bənzərsizlik
bənzətmək
OBASTAN VİKİ
Bənzətmə
Bənzətmə — klassik ədəbiyyatda işlənən nəzirənin aşıq poeziyasındakı ekvivalenti. Bir qayda olaraq, sonrakı nəslə, yaxud ədəbi məktəbə mənsub aşıq özündən əvvəl yaşayıb-yaratmış ustad sənətkarın diqqətini cəlb edən, təsirləndiyi şeirə yaxın şeir, yəni onun oxşarını, bənzərini yaratmağa çalışır. Bənzətmə, yaxud bənzəmə adlandırılan belə yeni transformasiya zamanı qafiyələnmə prinsipi olduğu kimi qorunub saxlanır. Bənzətmə ruh və məzmun etibarı ilə də klassikin əsərinə yaxın olmalıdır. Məsələn, vaxtı ilə Aşıq Ələsgər aşağıdakı misraların yer aldığı "Olacaqdı" qoşmasını yazmışdı: Özünü Aşıq Ələsgər ədəbi məktəbinin davamçısı sayan Aşıq Hüseyn Bozalqanlı qoşmaya eyni adlı bənzətmənin müəllifidir: Bənzətmə yalnız bir ədəbi məktəbin, yaxud janrın hüdudları ilə məhdudlaşmır. Aşıqların klassik poeziya nümunələrindən, şairlərin isə folklordan və aşıq yaradıcılığından təsirlənərək bənzətmə xarakterli əsərlər yaratmaları ilə bağlı çoxsaylı misallar mövcuddur. Məlum olduğu kimi, realist xalq şeirinin ən görkəmli nümayəndəsi Molla Pənah Vaqif həyatının son günlərində dövrünün ictimai ədalətsizliklərini qabarıq şəkildə əks etdirən, qoyan fəlsəfi mündəricəli "Görmədim" müxəmməsi qələmə almışdı. Müxəmməs bu misralarla başlanır: Aşıq Ələsgər aradan təxminən yüz il keçəndən sonra həmin müxəmməsə özünün eyni narazılıq və etiraz ruhu ilə dolu bənzətməsini qələmə almışdı: Bənzətmə yalnız oxşar mövzular, yaxud motivlər əsasında yaranmır. XX əsr Azərbaycan poeziyasında inqilabi dəyişikliklərə imza atmış böyük Mirzə Ələkbər Sabir Füzulinin gözəlin və gözəlliyin vəsfinə həsr olunmuş incə qəzəllərinə öz dövrünün tiplərini göz önündə canlandıran bənzətmələr yazmışdır. Bənzətmədə eyni zamanda bədii mətndə söylənən fikrin ifadəliliyini, emosional təsir gücünü artırmaq üçün haqqında söhbət açılan predmet (surət, hiss, duyğu) başqa məfhumlara bənzədilir.

Значение слова в других словарях