Bayer

der; -n, -n bavariyalı, (Süd. : bayerli)
Bauwesen
Bayern
OBASTAN VİKİ
Bayer Leverkuzen
Bayer 04 - Almaniya bundesliqasında oynayan Leverkuzen şəhərini təmsil edən futbol klubu == Komandanın haqqında == == Tarix == Əsası 1904-cü ildə Bayer kimya şirkəti tərəfindən qoyulub. === Əsas qeydlər === 1 iyul 1904: TuS Friedrich Bayer & Co 1904 Leverkusen kimi yaradılıb. 31 may 1907: Futbol komandası yaranıb. 1923: FV 1904 Leverkusen adlanıb. 1928: Box-Verein Wiesdorf və SV 04 Leverkusen qarışıb. 1935: SV Bayer 04 Leverkusen adlanıb. 1938: TuS Friedrich Bayer & Co 1904 Leverkusen BSG 04 Leverkusen qarışıb. 1943: SV Bayer 04 Leverkusen adlanıb. 1945: SV 04 Leverkusen adlanıb. 1948: SV Bayer 04 Leverkusen adlanıb.
Fredrik Bayer
Fredrik Bayer (21 aprel 1837[…] – 22 yanvar 1922[…], Kopenhagen) — Danimarka yazıçısı, müəllim və pasifist siyasətçidir. 1908-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüşdür. Özü bir keşişin oğludur.Bayer Danimarka ordusunda zabit olaraq xidmət etmişdir . 1864-cü ildə Prusiya Krallığı və Avstriya qarşısında döyüşən Bayer baş leytenant rütbəsinə qədər qalxmışdır. 1865-ci ildə tərxis edilmişdir. Kopenhagenə köçmüş və orada müəllim, yazıçı və siyasətçi kimi fəaliyyət göstərmişdir. 1872-ci ildə Danimarka Parlamentinə daxil oldu və orada 23 il çalışdı. Parlamentin bir üzvü olaraq, o beynəlxalq qarşıdurmaları həll etmək üçün beynəlxalq arbitraj istifadəsi üçün çalışırdı. Təmin etdiyi töhfələr nəticəsində seçmə bir mövqe əldə etmişdir. O, bir çox sülh təşkilatlarını dəstəkləmişdir.
Ralf Bayer
Ralf Bayer (ing. Ralph H. Baer; 8 mart 1922, Rodalben[d], Cənub-Qərbi Pfalts[d] – 6 dekabr 2014[…], Mançester[d], Nyu-Hempşir) — ixtiraçı, videooyun tərtibçisi, mühəndis, sahibkar. "Videooyunların atası" kimi tanınan sahibkar, öz işləri ilə kompüter oyunları sənayesinə böyük töhfələr bəxş etmiş amerikalı mühəndis Ralf Bayer (Ralph H. Baer) 8 mart 1922-ci ildə anadan olmuşdur. Bayer 2006-cı ildə ev şəraitində istifadə üçün videooyunlar aparatını yaratdığına və videooyun sənayesinin inkişafına görə Texnologiya üzrə Milli Medal (National Medal of Technology) ilə təltif edilmişdir. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Adolf fon Bayer
İohann Fridrix Vilhelm Adolf fon Bayer (alm. Johann Friedrich Wilhelm Adolf von Baeyer‎; 31 oktyabr 1835[…], Berlin – 20 avqust 1917[…], Münxen) — Alman kimyaçısı. == Həyatı == İohan Fridrix Vilhelm Adolf fon Bayer Prusiya ordusunun zabiti olan, coğrafiya və atmosferde işığın sınmasına aid elmi işlərin müəllifi olmuş İohan Yakob Bayerin böyük oğlu idi. Bayer 1853-cü ildə Fridrix Vilhelmin gimnaziyasını bitirdikdən sonra Berlin Universitetine daxil olur və iki il ərzində riyaziyyat ve fizikanı öyrənməklə məşğul olur. Bir il orduda xidmət etdikdən sonra Heydelberq Universitetinin telebesi olur və Robert Bunzenin rəhbərliyi altında kimyanı öyrənməyə başlayır. Əvvəlcə o, fiziki kimya ilə məşğul olur, amma sonra üzvi kimya ilə maraqlanaraq Fridrix Avqust Kekulenin Heydelberqdəki laboratoriyasında çalışır. Burada Bayer arsenin üzvi birləşmələrinin öyrənilməsi sahəsində tədqiqatlar aparır və bu işə görə ona doktorluq dərəcəsi verilir. 1858-ci ildən o, iki il ərzində Kekule ilə birlikdə Belçikada Qentsk Universitetinde çalışır, sonra Berlinə qayıdır və Berlin ali texniki məktəbində kimyada mühazirə oxuyur. 1872-ci ildə Bayer Strasburqa köçür və Strasburq Universitetinin professoru olur. 1875-ci ildə Yustus fon Libix öldükdən sonra Bayer bu məşhur üzvi kimyaçının sələfi olaraq Münxen Universitetinin kimya professoru vezifəsini tutur.
Bayer 04 FK
Bayer 04 - Almaniya bundesliqasında oynayan Leverkuzen şəhərini təmsil edən futbol klubu == Komandanın haqqında == == Tarix == Əsası 1904-cü ildə Bayer kimya şirkəti tərəfindən qoyulub. === Əsas qeydlər === 1 iyul 1904: TuS Friedrich Bayer & Co 1904 Leverkusen kimi yaradılıb. 31 may 1907: Futbol komandası yaranıb. 1923: FV 1904 Leverkusen adlanıb. 1928: Box-Verein Wiesdorf və SV 04 Leverkusen qarışıb. 1935: SV Bayer 04 Leverkusen adlanıb. 1938: TuS Friedrich Bayer & Co 1904 Leverkusen BSG 04 Leverkusen qarışıb. 1943: SV Bayer 04 Leverkusen adlanıb. 1945: SV 04 Leverkusen adlanıb. 1948: SV Bayer 04 Leverkusen adlanıb.
Bayern
Bavariya (alm. Bayern; Freistaat Bayern‎ — Müstəqil Bavariya Dövləti) — Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə — əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir. "Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər. Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları — Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır.
Bayern 1
Bayern 1 (alm. Bavariya 1‎) — Alman ictimai radiostansiyası. Bavariya radioyayımına daxil olmaqla, buranın ən populyar radiostansiyasıdır. == Tarixi == 1924-cü ildə orta dalğalarda Deutsche Stunde in Bayern adlı xüsusi radiostansiya buraxıldı.1925-ci ildə bu radiostansiya milliləşdirildi, 1931-ci ildə adı "Bayerischer Rundfunk"a dəyişdirildi. 1932-ci ildə isə tamamilə milliləşərək, 1934-cü ildə Reichsrundfunk adlı dövlət radiokompaniyasına daxil olmuş və adı "Reichssender München"ə dəyişdirilmişdi. 1945-ci ildə isə yayım dayandırıldı. 1945-ci ildə Amerika hərbi administrasiyası orta dalğalarla əvvəlcə American Forces Network adlı ingilisdilli radiostansiyasını, daha sonra isə Bavariyada 31 yanvar 1948-ci ildə sonuncu buraxılışı olan Radio München adlı stansiyanı yayımladı. Tarixən Bavariya radiosu "Bavar radioyayımı" və "tam proqram" adlı radioproqramlara bölünürdü. 1 yanvar 1974-cü ildə proqramlar ümumi şəkildə "Bayern 1" radiostansiyanın adı altında birləşdirildi. Auditoriyanın qalan hissəsini isə onlarçün "Oldiebased AC" adlı musiqi proqrammı yayımlanan yaşlı nəslin nümayəndələri təşkil edirdi.
Bayern 2
Bayern 2 — (alm. Bavariya 2‎) — alman ictimai radio-stansiyası. BR-a daxildir. Mədəni və informasiya profil proqramlarından ibarət radio-yayım şəbəkəsi. 18 avqust, 1950-ci ildə Frankoniya ərazisində yayımlanmaqla mərkəzi Nyurnberq olmaqla, UQ dalğalar üzərində Bavariya radio-yayımının ikinci proqramının əsası qoyuldu. 1958-ci ildən Münhendən tam yayıma başladı. 1974-cü ildə islahat zamanı radio-stansiya "Bavariya 2" (alm. Bayern 2) adını aldı və klassik musiqiyə yönəldi, lakin 1979-cu ildə artıq gənc musiqiyə keçdi. 1980-ci ilin oktyabr ayında efirdə klassik musiqi yayımını öhdəsinə götürmüş Bayern 4 radio-stansiyası istifadəyə verildi, Bayern 2-nin adı isə dəyişdirilərək Bayern 2 Wort oldu. 2003-cü ildə yayım şəbəkəsinin növbəti dəyişimindən sonra, radio-stansiya Bayern 2 Radio adını aldı, lakin 8 oktyabr 2007-ci ildən özünün mövcud adı altında yayımlanır.
Bayern Münhen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. == Oyunçular == == Arena == Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.
Bayern Münhen FK
Bayern Münxen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münxen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. == Tarixi == == Avrokuboklarda iştirak == Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2–0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1–1 bitən maçda penalti zərbələri ilə 4–3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.
Bayers adası
Bayers adası (ing. Byers’ Island) — Sakit okeanda Benjamin Morrelin 12 iyul 1825-ci ildə 28° 32' N; 177° 04' E koordinatda aşkarladığı kabus ada. Morrel adanın təsvirini ‚A narrative of four voyages‘ ətraflı şəkildə verir.
Bernd Aleksandr Bayerl
Bernd Aleksandr Bayerl (1971) — Avstriyalı diplomat. Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018—2022). == Həyatı == Bernd Aleksandr Bayerl 1971 Avstriyanın Ştayermark əyalətinin Leoben şəhərində doğulmuşdur və burada da gimnaziyaya getmişdir. 1989–1993-cü illərdə Qrats Universitetində tarix üzrə təhsil almışdır. 1993–1994-cü illərdə isə Şotlandiyada Edinburq Universitetində təhsilini davam etdirir. 1995–1997-ci illərdə Vyana Universitetində tarix, incəsənət tarixi, fəlsəfə sahələri üzrə təhsil alır. 1997–1998 Boloniyada yerləşən Cons Hopkins Universitetində beynəlxalq münasibətlər üzrə təhsilini davam etdirir. 1998–1999 Brüggedə, Avropa Kollecində avropaşünaslıq üzrə magistr təhsili alır. 1999-cu ildə Avropa Kollecində assistent/mühazirəçi kimi çalışır. Elə həmin ildən Avstriya Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olunur.
Bayern Münxen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. == Oyunçular == == Arena == Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.
Bayern Münxen FK
Bayern Münxen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münxen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. == Tarixi == == Avrokuboklarda iştirak == Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2–0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1–1 bitən maçda penalti zərbələri ilə 4–3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.
Bayern (dəqiqləşdirmə)
Bayern