BALLADA

I
сущ. баллада:
1. небольшое стихотворное произведение обычно легендарного или исторического содержания. Əsgər haqqında ballada баллада о солдате
2. муз. род вокального или инструментального произведения. Şopenin balladaları баллады Шопена
II
прил. балладный. Ballada forması муз. балладная форма
BALQABAQ
BALLANMA
OBASTAN VİKİ
Ballada
Ballada — italyan dilində "ballare" sözündən olub, "rəqs etmək" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə hekayəti-mənzumə (حکایهی-منزومه) adlandırılmışdır. == Tarixi == Ballada bir janr kimi çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əvvəllər ballada rəqsvari mahnılara deyilirdi. Orta əsrlərdə bir sıra Qərbi Avropa xalqlarında ballada hekayət xasiyyətli mahnılara çevrilir. Bu mahnılar, adətən, hər hansı bir musiqi alətinin müşayiəti ilə ifa edilərək lirik, dramatik məzmunda olurdu. Balladalar xalq şair-müğənniləri olan trubadur və truvyorlar tərəfindən yaradılır, jonqlyor, menestrel və bardlar tərəfindən ifa edilirdi. XVIII əsrin ortalarında Şotland xalq balladalarından ibarət şer məcmuələri meydana çıxır. XIX əsrdə ballada ədəbi-poetik janr kimi genişlənir. Müxtəlif ölkələrin romantik — şairləri — N. V. Höte, V. Hüqo, H. Heyne, A. Mitskeviç; eləcə də rus şairləri — V. Jukovski, A. S. Puşkin, M. Lermontov və b.
Bıçaq Mekki haqqında ballada
Bıçaq Mekki haqqında ballada (alm. Die Moritat von Mackie Messer‎, ing. Mack the Knife) — sözləri Bertolt Brextə, bəstəsi isə Kurt Yulian Vayla məxsus populyar ballada. Ballada əsasən Bertolt Brextin “Üç qəpiklik opera” pyesi üçün nəzərdə tutulmuşdur. 31 avqust 1928 ci ildə pyesin ilk tamaşasından sonra ballada məşhurlaşmış və günümüzə qədər bir çox ifaçıların repertuarlarında yer tutur. == “Üç qəpiklik opera” == Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır.
Əsgər haqqında ballada (film, 1959)
"Əsgər haqqında ballada" (rus. Баллада о солдате) — rejissor Qriqori Çuxrayın filmi. Böyük Vətən müharibəsi. Gənc əsgər Alyoşa Skvorsov cəbhə bölgəsində qəhrəmanlıq göstərir. O, düşmənin iki tankını məhv edir. Komandanlıq onu ordenə təqdim etmək barədə qərar qəbul edir, lakin Alyoşa xahiş edir ki, ordenin yerinə ona anası ilə görüşmək üçün məzuniyyət verilsin. Evə aparan yol isə çox uzun və çətinliklərlə dolu olur. Yol o qədər uzun olur ki, Alyoşanın evdə olmağa vaxtı qalmır. O, sadəcə olaraq anası ilə görüşür və təzədən cəbhəyə qayıdır. Yola çıxarkən o, anasına təkcə bu sözləri deyir: "Mən qayıdacağam, ana!" Ssenari müəllifləri: Valentin Yejov, Qriqori Çuxray Quruluşçu rejissor: Qriqori Çuxray Operatorlar: Vladimir Nikolayev, Era Savelyeva Rəssam: Boris Nemeçek Bəstəkar: Mixail Ziv Vladimir İvaşov – Alyoşa Skvorsov Janna Proxorenko – Şura Antonina Maksimova – Alyoşanın anası Nikolay Kryuçkov – general Yevgeni Urbanski – əlil Elza Lejdey – Vasyanın arvadı Mariya Kremnyeva Valentina Telegina Valentina Markova Yevgeni Teterin Vladimir Pokrovski Georgi Yumatov Gennadi Yuxtin Aleksandr Kuznesov Yevgeni Yevstiqneyev Valentin Brıleyev Lev Borisov Leonid Çubarov Vladimir Kaşpur Valentin Abramov Mixail Dadıko Semyon Svaşenko Nina Menşikova – teleqrafçı "Баллада о солдате" на сайте russiancinema.ru Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine "Баллада о солдате" на сайте "RUSKINO. RU" "«Баллада о солдате»".
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada
114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010)
Balladalar (Şopen)
Polyak bəstəkar Frederik Şopenin 1831-1842-ci illər arasında yazdığı 4 ballada hal-hazırda piano repertuarının ən çətin əsərlərindən sayılmaqla yanaşı, bəstəkarın ərsəyə gətirdiyi ən gözəl əsərlər kimi də qiymətləndirilir. Ballada termini instrumental musiqiyə ilk dəfə məhz Şopen tərəfindən gətirilmişdir. Şopenə qədər ballada yalnız şeir forması idi, musiqi olaraq isə yalnız vokal tərzdə ifa olunurdu. Şopenin yaratdığı, hər biri tək hissədən ibarət olan bu 4 əsər romantik musiqidə yenilik idi və romantik musiqinin sərhədlərini daha da genişləndirirdi. Romantik dövrün ən qüdrətli bəstəkarlarından olan List, Brams və s. bəstəkarlar da Şopenin yaratdığı bu tərzdən ilhamlanıb sonralar öz balladalarını yazmışlar. Şopenin yaratdığı ballada tərzi özünə məxsus keyfiyyətləri ilə sonata tərzindən kəskin şəkildə fərqlənir. Məsələn, güzgü reprizası (rekapitulyasiya zamanı iki ekspozisiyonal melodiyanın əksinə verilməsi) kimi. Əsərlərin 4-ü də ballada olmasına baxmayaraq, onlar bir-birilərindən ciddi surətdə fərqlənirlər, lakin müasir musiqi teoriyaçılarının fikrincə onların oxşar yanları da çoxdur. Məsələn, "ballada ölçüsü" adlanan musiqi ölçüsü, güzgü reprizası və struktural dominantlığın gecikdirilməsi kimi.
Qaradağ Balladası (1964)
Film Qaradağ daş karxanaları haqqında bəhs edir.
Qaradağ balladası (film, 1964)
Film Qaradağ daş karxanaları haqqında bəhs edir.
Xəzər balladası (balet)
"Xəzər balladası" — Tofiq Bakıxanovun Xəzər neftçilərinin əməyinə həsr etdiyi bir pərdəli balet. Musiqi tarixində "Xəzər balladası" dəniz neftçilərinin çətin və rəşadətli əməyinə həsr olunmuş ilk baletdir. Qara Qarayev bu baleti "Xəzər neftçilərinin qəhrəman, romantik əməyini əks etdirən əzəmətli musiqi" adlandırmışdır. Musiqişünas E. Abbasova baletin janrını "balet-novella", "balet-poema" kimi müəyyən etmişdir. Əsər müəllifinə Azərbaycanda də, onun hüdudlarından kənarda da böyük şöhrət gətirmişdir. Bu bir pərdəli balet 1968-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrında tamaşaya qoyulduqdan sonra (baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov) tezlikdə Moskva, Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərində, eləcə də Fransanın bir neçə şəhərlərində, Lüksemburqda və Monte-Karloda göstərilmişdir. Əlamətdardır ki, "Xəzər balladası" baleti Moskvanın Qurultaylar Sarayında oynanılmışdır, Xaricdə isə bu balet 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpelye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq rəqs festivalında "Şan Elize" teatrında oynanılaraq böyük uğur qazanmışdır. Bu haqda Fransa mətbuatında da bir sıra müsbət rəylər çap olunmuşdur. Məsələn, "Parizyen libere" yazırdı ki, "Xəzər balladası" baleti koloritli və şəffaf tərzdə instrumentləşdirilmiş musiqidən ibarətdir".
Xəzər balladası (dəqiqləşdirmə)
Xəzər balladası - Tofiq Bakıxanovun bəstələdiyi balet. Xəzər balladası - Oqtay Ağayevin oxuduğu mahnı.
Baster Skraqqsın balladası
Baster Skraqqsın balladası (ing. The Ballad of Buster Scruggs) — Koen qardaşlarının rejissorluğu ilə 2018-ci ildə çəkilmiş ABŞ istehsalı vestern, antologiya filmi. Film vəhşi qərbda keçən altı fərqli hekayədən bəhs edir.

Значение слова в других словарях