BIRD-NEST
BIRD-SEED
OBASTAN VİKİ
Flappy Bird
Flappy bird — 2013-cü ildə Vyetnam əsilli oyun yaradıcısı Nquyen Ha Donq tərəfindən Hanoi şirkətində yaradılan və dotGEARS Studio tərəfindən paylaşılan mobil telefon oyunudur. Bu oyun 24 may 2013-cü ildə App Store və Google Playdə paylaşılmış, 10 fevral 2014-cü ildə isə silinmişdir. Flappy bird retro üslublu yan-hərəkət görünüşlü 2D oyundur. Oyunun əsas məqsədi sağa doğru hərəkət edən quşu ekrana toxunmaqla havada saxlamaq və boruların arasından keçirməkdir. Əgər quş borulardan birinə dəysə, oyun bitmiş sayılır. Xallar isə quşun uğurla keçdiyi boruların sayına bərabərdir. 10–20 xal arası bürünc medal, 20–30 xal arası gümüş medal, 30–40 xal arası qızıl medal, 40 xalda çox olduqda isə "Xüsusi medal" verilir. Oyun vyetnamlı Nquyen Ha Dong tərəfindən Iphone 5 üçün yaradılıb və 2013-cü ilin sentyabrında iOS 7 əməliyyat sistemində uğurla sınaqdan keçirilib. 2014-cü ilin yanvar ayında oyun ABŞ və Çİn App Storelarında 1-ci yerə çıxıb və Böyük Britaniya App Storeında "yeni Angry Birds" adı alıb. 30 Yanvar 2014-cü ildə bu oyun Android əməliyyat sistemi üçün çıxdı.
Paradise Lost
Paradise Lost — 1988-ci ildə yaranmış doom metal qrupudur. Qrup adını, 17-ci yüzillikdə yaşamış John Milton'un Paradise Lost adlı epik şerindən almışdır. Qrup, 1988-ci ildə gitarada Gregor Mackintosh və Aaron Aedy, bas gitarada Stephen Edmondson, barabanda Matthew Archer və vokalda Nick Holmes'dan ibarət heyətiylə İngiltərənin Halifax şəhərində yaranmışdr. Günümüzdə bu orijinal heyətdən yalnız barabançı Matthew Archer qrup ilə birlikdə deyil, digər 4 musiqiçi quruluşundan bu yana qrupda fəaliyyət göstərir. Paradise Lost'un 1990-cı ildə yayımladığı debüt albomu "Lost Paradise" və 1991-ci tarixli "Gothic" albomları dövrünə görə olduqca fərqli albomlar hesab edilirdi. Xüsusilə "Gothic" albomundakı riff'lər, sözlər və albomun tutqun atmosferi alboma ayrı bir hava qatırdı. Qrup bu albomdan sonra bəziləri tərəfindən Gotik metalın qabaqcılı olaraq qəbul edilməyə başlamışdı. 1992-ci ildə "Shades of God", 1993-cü ildə "Icon" və 1995-ci ildə yayımlanan "Draconian Times" kimi dövrünün olduqca fərqli albomlarıyla metal aləmində yaxşıca tanınan qrup, məşhur metal qruplarının arasına girmiş və underground bazardan çıxaraq böyük səhnələrə addım atmağı bacarmışdı. Draconian Times albomundan sonra daha təcrübəli işlərə əl atan qrup 1997-ci ildə "One Second" adlı albomu yayımladı. 1999-cu ildə qrup artıq yaracılığının zirvəsində idi.
Paradise Oskar
Paradise Oskar (azərb. Paradays Oskar‎; gəlçək adı- Aksel Enström isv. Axel Ehnström; 23 oktyabr 1990) — Finlandiyada yaşayan İsveçli müğənni.
Paradise sənədləri
Paradise sənədləri (ing. Paradise Papers) — əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
Corc Miller Bird
Corc Miller Bird (8.5.1839, Konnektikut ştatı, Montvil – 23.1.1883, Nyu-York) — Amerika nevropatoloqu. Andoverdə (Massaçusets ştatı) Fillips Akademiyasında (1854–58) və Yel Universitetində (1862) təhsil almışdır. 1866-cı ildən Nyu-Yorkda Tibb-Cərrahiyyə kollecində, 1868-ci ildən Nyu-York Universitetində işləmişdi. Əsas əsərləri elektriklə müalicə, sinir və psixi pozuntu məsələlərinə aiddir. 1869-cu ildə gərgin fəaliyyət nəticəsində sinir yorulması vəziyyətini (Bird xəstəliyi adlandırılan) təsvir etmiş, onun adlandırılması üçün 1880-ci ildə nevrasteniya terminini irəli sürmüşdü. Dəniz xəstəliyi simptomlarının təsvirini ilk dəfə o vermiş və onun müalicəsini göstərmişdi (1881). Çoxsaylı elmi-kütləvi kitabların, o cümlədən "Spiritizmin psixolo giyası" (1878), "Psixi xəstəliklərin problemləri" (1880), "Amerika əsəbiliyi, onun səbəbləri və nəticələri"nin (1881) müəllifidir.
Çarlz Ostin Bird
Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi. Oksford, Kornell və Kolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.
Gangsta’s Paradise
"Gangsta’s Paradise" (azərb. "Qanqster Cənnəti"‎) — Coolio və L.V. duetinin ifasında səslənən mahnı. 1995-ci ildə eyni adlı albomda buraxılmışdır. Bu mahnıya görə Coolio 1996-cı ildə "Qremmi" mükafatına, həmçinin iki "MTV Video Music Awards" mükafatına layiq görülüb. Mahnı 1995-ci ildə ABŞ Billboard çartında ən çox satılan sinql olub. 2008-ci ildə isə VH1-in "100 Ən yaxşı hip-hop mahnısı" siyahısında 38-ci yeri tutub. ABŞ, Böyük Britaniya və Almaniyada beş milyondan çox nüsxəsi satılıb. "Gangsta’s Paradise" 1995-ci il ABŞ istehsalı olan "Təhlükəli düşüncələr" filminin saundtrekinə daxil edilmişdir.
Of (Trabzon)
Of (türk. Of) — Trabzon ilinin ilçəsi.
Battles of Prince of Persia
Battles of Prince of Persia - Ubisoft oyun şirkəti tərəfindən 2005-ci ildə yaradılan macəra oyunudur. Bu seriya Prince of Persia: The Sands of Time və Prince of Persia: Warrior Within seriyaları arasında baş verən hadisələri ehtiva edir.
Bank of America
Bank of America, Amerika Bankı — fiziki və hüquqi şəxslərə geniş çeşiddə maliyyə xidmətləri göstərən Amerika maliyyə konqlomeratı. Citigroup, Wells Fargo və JPMorgan Chase ilə birlikdə ABŞ-nin dörd ən böyük bankından biridir. Aktivlərinə görə ABŞ-nin ən böyük bank holdinqi, Forbes (2018)-ə görə dünyanın ən böyük şirkətləri arasında 6-cı yerdədir. 2011-ci ildən sistem əhəmiyyətli banklardan biridir. Xarici nümayəndəliklərin kifayət qədər geniş şəbəkəsinə baxmayaraq, əsas fəaliyyət regionu ABŞ, ilk növbədə Kaliforniya ştatıdır; Bank of America Corporation adı altında Delaverdə birləşdirilmişdir. O, 1998-ci ildə Kaliforniyada yerləşən BankAmerica-nın Şimali Karolina NationsBank ilə birləşməsi nəticəsində yaranıb. 2008-ci ildə Bank of America investisiya bankı Merrill Lynch-i satın aldı. 1904-cü ildə italyan mühacirlərinin oğlu Amadeo Cannini San-Fransiskoda bir çox italyan mühacirlərinə xidmət etmək üçün nəzərdə tutulmuş Bank of Italy adlı bir bank qurdu. İtaliya Bankı 1906-cı il fəlakətli zəlzələdən sonra San-Fransiskonun bərpasında çox fəal idi. Cannini bank sektorunda bir neçə yenilik tətbiq etdi, xüsusən də "orta təbəqə"nin xidmətini vurğulayanlardan biri oldu.
Bank of Azerbaijan
Bank of Azerbaijan — fəaliyyətini dayandırmış Azərbaycan bankı. 1993-cü ildə yaradılıb. 2016-cı ildə lisenziyası ləğv edilib. "Bank of Azerbaijan"-ın əsası, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında "Rabbatbank" KB qismində 1993-cü ilin dekabr ayının 1-də qoyulmuşdur. 1998-ci ildə Bankın səhmləri "Turkiye Dish Ticaret Anonim Shirketi" türk şirkəti və iki azərbaycanlı fiziki şəxs arasında paylanmışdır, və bundan sonra Bankın adı "Ish Bankasi Azerbaycan" Birgə Kommersiya Bankı adı ilə əvəz olunmuşdur. 2004-cü ildə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə çevrilir. 2006-cı ildə "Turkiye Dish Ticaret Anonim Shirketi" türk şirkəti Bankın səhmdarları sırasından çıxır, səhmlərin ona məxsus olan 1%-i isə "Nem Holdings Limited" ərəb şirkəti tərəfindən əldə edilmişdir. Bundan sonra səhmdarların ümumi iclasında Bankın adının ASC "Bank of Azerbaijan" adına dəyişdirilməsi haqda qərar qəbul edilmişdir. 2016-cı ilə qədər bankın 12 filialı, 26 bankomatı və 147 POS-terminalı mövcud olub.
Bank of Baku
Bank of Baku Açıq Səhmdar Cəmiyyəti — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 14.02.1994-cü il tarixində yaradılıb. Bank o illərdə “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və ”Bank of Baku” kimi adlandırılmışdır. "Bank of Baku" adı ilə fəaliyyətinə davam edən Bank, 14 may 1997-ci ildə Bakı Banklararası Valyuta Birjasının üzvü oldu və həmin il Birgə Səhmdar Kommersiya Bankı kimi təkrar qeydiyyatdan keçdi. 2004-cü il 22 oktyabr tarixində bankın hüquqi statusu Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyəti kimi təsbit olundu. Azərbaycan Respublikasının Mərkəzi Bankı 26 yanvar 2005-ci il tarixində "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsini rəsmən təsdiqlədikdən sonra, yeni «Bank of Baku» KB ASC-nin fəaliyyəti üçün lisenziya verdi. Bankın ilk filialı - Azneft filialı 1 iyun 2002-ci il tarixində istifadəyə verildi. 2013-cü ildə “Bank of Baku”-nun Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq etdi. Proqram çərçivəsində “Bank of Baku”-nun paytaxt və regionlarda yeni filialları açıldı.
Bank of England
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.
Bank of Georgia
Bank of Georgia (gürc. საქართველოს ბანკი) — Gürcüstanın ən böyük kommersiya banklarından biridir. Baş qərargahı Tiflis şəhərində yerləşir. Bank 1903-cü ildə quruldu. Kommunistlər tərəfindən milliləşdirildi və Binsotsbank olaraq adlandırıldı. Yenidən özəlləşdirildi və 1994-cü ildə Bank of Georgia olaraq adlandırıldı. Bank of Georgia ilk olaraq 2001-ci ildə Gürcüstan Fond Birjasında qeydiyyata alındı. 2004-cü ildə Tbiluniversalbank ilə birləşdirildi. 2004-cü ildən başlayaraq Bank of Georgia bir sıra strateji satınalmaları tamamladı, bir sıra pərakəndə məhsullar təqdim etdi və böyük infrastruktur yeniləmələrinə başladı. Bankın özəl bankçılıq fəaliyyətinə başladı və Gürcüstan Fond Birjasında debüt korporativ istiqrazlar yerləşdirdi.
Bank of Scotland
Şotlandiya Bankı ing. Bank of Scotland) — Şotlandiyanın mərkəzi bankı. Mərkəzi aparatı Edinburq şəhərində yerləşir.
Call of Duty
Call of Duty (azərb. Döyüş tapşırığı‎) — ABŞ şirkəti "Activision" tərəfindən istehsal olunan birinci şəxs atıcı janrında videooyunlar seriyası. Bu seriyadakı oyunlar "Infinity Ward", "Treyarch" və "Sledgehammer Games" kimi studiyalar tərəfindən istehsal edilmişdir. 2003-cü ildə satışa çıxarılan ilk oyunla başlayan seriyanın ilkin epizodlarının məzmunu İkinci Dünya mharibəsinə yönəlmişdi. Seriyanın daha sonra buraxılan epizodlarının hadisələri Soyuq müharibə dövründə, yaxın gələcəkdə, hətta kosmosda cərəyan edirdi. Seriyadakı bir çox oyun müstəsna tənqidi tərif almış və çoxsaylı mükafatlar qazanmışdır. Seriyadakı oyunların adətən çoxnəfərli rejimi var və bu, Şimali Amerika və Qərbi Avropada kiberidman kimi populyarlıq qazanmışdır. 2021-ci ilə aid olan məlumata görə, seriyadakı oyunların ümumi satışları 400 milyon kopyanı keçmişdir. Ginnesin Rekordlar Kitabına dünyada ən çox satılan atıcı seriyası kimi daxil edilmişdir. Satılan kopyaların sayına görə ABŞ-də hazırlanmış ən uğurlu videooyun seriyasıdır.
Castle of montsoreau
Monsoro qəsri — (fr. Château de Montsoreau) — Fransanın Men və Luara departamentində Loire vadisi region Monsoro şəhərləri yerləşən qəsr. Qəsr Paris şəhərinin 250 kilometr qərbində yerləşir. Orta əsr qalası yerində tikilən intibah dövrününün qəsri. 2015-ci ildən Monsoro qala Filipp Meaille (fransanın müasir incəsənət kolleksioneri) məxsusdur. Bu, Müasir İncəsənət Muzeyinə çevrilib. Memarlıq obyekti Fransanın milli tarixi abidəsi kimi 1862-ci ildə təsnif edilmişdir. 2000-ci ildən bu yana Monsoro qəsri, UNESCO-nun dünya mirası olan Loire Vadisinin bir hissəsidir. Monsoro qəsri Fransada Renesans üslubunda (1450–1453) tikilmiş ilk qəsr hesab olunur. Bu, Fransa kralının birbaşa sərəncamı ilə Jan II de Chambes tərəfindən tikilib.
City of Angels
City of Angels — Thirty Seconds to Mars rok qrupunun Lust, Love, Faith and Dreams albomuna daxil olan çıxış mahnısıdır.
Clash Of Clans
Clash of Clans (azərb. Klanların mübarizəsi‎) — Helsinki, Finlandiya mərkəzli oyun şirkəti Supercell tərəfindən yaradılmış olan çox oyunçulu, real zamanlı, premium, çoxnəfərli strategiya oyunu. Clash of Clans oyununda oyunçular hücumlara qarşı öz şəhərlərini qorumaq üçün müxtəlif müdafiə mexanizmləri inşa edirlər və hücum etmək məqsədi ilə də əsgər yaradırlar. Oyunçular ən çoxu 50 nəfərdən ibarət olan klanlara qatıla, topluluq olaraq və ya klanın öz daxilində söhbət edə, klan üzvləri bir-birlərinin klan qalasına əsgər göndərə bilərlər. İrəliləmək üçün lazımlı materiallardan ən önəmlisi olan yaşıl daş kredit kartıyla və ya oyunçunun özünü gücləndirməsiylə əldə edilə bilər. Oyunun əvvəlində oyunçuya 500 almaz verilir. Həmçinin, tələb edilən dərəcələri etməklə və şəhərin olduğu ərazidəki kol, ot və ağaclar təmizləməklə də yaşıl daş əldə edilə bilər. Ödəmə xüsusiyyəti ilə oyun iOS platformasında ən çox qazananlar siyahısına daxil olmuşdur. 2013-cü ilin birinci yarısında şirkət satışlardan təxmini olaraq gündə 2.4 milyon dollar gəlir əldə etmişdir. Clash of Clans iOS platformasında 2012-ci il dekabr ayında ən çox endirilən 5 proqram arasında yerini almışdır.
College of Dunaújváros
Dunauyvaroş Universiteti (ing. University of Dunaújváros, mac. Dunaújvárosi Egyetem) — Budapeşt yaxınlığında Dunauyvaroş şəhərində yerləşən ali məktəbdir. Son 15 ildə tələbələrin sayı artıb və hal-hazırda burada 3500 yaxın tələbə təhsil alır. 2006-cı ildən bəri universitet əcnəbi tələbələr üçün beynəlxalq proqramlar təklif edir. 1 yanvar 2017-ci ilə kimi Dunauyvaroş Kolleci (macarca "Dunaújvárosi Főiskola", ingiliscə "College of Dunaújváros") adlanırdı. Dunauyvaroşda 1953-cü ildə Metallurgiya və Mexaniki Mühəndislik Texnikumun əsası qoyulmuşdu. Məqsəd, Dunay Dəmir sənayə fabrikini (Dunaferr Rt) lazımi mütəxəssislərlə təmin etmək idi. 1969-cu ildən bəri bir çox gənc mütəxəssislər institutda aldığı təhsil əsasında metallurgiya və mexaniki mühəndislik sahələrində ixisaslaşdılar və sənayə təcrübəsi qazandılar. Daha sonra Dunaferr Rt-in əhatəsi genişləndi, artıq texniki müəllimlik, mühəndis müəllimliyi kursları və informasiya texnologiyası kursları keçən kadrlar, 1990-cı ili əvvəllərindən isə iqtisadiyyat, texniki menecment, material mühənidisliyi və 2003-cü ildən kommunikasiya və mədəniyyət menecmentliyi üzrə də təhsil alanların da cəlb edilməsi başlanıldı.
Commonwealth of England
Commonwealth of England (Azərbaycan dilində: İngiltərə cəmiyyəti və ya İngiltərə birliyi) 1649-cu ildə İngiltərədə başlayan və sonra İrlandiya və Şotlandiyada davam edən, ikinci İngilis Vətəndaş Müharibəsi və I Çarlzın edamından sonra başlayan respublika tipli idarəetmə dövrü. 19 may 1649-cu ildə Respublika, Rump Parlamenti tərəfindən hazırlanan İngiltərənin cəmiyyət olduğunu elan edən bir bəyannamə ilə (ingilis dilində: “An Act declaring England to be a Commonwealth”, yəni “İngiltərənin cəmiyyət (birlik) olduğunu elan edən akt”) başlamışdır. Dövrün əvvəlində hakimiyyət əsasən Parlamentdə və Dövlət şurasında idi. Bu dövrdə Parlament qüvvələri ilə ona qarşı çıxanlar arasında müharibələr davam etdi, xüsusən də İrlandiya və Şotlandiyada, indi həmin dövrü Üçüncü Britaniya Vətəndaş Müharibəsi adlandırırlar. 1653-cü ildə, Rump Parlamenti məcburi şəkildə dağıldıqdan sonra, Oliver Cromwell, Hökumət səlahiyyətlərini özündə birləşdirərək İngiltərə, İrlandiya və Şotlandiya İttifaqının Dövlət Protektoru Lordu (İngiliscə: Lord Protector) elan edildi, bu dövr Protektora dövrü olaraq tanınır. Kromvelin ölümündən sonra oğlu Richard Cromwellin qısa müddətli hakimiyyətindən sonra 1659-cu ildə üçüncü Protektora Parlamenti dağıldı və Rump Parlament yenidən çağrıldı və 1660-cı ildə monarxiyaya qayıtma prosesi başladı. İcma termini bəzən bütün 1649-1660-cı illər üçün istifadə olunsa da, monarxistlər bu dövrü hökmdarsızlıq dövrü ilə eyniləşdirirlər. Bəzi digər tarixçilər bu müddəti Cromwellin 1653-cü ildə hakimiyyətə gəlişinə qədər olan müddətlə məhdudlaşdırırlar.
Cult of Luna
Cult of Luna — 1998-ci ildə vokalçı Klas Ryudberq və gitaraçı Yohannes Persson tərəfindən qurulmuş İsveç metal musiqi qrupu. Qrup yaradılandan bir müddət sonra Erik Olefsson, Maqnus Lindberq və Fredrik Kixlberq da qrupa qoşularaq tam kollektiv təşkil etdilər. Qrup tərzi ağır musiqi və kədərli musiqi, sözlərdən ibarətdir.1999-cu ilin yanvarında qrupun birinci demo albomu "Col" albomu olmuşdur. Bu albomdan sonra "Trastock festivalda" canlı çıxışlar edən qrup üzvləri, daha sonra 2001-ci ildə "Cult of Luna" adlı ilk studio albomlarını çıxartdı. Sonra ara vermədən digər The Beyond (2003) , Salvation (2004) , Somewhere Along the Highway (2006) və Eternal Kingdom (2008) — illər də albomlar çıxardaraq qrup Avropa turların da çıxış edərək bu üslubda ən öndə gedən qruplardan biri olmağı bacardı.
Culture of Kazakhstan
Qazaxıstanda sakinlərin köçəri pastoral iqtisadiyyatına əsaslanan yaxşı bir mədəniyyət var. 7–12-ci əsrlərdə İslam Qazaxıstanla tanış olmuşdur. Quzu ilə yanaşı, bir çox digər ənənəvi yeməklər, Qazaxıstan mədəniyyətində simvolik dəyər saxlayır. Qazaxıstan mədəniyyəti əsasən türk köçəri həyat tərzindən təsirlənir. Heyvandarlıq, qazaxların ənənəvi həyat tərzinə mərkəzi olduğundan, köçəri davranışlarının və gömrüklərin əksəriyyəti heyvətə bir şəkildə aiddir. Ənənəvi lə'nət və xeyir-dualar heyvanlar arasında xəstəlik və ya fecundity çağırdı və yaxşı davranış bir adam ilk növbədə onun həyatında insan aspektləri haqqında soruşmaq və ona salamlayarkən bir insanın mal-qara haqqında soruşmaq tələb etdi. Ənənəvi Qazaxıstan məskəni, dovun müxtəlif kalınlıkları ilə əhatə edilmiş, söğüt ağacının çevik çərçivəsindən ibarət olan bir çadırdır. Açıq top, mərkəzi ocaqdan tüstüdən qaçmağa icazə verir; temperatur və süzgə açılışın ölçüsünü artıran və ya azaldıran bir qanadla idarə oluna bilər. Düzgün tikilmiş bir dülgər yaz aylarında soyudulur və qışda istilənir və sökülüb yaxud bir saatdan az müddətdə qurula bilər. Yurt içərisində mərasim əhəmiyyəti var; sağ tərəfi kişilər üçün və sol qadınlar üçün qorunur.
Dance of Fire
Dance of Fire — Əzizə Mustafazadənin 1995-ci ildə çıxan üçüncü albomu. Albomun dünya üzrə təqribən 2 milyondan çox nüsxə satışı qeydə alınmışdır.
Denial of Service
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.