Bağçalıevlər
Bağçalıevlər (türk. Bahçelievler) — İstanbul ilinin ilçəsi. İstanbulun Avropa tərəfində, cənubdan Bakırköy, Qərbdən Kiçikçəkməcə, şimaldan Bağçılar və şərqdə isə Güngörən ilçələri ilə həmsərhəddir. 1992-ci ildə Bakırköy ilçəsindən ayrılaraq müstəqil ilçə olmuşdur.
Bahçelievler, Cumhuriyyət, Çobançeşmə, Fövzi Çaxmaq, Hürriyət, Qocasinan, Siyavuşpasa, Soğanlı, Şirinevlər, Yenibosna, Zəfər və Bağçalıevlər olmaqla 11 məhəllədən ibarətdir. Rayona bağlı heç bir kənd və ya bucaq yoxdur.
1950-ci illərə qədər bu gün Bağçalıevlər ilçəsinin ərazisində Qocasinan və Yenibosna kəndləri olmuşdur. Bağçalıevlərdə O-1 (keçmiş E-5) yolunun üzərində yerləşir.
Qonşu ilçələrin əhalisi kimi, Bağçalıevlərin əhalisi də 60-cı illərdən etibarən çox sürətlə artmışdır. 1960-cı ildə 8.500 nəfər əhalisi olan rayonun nüfuzu, 5 il sonra, 1965-ci ildə 20.881-ə çıxmışdır.