzia
Xolocotzia (lat. Xolocotzia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Xolocotzia asperifolia
Xolocotzia asperifolia (lat. Xolocotzia asperifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin xolocotzia cinsinə aid bitki növü.
Xolokost
Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Holokost sözü həm də yəhudi dini mərasimləri zamanı yandırılaraq tanrıya təqdim edilən bir məhsulun adıdır. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər "qaraçı" qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu "yəhudi probleminə son həll" olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon insana qədər qalxa bilər.Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə "yaşamaq haqqı olmayan aşağı irqlər" olaraq görülmələri idi. == Tarixçəsi == 1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökumətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Bu müddəti kobud şəkildə üç dövrə ayırmaq olar: Yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmaları. Yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları. "Son həll", toplanıb ölüm düşərgələrinə aparılmaları və orada sistemli şəkildə qaz otaqlarına ya da fərqli şəkildə öldürülüb cəsədlərinin yandırılması.
ва́хмистрский Ветхозаве́тный вчу́вствоваться каза́чество каска́д кинолюби́тельский кораблекруше́ние мила́шка по́ уши сине́льщица черноно́гий оскопле́ние дром кондак actor aero-optics cordovan self-suggestion speed letter thimble ungrateful магнетрон объективный описывать штангист