Bannoye gölü
Bannoye gölü (Başqırd dili. Мауыҙлы күле — «cadügər gölü», başqırd dili. Яҡтыкүл — «işıqlı göl»)- Başqırdıstanda yerləşən göldür. Hövzəsi Baykal gölünə daxildir. 1965-ci ildən təbiət abidəsidir.
== Təsviri ==
Gölün sahəsi — 7,7 km², uzunluğu — 4170 m, orta eni isə — 1880 m-dir. Maksimal dərinliyi 28 m, orta dərinliyi isə 10,6 m-dir. Gölün ümumi həcmi 81,7 mln m³, hövzəsinin sahəsi isə 36,3 km²-dir.
Göl Başqırdıstan Uralının zirvələri olan Kutukay (664 m), Karanyalık (620 m) və Yamankaya dağ silsiləsinin qollarının orta hissəsi arasında yerləşmişdir. Göl Başqırdıstanın Abzelovski rayonunun mərkəzi olan Askarova kəndindən 28 km şimal-şərqdə yerləşmişdir.