Bağçalı (Amasiya)

Bağçalıİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd.[1]

Bağçalı
Ölkə Rusiya imperiyası
Quberniya İrəvan quberniyası
Qəza Aleksandropol qəzası
Əhalisi
Əhalisi 236 nəfər (1914)
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili

Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir.

1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır[2]. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır.[3]

Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.[4] Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.

  1. Обозрение Российских владений за Кавказом. Спб., 1836.
  2. erm.Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2023-07-02 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.18–19, 102–103
  3. Bayramov A.Ə. Qədim Oğuz еllərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yеr-yurd adları Bakı, 1996.
  4. Шавров И.И. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Спб., 1911.