beyt
beytin 2021
OBASTAN VİKİ
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır". Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur.
Beyt Aghiyon
Beyt Aghiyon (ivr. ‏בית ראש הממשלה‏‎) — İsrail Baş nazirinin rəsmi iqamətgahıdır. Şəhərin mərkəzi ilə Talbiya məhəlləsi arasında yerləşən Rehavianın böyüdülmüş Qüds məhəlləsindəki Balfour küçəsinin küçə küncündə, Smolenskin küçəsində yerləşir. == Tarixi == Bina İsgəndəriyyə şəhərinin varlı sakini olan yəhudi-yunan taciri Eduard Aghiyon üçün inşa edilmişdir. Yəhudi-Alman memarı Riçard Kufmann tərəfindən tərtib edilmiş və 1936-1938-ci illər arasında inşa edilmişdir. 1941-ci ildə Yuqoslaviyanın Kralı II Pyotr burada yaşayırdı. 1948-ci ildəki Ərəb-İsrail müharibəsi zamanı İrgun döyüşçüləri üçün xəstəxana kimi xidmət edirdi.
Beyt HaNassi
Beyt HaNassi (ivr. ‏בֵּית הַנָּשִׂיא‏‎) bəzən Mişkan HaNassi (ivr. ‏מִשְׁכָּן הַנָּשִׂיא‏‎) — İsrail Prezidentinin rəsmi iqamətgahıdır. Qüdsün Talbiya məhəlləsində yerləşir.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Beyt

Beyt-din
Beyt-din (ivr. ‏בית דין‏‎, Bet Din, hərf. "mühakimə evi", [bet ˈdin], aşkenazi: beys-din) — iudaizmdə ravvin məhkəməsi. Qədim dövrlərdə hüquq sisteminin əsasını təşkil edirdi. İndiki dövrdə həm İsraildə, həm də yəhudi diaspor icmalarında bir sıra dini məsələlərdə qanuni güclərdə istifadə edilir. Burada onun hökmləri xüsusi olaraq iudaist dini həyatı ilə bağlı məsələlərdə müxtəlif dərəcədə səlahiyyətlərə malikdir. == İndiki dövrdə == Ortodoks iudaizmdə adət-ənənələr bildirir ki, beyt-din dinlənilən işə aid hər hansı "halaxa" işlərində digər üzvlərə təlimat verə bilmək üçün ən azı biri "halaxa" haqqında geniş məlumatlı olan üç müşahidəçi yəhudi kişidən ibarətdir. Beyt-din işindəki ravvinlər yəhudi hüququnun bütün aspektləri üzrə mütəxəssis olmalı deyil, yalnız sözügedən sahə üzrə mütəxəssis olmalıdırlar. Qadınlara beyt-dində xidmət etməyə icazə verən bir sıra ravvinlər də var. Proqressiv icmalarda, eləcə də iudaizmin digər qeyri-ortodoks axınlarında qadınlar beyt-dində xidmət edirlər.
Beyt Quvrin Milli Parkı
Beyt Quvrin-Mareşa Milli Parkı (ivr. ‏בית גוברין - מרשה‏‎) — İsrailin mərkəzində, Kiryat Qat şəhərindən 13 km uzaqlıqda yerləşən milli park. Milli parkda ilk məbəd dövründə Yehuda Krallığı üçün əhəmiyyətli şəhərlərdən biri olan Mareşa və Roma İmperiyası dövründə Eleteropol kimi tanınan Beyt Quvrin şəhərinin qalıqları yerləşir. Milli parkda aparılan qazıntı işlərində yəhudi məzarlığı, Bizans-Roma amfiteatrı, Bizans kilsəsi, ictimai hamamlar, mozaikalar, məzar mağaralar aşkarlanmışdır. == Tarixi == Mareşa şəhəri haqqında ilk məlumatlar Yehuda qəbiləsinə qədər uzanır. Yəhudi Bibliyasına görə şəhər Rovoam tərəfindən Misirə qarşı müdafiə edilmişdir. Yehuda Krallığının dağıdılmasından sonra şəhər İdumeya Krallığının parçası olmuşdur. Gec fars dövründə şəhərdə saydanlar məskunlaşmışdırlar və şəhər e.ə. 259-cu ildə Zenon papirusunda qeyd olunmuşdur. Makkabi üsyanı zamanı şəhər makkabilərə qarşı müdafiə olunduğundan zərər görmüşdür.