Beynəlxalq Valyuta Kredit Təşkilatları

ölkələr arasında valyuta və maliyyə-kredit münasibətlərinin tənzimlənməsi, ölkələrin iqtisa-di inkişafına kömək göstərilməsi, kredit yardımı məqsədilə dövlət-lərarası sazişlər arasında yaradılmış beynəlxalq maliyyə təşkilatları.
Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Yenidənqurma Və İnkişaf Bankı
OBASTAN VİKİ
Valyuta-kredit əlaqələri
Valyuta-kredit əlaqələri — müxtəlif ölkələrin subyektləri, yəni rezidentləri və qeyri-rezidentləri arasında maliyyə münasibətləri və ya predmeti valyuta sərvətlərinə mülkiyyət hüququnun və valyuta sərvətləri ilə bağlı digər mülkiyyət hüquqlarının ötürülməsi olan bir ölkənin hüquq subyektləri arasında münasibətlər. Dövlətlər və hökumət təşkilatları Beynəlxalq təşkilatlar Müxtəlif təşkilati-hüquqi forma və fəaliyyət növləri olan müəssisə və təşkilatlar: Banklar Müəssisələr (istehsal, ticarət, xidmət sənayesi və s.) Maliyyə təşkilatları (sığorta şirkətləri, investisiya fondları, bank olmayan maliyyə təşkilatları və s.) Qeyri-kommersiya təşkilatları Digər təşkilatlar Sahibkarlar Vətəndaşlar Международные экономические отношения. Учебное пособие под ред. проф.
Beynəlxalq maliyyə təşkilatları
Beynəlxalq maliyyə təşkilatları — quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlar. Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur. Yaranma tarixinə görə öncə " Bretton Vuds əkizləri " adlandırılan Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur. Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir. Fəaliyyət sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır: Avropa Kömür-Polad Birliyi; Avropa Pul Fondu; Avropa İnvestisiya Bankı; Avropa Valyuta Əməkdaşlıq Fondu; Avropa Kənd Təsərrüfatızəmanət və istiqamət fondu; == Beynəlxalq maliyyə təşkilatları siyahısı == Beynəlxalq Pul Fondu ; Beynəlxalq finans Qurumu; Beynəlxalq İnkişaf Birliyi; Birləşmiş Millətlər İnkişaf problemi; Çoxtərəfli investisiya zəmanəti agentliyi; İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz; == Digər regional maliyyə təşkilatları == Asiya İnkişaf Bankı ; Afrika İnkişaf Bankı; İslam İnkişaf Bankı; Kariblər İnkişaf Bankı; Orta Amerika İqtisadi İnteqrasiya Bankı; Ərəb Pul Fondu; Avropa Yenidənqurma və İnkişaf Bankı.
Beynəlxalq turizm təşkilatları
Belnəlxalq turizm təşkilatları- Turizmin düzgün və davamlı inkişafını təmin etməkdən ötrü yaradılmışdır. == ISTA == İSTA- Ekskursiya və Turizm Təşkilatçılarının Beynəlxalq Assosiasiyasıdır. === Ümumi məlumat === Bu təşkilat 1952-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Portuqaliyanın paytaxtı Lissabondadır. === Təşkilatın məqsədi === Bu təşkilat qarşılıqlı informasiya mübadiləsi vasitəsi ilə üzvləri arasında əlaqə və əməkdaşlığın inkişafına yardım etmək, digər təşkilatlarla dostluq münasibətləri və əməkdaşlığı inkişaf etdirmək, üzv ölkələrdə ekskursiya xidmətini təkmilləşdirmək, ekskursiya xidmətinin yaxşılaşdınlması, həmçinin qanunvericilik xarakteri daşıyan müvafiq qanun, norma və qərarların qəbulu məsələsində turizmlə bağlı hökumət orqanlan ilə əməkdaşlıq etmək kimi funksiyaları özündə birləşdirir. == FICT == FİCT- Beynəlxalq Turizm Mərkəzləri Federasiyasıdır === Ümumi məlumat === Bu təşkilat 1948-ci ildə təsis edilmişdir. Mənzil-qərargahı Lixtenşteynin paytaxtı Vadus şəhərindədir. === Təşkilatın məqsədi === Turizm və informasiya xidməti rəhbərləri arasında daimi əlaqələrin yaradılması, texniki sənədlərin yığılması, nəşri və yayılması, həmçinin əməkdaşlıq hərəkatının təşkilini özündə birləşdirir. == IFTO == İFTO - Beynəlxalq Turoperatorlar Federasiyasıdır. === Ümumi məlumat === 1970-ci ildə təsis edilmişdir.
Beynəlxalq Valyuta Bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.
Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu (ing. International Monetary Fund) — Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-nin Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədilə yaradılan beynəlxalq maliyyə inistitutu. == İdarəedicilər Şurası == BVF-nun ali rəhbər orqanı İdarəedicilər Şurasıdır. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Fondun idarəedici direktorlarının sayı 53-dür. BVF-da ən çox səsə malik ölkələr aşağıdakılardır: ABŞ-17.78%, Almaniya-5.58%, Yaponiya-5.53%, Böyük Britaniya-4.48%, Fransa-4.98%, Səudiyyə Ərəbistanı-3.45%, İtaliya-3.09%, Rusiya-2.9%. Bu fond əsasən iki məqsədə xidmət edir: tədiyyə balansındakı qeyri-tarzlığı aradan qaldırmaq, büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkənin makroiqtisadi stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi.
Beynəlxalq valyuta sistemi
Beynəlxalq valyuta sistemi — dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin daim artması və təkmilləşməsi beynəlxalq valyuta münasibətlərindən daha çox asılıdır. Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasındla qarşılıqlı iqtisadi əlaqələrə xidmət edən dünya pulunun fəaliyyəti ilə bağlı olan iqtisadi münasibətlərdir. Ölkələr arasında müxtəlif istiqamətlərdə xarici iqtisadi əlaqələr genişləndikcə beynəlxalq valyuta münasibətləri də daim inkişaf edir və təkmilləşir. Valyuta (italyanca- «Valuta», «qiymət», «dəyər») mənasını daşıyır. Valyuta hər bir dövlətin pul nişanıdır və qanunvericilik qaydasında müəyyən edilir. Məsələn, ABŞ-də dollar, Azərbaycanda manat, İngiltərədə funt-sterlinq, Yaponiyada ien və s. Hər bir ölkənin özünə məxsus olan milli pul sistemi mövcuddur və onun bir hissəsini valyuta resursları təşkil edir və beynəlxalq ödəmə vasitəsi kimi çıxış edir. Dünya ölkələrinin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına görə bir-birindən fərqlənir. Milli valyuta bazarında bir ölkənin valyutasının başqa ölkənin valyutasına dəyişdirilməsi və ya alınıb satılmasına görə valyutalar üç növə ayrılır. tam çevrilən (sərbəst çevrilmə qabiliyyəti olan); qismən çevrilən; çevrilməyən (çevrilmə qabiliyyəti olmayan).
Beynəlxalq qeyri-hökumət təşkilatları
Beynəlxalq qeyri-hökumət təşkilatları (ing. International Non-Governmental Organizations) — müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif təbəqələrindən olan oxşar və ya ümumi sosial, siyasi, iqtisadi, ideya, peşəkar və digər maraqlı təşkilati rəsmiləşmiş birliklər. BQHT-ları ayrı-ayrı şəxslərin müxtəlif milli cəmiyyətləri və ittifaqlarını birləşdirir. Beynəlxalq qeyri-hökumət təşkilatları xalqlar arasında ünsiyyət formalarından biridir. Bir sıra BQHT-nın fəaliyyətləri səhralaşma problemləri ilə əlaqədardır. Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanında məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003) tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində (sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər.
Kredit
Kredit (lat. creditum) — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir. Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür. Kredit sisteminin 2 forması mövcuddur: Funksional forma İnstitusional forma. Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür. İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür. Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır.
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.
Valyuta
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Qeyrihökümət təşkilatları
Qeyri-hökumət təşkilatı və ya qısaca QHT — vətəndaşların birgə məqsəd üçün könüllü qeyri-hökumət, qeyri-dövlət təşkilatları. Bəzən "üçüncü sektor" termini də işlənir. Transparency International Общероссийский классификатор организационно-правовых форм (ОК 028-99 (в ред изменения N 1/99)) Arxivləşdirilib 2009-11-12 at the Wayback Machine Э.Феррис. Религиозные и светские гуманитарные организации Деннис Дeйкзёл, Маркус Моке. Стратегия информационной деятельности международных гуманитарных организаций В.Тишков.
Terror təşkilatları
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Terrorçu təşkilatları
Terrorçu təşkilat — terror aktları həyata keçirmək məqsədilə yaradılan və ya öz fəaliyyətində terrordan istifadənin mümkünlüyünü qəbul edən təşkilat. Terrorçu təşkilatların fəal dəstələri terror qrupları sayılır. Məhz belə qrupların fəaliyyəti sayısində təşkilat qarşısına qoyduğu məqsədlərə nail olur.
Banklararası kredit
Banklararası kredit — bir bankdan digər banka kredit vermə prosesi. Bazarda əsas kreditor Mərkəzi Bankdır. Kommersiya bankları digər kommersiya banklarının borcalan və kreditorları kimi çıxış edirlər. Bir qayda olaraq, vəsaitlərin cəlb edilməsi birdəfəlik kredit müqavilələri əsasında və ya digər banklarda əmanətlərin yerləşdirilməsi yolu ilə həyata keçirilir. Banklararası kreditlərin əksəriyyəti bir həftə və ya daha az müddətə, əksəriyyəti isə bir gecəlik müddətə nəzərdə tutulub. Belə kreditlər banklararası məzənnə ilə verilir (kreditin müddəti overnayt olarsa overnayt dərəcəsi də deyilir). Banklar likvidliyi idarə etmək və ehtiyat tələbləri kimi tənzimləyici tələblərə cavab vermək üçün banklararası kredit bazarında borc götürür və borc verirlər. Faiz dərəcəsi bazarda pulun mövcudluğundan, mövcud tariflərdən və müqavilənin konkret şərtlərindən, məsələn, müddətin uzunluğundan asılıdır. Federal fondlar dərəcəsi (ABŞ), LIBOR (Böyük Britaniya) və Euribor (Avrozona) daxil olmaqla geniş çap olunmuş banklararası dərəcələr mövcuddur. Kommersiya banklarının kredit fəaliyyəti banklararası kreditlər bazarındakı əməliyyatlardan ayrılmazdır.
Bərpaolunan kredit
Bərpaolunan və yaxud "revolver krediti" bu xüsusiyyətlərə malik hesabın açılmasına imkan verir: belə ki, açılan hesaba təyin edilmiş limitlə vəsait yerləşdirilir və bu vəsait bir neçə dəfə istifadə edilə və təqdim edilən müddət ərzində geri qayıda bilər. Kreditləşmənin bu növünün tipik növləri overdraftlar və dövlətlərarası səviyyədə təqdim edilən kiçik biznes üçün kredit xəttidir. == Bərpaolunan kreditin əsas xüsusiyyətləri == Revolver krediti üzrə borcalan qismində fiziki və hüquqi şəxslər, beynəlxalq təşkilatlar və hətta bir dövlət çıxış edə bilər. Bu zaman kreditorun üzərinə düşən əsas vəzifə tələb üzrə vəsaitlərin təqdim edilməsi və borcun ödənməsinə maneə yaratmayan şərtlərin təmin edilməsidir. Borcalan təqdim edilən limit çərçivəsində istənilən məbləğdən istifadə edə və borcu borcun ümumi təqdim edilməsi üzrə təyin edilmiş dövrü keçməməklə istənilən, daha doğrusu özünə uyğun olan vaxt qaytara bilər. Faiz dərəcəsi isə müstəsna olaraq limitin istifadə olunmuş hissəsi üzrə təyin edilir və borc məbləği geri qaytarıldıqda istifadə üçün əlçatan olan məbləğin həcmi artır. Bərpaolunan kredit üzrə məbləğin limiti müştərinin ödəniş qabiliyyəti nəzərə alınmaqla təyin edilir və bu məbləğ borcalanın 6 aylıq gəlirindən çox ola bilməz. Burada beynəlxalq kreditər istisna təşkil edir və bu zaman borc öhdəliyinin məbləği nadir hallarda ÜDM-un 1 illik nəticələrindən çox olur. Revolver kreditləri müddətli və müddətsiz xarakter daşıya bilər. Belə ki, kredit kartında onun fəaliyyət müddəti, müqavilədə isə vəsaitlərin tam ödənilməsi dövrü göstərilir.
Kredit (dəqiqləşdirmə)
Kredit
Kredit ittifaqları
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər. Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi; üzvlüyün könüllülüyü; fəaliyyətinin aşkarlığı; şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi; payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi; Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi; fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması. Kredit ittifaqının aşağıdakı hüquqları vardır: banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq; öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək; sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək. Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir. Credit Union Database Arxivləşdirilib 2013-01-20 at the Wayback Machine - all credit unions in USA World Council of Credit Unions trade association for credit unions Association of Asian Confederations of Credit Unions regional federation representing 21 national federations in Asia with 35 million retail members Association of British Credit Unions Limited - the largest trade body representing credit unions in the UK National Association of Credit Union Workers - a staff association for all UK credit union workers regardless of trade body affiliation National Federation of Community Development Credit Unions - a trade body representing more than 240 community development credit unions (CDCUs) across the United States. Scottish League of Credit Unions - a trade body representing credit unions in Scotland Virginia Credit Union Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine - all credit unions listed in VA directory.
Kredit kart
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Kredit müqaviləsi
Kredit müqaviləsi — Kommersiya bankı və ssuda alan arasında imzalanan saziş. Həmin sazişə əsasən, bank müddətlilik, qaytarılma və ödəmə şərtləri ilə borc alana razılaşdırılmış məbləğdə kredit təqdim etməyi öhdəsinə götürür, borc alan isə alınmış məbləği təyinatı üzrə istifadə etməyi və müəyyən edilmiş müddətdə qaytarmağı (şərtləşdirilmiş faizləri ödəməklə) öhdəsinə götürür. Adətən, kredit müqaviləsi aşağıdakı əsas bölmələrdən ibarət olur: Razılığa gələn tərəflərin adlarının olduğu preambula Kreditin məqsədi, həcmi, istifadə olunma müddəti və ödəniş tarixi. Bu bölmədə istənilən kreditin dəqiq məqsədi qeyd edilir, çünki Rusiya qanunvericiliyinə əsasən, kreditin məqsədli istifadəsinə nəzarət bütünlüklə kommersiya bankına həvalə olunur, kreditin müəyyən məqsəd üçün istifadə olunmaması kredit müqaviləsinin qüvvəsinin dayanması və bankın kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı tələbi üçün əsas kimi çıxış edir. Bundan əlavə, bu bölmədə kreditin istifadə müddəti və dəqiq ödəniş tarixi göstərilir, çünki borc alan krediti müəyyən edilmiş tarixdə ödəmədikdə bankın ona qarşı tətbiq edəcəyi cərimə sanksiyaları qüvvəyə minir. Kreditdən istifadəyə görə ssuda faizi, həmin faizin ödənilməsinin qaydası və müddəti və faiz dərəcəsinin dəyişmə qaydası. Kredit müqaviləsinin bu bölməsi bankın ssuda alanla qarşılıqlı münasibətlərində ən mühüm bölmədir, əsas fikir ayrılıqları adətən bu bölmə ilə əlaqədar yaranır. Banklar tez-tez kredit müqaviləsinə dəyişiklik etmək zərurəti ilə üzləşir, bu dəyişikliklər kreditdən istifadəyə görə faiz dərəcəsinin artması ilə bağlıdır. Bəzən banklar öz müştərilərinə faiz dərəcəsinin dəyişməsi haqqında yazılı bildiriş göndərməklə kifayətlənirlər. Nəzərə almaq lazımdır ki, müqavilədə nəzərdə tutulmuş hallar istisna olunmaqla, müqavilənin şərtlərinin birtərəfli dəyişdirilməsi yolverilməzdir.
Kredit qeydləri
Müştərinin kredit reytinq bankları tərəfindən müəyyənləşdirdiyi maliyyə əməliyyatları nəticəsində meydana gələn risk skorudur. Bu risk hesabına görə, banklar müştərilərə kredit verə bilməyəcəyinə qərar verirlər. Kredit memorandumunun emitenti ümumi banklar tərəfindən müəyyən edildiyi üçün, bu bankların köçürülməsi barədə məlumat bir yerdə toplanır və kredit qeydləri bu şəkildə yaranır. Təsirin dərəcəsi: 35% — fərdi kredit kartını ödəmək imkanı Təsirin dərəcəsi: 35% — fərdi borc və ödəmə vəziyyəti Təsirin dərəcəsi: 11% — yeni kreditlərin açılması Təsirin dərəcəsi: 10% — Kreditlərin istifadə müddəti Təsir nisbəti: 9% — Digər səbəblər Kredit hesabınızı öyrənmək üçün kredit almaq üçün müraciət edə bilərsiniz, lakin ölkənizə görə dəyişən SMS hesabını da tapa bilərsiniz. Bununla yanaşı, müxtəlif sual-cavab vasitələr də var.
Kredit təşkilatı
Kredit təşkilatı — bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatıdır.
Kredit xətti
Beynəlxalq peyk və kosmik rabitə təşkilatları
Bu hazırda ən azı bir kommersiya kommunikasiya peyki olan bütün şirkətlərin siyahısıdır. == Qlobal top 20 == Ümumdünya Teleport Assosiasiyası bütün fərdiləşdirilmiş kommunikasiya mənbələrindən əldə edilən gəlirlərə əsaslanan şirkətlərin siyahılarını dərc edir və teleportlar və peyk donanmalarının operatorlarını əhatə edir.
Qiymətli kağızlar üzrə Beynəlxalq Kredit Assosiasiyası
Qiymətli kağızlar üzrə Beynəlxalq Kredit Assosiasiyası (ing. The International Securities Lending Association, qıs. ISLA) — qiymətli kağızların kreditləşdirilməsi sənayesi iştirakçılarının ümumi maraqlarını təmsil etmək üçün 1989-cu ildə yaradılmış ticarət birliyidir. ISLA bazar və prudensial tənzimləmə rejimləri və investorların müdafiəsi kimi məsələlərdə Avropa üzrə tənzimləyicilərlə sıx əməkdaşlıq edir. Birləşmiş Krallıqda assosiasiya İngiltərə Bankının sədrliyi ilə bazar praktikantları komitəsi olan Qiymətli Kağızların Kreditləşdirilməsi Komitəsində nümayəndəliyə malikdir. ISLA bir sıra əsas bazar təşəbbüslərinə, o cümlədən Böyük Britaniyanın Pul Bazarları Məcəlləsinin və standart kredit müqaviləsi, Qlobal Qiymətli Kağızlar Kredit Müqaviləsi (GMSLA) işlənib hazırlanmasına töhfə vermişdir. ISLA-nın sığorta şirkətləri, pensiya fondları, aktiv menecerləri, banklar və kastodian bankları da daxil olmaqla 4000-dən çox müştərini təmsil edən 140-dan çox üzvü var. ISLA üzvlərinin əksəriyyəti Birləşmiş Krallıqda və ya Avropada yerləşir, baxmayaraq ki, ABŞ və Uzaq Şərqdə sənaye iştirakçılarının sayı artmaqdadır. Borcalan olmayan üzvlərə 2004-cü ilin sentyabrından etibarən ISLA-ya qoşulmağa icazə verilib. Endryu Dayson 2013-cü ildə ISLA-ya qoşulub və 2016-cı ilin ortalarında baş direktor vəzifəsini icra edib.