BƏTDƏMƏX’

(Ağdam, Bərdə, Gəncə, Laçın)
1. rədd etmək (Ağdam, Gəncə)
2. aldadıb satmaq (Ağdam, Gəncə, Laçın). – Amma qoyunu Əsgərin oğluna nə bətdədix’. (Gəncə); – Ə, bətdə birinə canın qutarsın (Ağdam)
3. dəyərli bir şeyi aldadaraq ucuz qiymətə almaq (Bərdə). – Öz aramızdı, Əsədin atın yaman bətdədin ha!
BƏTDAX
BƏTİ-BURIT