Qırmızılar, qaralar və başqaları (film, 1969)
Qırmızılar, qaralar və başqaları (rus. Красные, черные и другие)
Karl Marksdan soruşmuşlar: Sizin ən sevdiyiniz rəng? Qırmızı deyə cavab vermiş... Fəzanın ənginliklərində kiçik rəngli kürə fırlanır. Diqqətlə baxdıqda bunun Yer kürəsi olduğu bilinir. Bizim dünyamız, insanların dünyası... Yer üzündə ağ, sarı, qaradərili insanlar yaşayır. Onların arasında yalnız qırmızılar yoxdur.
"Qırmızılar, qaralar və başqaları" — bu film-alleqoriyadır. Dünyada kommunist ideyaları yarananda, özünü təsdiq edəndə ekranda dövrün obrazı mücərrəd rəngli rəmz-fiqurlar görünür, eyni zamanda geniş tamaşaçı kütləsinə tanış olan kino sənədləri canlanır, radio verilişləri, mahnı və nitqlər səslənir.