Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (türk. Uluslarası Türk Kültürü Teşkilatı, abr. TÜRKSOY) — Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat.
== Haqqında ==
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Türk xalqları özlərinin qədim, çoxəsrlik tarixi boyu Avrasiya məkanının böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar.
Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular. Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.