BİRLƏŞDİRİLMƏ

I
сущ. от глаг. birləşdirilmək , объединение, соединение, присоединение; комбинирование
II
прил. соединительный. Birləşdirilmə muftası тех. соединительная муфта
BİRLƏŞDİRİCİ
BİRLƏŞDİRİLMƏK
OBASTAN VİKİ
Almaniyanın birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (1871)
Almaniyanın birləşdirilməsi (1871)
Almaniyanın birləşdirilməsi — 1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması. Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi. Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa–Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi. Bu proses alman dövlətlərindəki əsilzadələrin istəyindən asılı olaraq, bəzən sürətlənir, bəzənsə yavaşlayırdı. Bu proses müxtəlif partiyaların təxminən bir əsr davam edən avtokratik eksperimentlər üzərindəki öz maraqları, Müqəddəs Roma imperiyasının süqutunu sürətləndirən Napoleon müharibələri və alman millətçiliyinin yüksəlişi ilə müşahidə edilirdi. Birləşmə nəticəsində yeni millətin üzvləri arasında dini, dlinqivistik, sosial və mədəni fərqlərin olduğunu ortaya çıxardı. Bu zaman 1871-ci il birləşməsinin daha böyük birləşmə prosesinin bir anını təmsil etdiyi təklif edildi. Müqəddəs Roma imperiyası tez-tez "Bütün almanların imperiyası" adlandırılırdı. Müasir mənbələr isə onlara çox zaman "almanlar" deyə müraciət edirdi.
Almaniyanın birləşdirilməsi (1990)
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.
Kondensatorların birləşdirilməsi
Kondensator müxtəlif elektron qurğularında lazım olan elektrik yüklərini və uyğun enerji tutumlarının əldə edilməsi üçün tətbiq olunan qurğudur. Kondensator passiv elektron qurğusudur. Adətən o lövhə şəklində olan iki elektroddan və onların arasında qalınlığı elektroda nisbətən kiçik olan dielektrikdən ibarətdir. Boş olan kondensatorun elektrik şəbəkəsinə qoşduqda elektrodun biri müsbət, digəri isə mənfi yüklənir. Kondensator şəbəkədən ayrıldıqda elektrik yükü qalır. Onu başqa cərəyansız naqilə birləşdirdikdə isə kondensator boşalır. Yaddaşda olan yükün miqdarı elektrodlar arasındakı gərginliklə mütənasibdir. Bu mütənasiblik sabiti kondensatorun tutumu adlanır. Güc artdıqca kondensator daha çox elektrik yükü saxlaya bilir. Q = C ⋅ U {\displaystyle Q=C\cdot U} düsturu ilə bu asılılıq təsvir olunur, burada Q {\displaystyle Q} elektrik yükü, C {\displaystyle C} kondensatorun tutumu, U {\displaystyle U} isə gərginlikdir.
Rus torpaqlarının birləşdirilməsi
Rus torpaqlarının birləşdirilməsi — XIV əsrdən başlayan parçalanmış rus knyazlıqlarının yeni siyasi mərkəzlər ətrafında birləşməsi prosesi. Bəzi knyazlıqların digərləri tərəfindən mənimsənilməsi müxtəlif formalarda - miras yolu ilə, satın alma yolu ilə, Ordada alınan yarlıq əsasında və fəth yolu ilə həyata keçirilirdi. Birləşmə prosesləri XII-XIII əsrlərdə, müstəqil knyazlıqların yaranmasından az sonra başlamış, lakin monqol istilası (1237-1241) ilə dayanmışdır. Şimal-Şərqi Rusiyada bu prosesə Tver knyazlığı və digər qonşu knyazlıqlarla sərt rəqabətdə qalib gələn və mərkəzləşdirilmiş Rusiya dövlətinin əsasına çevrilən Böyük Moskva knyazlığı rəhbərlik edirdi. Qərbi Rusiyada rus torpaqlarının toplanması Böyük Litva knyazlığı tərəfindən həyata keçirilirdi. Daha kiçik miqyasda, digər böyük knyazlıqlar da qonşuları hesabına öz mülklərini genişləndirməklə məşğul idilər: Ryazan, Smolensk, Bryansk, Tver, lakin onların hamısı sonda müstəqilliklərini itirərək Moskva və ya Litva böyük knyazlıqlarının bir hissəsi oldular. Onların arasında XIV / XV əsrlərin sonlarında ümumi bir sərhəd yarandı. XIII əsrin əvvəllərində Rus dövləti onlarla knyazlıqdan və ya salnamə terminologiyasına görə "torpaqlardan" ibarət idi ki, onların əksəriyyətində daha kiçik əlavə knyazlıqların intensiv formalaşması prosesi gedirdi. Eyni zamanda, torpaqların özləri hələ də ərazi sabitliyini qoruyurdular və onların arasında bir neçə potensial birləşmə mərkəzləri yetişməkdə idi. Kiyev şəhəri Rusun nominal paytaxtı olmağa davam etdi.
Almaniyanın yenidən birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.
Gürcüstan çarlığının birləşdirilməsi
Gürcüstan çarlığının birləşdirilməsi (gürc. ქართული სახელმწიფოს გაერთიანება) — X əsrdə müxtəlif gürcü taclarının 1008-ci ildə Gürcüstan çarlığı və ya Sakartvelo adı altında mərkəzləşdirilmiş hökumətlə vahid səltənətdə birləşməsi ilə nəticələnən siyasi hərəkat idi. Bu, ilkin olaraq eristavların lokal güclü aristokratiyası tərəfindən, gürcü monarxları arasında əsrlər boyu davam edən hakimiyyət mübarizələri və aqressiv vərəsəlik müharibələri nəticəsində, onların klassik antik dövrün müstəqil idarəçilik ənənələrindən, həmçinin Kolxida və İberiyada ellinizm dövründə formalaşmış monarxiya quruluşlarından irəli gəlirdi. Bu təşəbbüs həmin dövrdə Qafqazın ən qüdrətli hökmdarı olan, Baqrationi sülaləsinin nümayəndəsi III Böyük David tərəfindən dəstəklənmişdi. O, öz qohumu və övladlığa götürmüş olduğu oğlu şahzadə Baqratı İberiya taxtına keçirmişdir. Nəticədə, Baqrat bütün Gürcüstanın kral tacını daşımışdır. Davidin Baqrationi nəslindən olan davamçıları da Rürikoviçlər və ya Kapetinqlər kimi milli birləşmə narrativinin əsas fiquru olmuşdular, lakin onların səylərinə baxmayaraq, birləşmə hədəflərindən olan bəzi gürcü dövlətləri sərbəst şəkildə birləşməyə qoşulmamışdılar və fəal şəkildə buna qarşı olmuşdular. Onlar bu proses boyunca ona qarşı mübarizə aparmış, daha çox Bizans imperiyasından və Abbasi xilafətindən kömək və dəstək axtarmışdılar. 1008-ci ildə Gürcüstanın birləşdirilməsi qərbi və mərkəzi Gürcüstan torpaqlarının əksəriyyətini birləşdirmişdir, lakin proses şərqə doğru davam etmiş və nəhayət çar IV İnşaatçı Davidin rəhbərliyi altında tam başa çatmışdır. Torpaqların bu misli görünməmiş dərəcədə siyasi formada birləşməsi və Baqrationi gücünün meteorik formada yüksəlişi Gürcüstanın Qızıl dövrünün başlanmasına, həmçinin orta əsrlərdə yeganə panqafqaz imperiyanın yaradılmasına gətirib çıxarmışdır.

Значение слова в других словарях