Gürcüstan çarlığının birləşdirilməsi (gürc.ქართული სახელმწიფოს გაერთიანება) — X əsrdə müxtəlif gürcü taclarının 1008-ci ildə Gürcüstan çarlığı və ya Sakartvelo adı altında mərkəzləşdirilmiş hökumətlə vahid səltənətdə birləşməsi ilə nəticələnən siyasi hərəkat idi.[a] Bu, ilkin olaraq eristavların lokal güclü aristokratiyası tərəfindən,[b] gürcü monarxları arasında əsrlər boyu davam edən hakimiyyət mübarizələri və aqressiv vərəsəlik müharibələri nəticəsində, onların klassik antik dövrün müstəqil idarəçilik ənənələrindən, həmçinin Kolxida və İberiyadaellinizm dövründə formalaşmış monarxiya quruluşlarından irəli gəlirdi.[c]
Bu təşəbbüs həmin dövrdə Qafqazın ən qüdrətli hökmdarı olan, Baqrationi sülaləsinin nümayəndəsi III Böyük David tərəfindən dəstəklənmişdi. O, öz qohumu və övladlığa götürmüş olduğu oğlu şahzadə Baqratı İberiya taxtına keçirmişdir. Nəticədə, Baqrat bütün Gürcüstanın kral tacını daşımışdır.[2] Davidin Baqrationi nəslindən olan davamçıları da Rürikoviçlər və ya Kapetinqlər kimi milli birləşmə narrativinin əsas fiquru olmuşdular,[3][4] lakin onların səylərinə baxmayaraq, birləşmə hədəflərindən olan bəzi gürcü dövlətləri sərbəst şəkildə birləşməyə qoşulmamışdılar və fəal şəkildə buna qarşı olmuşdular. Onlar bu proses boyunca ona qarşı mübarizə aparmış, daha çox Bizans imperiyasından və Abbasi xilafətindən kömək və dəstək axtarmışdılar. 1008-ci ildə Gürcüstanın birləşdirilməsi qərbi və mərkəzi Gürcüstan torpaqlarının əksəriyyətini birləşdirmişdir, lakin proses şərqə doğru davam etmiş və nəhayət çar IV İnşaatçı Davidin rəhbərliyi altında tam başa çatmışdır.[5] Torpaqların bu misli görünməmiş dərəcədə siyasi formada birləşməsi[6] və Baqrationi gücünün[7] meteorik formada yüksəlişi Gürcüstanın Qızıl dövrünün başlanmasına, həmçinin orta əsrlərdə yeganə panqafqaz imperiyanın yaradılmasına gətirib çıxarmışdır.[8][9]
Tacın mərkəzləşdirici gücü XIV əsrdə zəifləməyə başlamış və çar V Georginin dövründə qısamüddətli bərpa prosesi müşahidə olunmasına baxmayaraq,[10] birləşmə çox dayana bilməmişdi. Birləşmiş səltənət monqolların və Əmir Teymurun işğalından sonra məhv olmuş, XV əsrdə onun tamamilə dağılmışdır.[11]
"Sakartvelo" termini[15][16][17] ("Kartvellərin yaşadığı yer")[18] hərfi mənada "ümumgürcü padşahlıq", "Bütöv Gürcüstan" və ya "Böyük Gürcüstan" mənasını daşıyır. Termin müasir dövrdə ölkənin rəsmi adı kimi istifadə olunur.[19][20] Termin mənşəyi hələ də müzakirə olunur, lakin bu ad 1008-ci ildə Gürcüstanın birləşməsi və siyasi mərkəzləşməsindən çox əvvəl istifadə edilmişdir. Bu, "Yeni Kartli", "Böyük Kartli" və ya "Sürgündəki Kartli"ni təsvir etmək üçün istifadə olunurdu. Bu, KartlininBizans Anadolusu və onun ətrafında olan cənub-qərb torpaqlarına aid edilir. Ərəblərin Kartlini işğal etməsi zamanı gürcülər burada sürgündə yaşayırdılar. Bu termin Baqrationi sülaləsindən əvvəlki dövrlərdə işlənmişdir.[21] "Sakartvelo" termini XII əsrin ikinci yarısında geniş yayılmış universal istifadəyə nail olmuşdur.[22]
Orta əsr Gürcüstanında "eristavlar'"ın aristokratik hakimiyyətinin padşah seçkilərində göstərilməsi onların seçimindən və dəstəyindən asılı idi. Padşah və onun zadəganları arasında böyük bir güc balansı var idi.[23] Gürcüstan çarları Bizans imperatorları kimi universal, mütləq hakimiyyətə malik deyildilər.[24] Onların Bizansa birbaşa Konstantinopoldan idarə olunmasına imkan verən mərkəzləşdirilmiş hökumət strukturlarının heç biri yox idi. Əvəzində Gürcüstan sarayı il boyu səltənəti gəzməli, padşah hakimiyyəti üçün yerli aristokratiya ilə danışıqlar və ya mübarizə aparılmalı idi.[25]
Gürcüstan padşahlığı və monarx hakimiyyəti qədim bir institutdur. Ellinizm dövründə yaranmışdır.[26] Gürcüstan monarxiyası çox çevik idi. Bəzən daxili münaqişələr baş tutsa da, bu, güclü bir sülalə idi. Onun Roma və Bizansdan daha çox qədim İran hakimiyyət modelləri ilə ümumi cəhətləri var idi. Gürcüstan səltənətində dörd sülalə hökmranlıq edirdi, lakin Baqrationi monarxları XIX əsrdə padşahlığın Rusiya imperiyası tərəfindən anneksasiya edilməsinə qədər min il ərzində Gürcüstanın siyasi səhnəsini hegemonlaşdırmışdılar.[27][28]
Rapp, S. H. Jr. (2016) The Sasanian World Through Georgian Eyes, Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature, Sam Houston State University, USA, Routledge, ISBN9781472425522
Rapp, S. H. Jr. & Crego, P. (2018) Languages and Cultures of Eastern Christianity: Georgian, Taylor & Francis, ISBN9781351923262
Rapp, S. H. Jr. (2003) Studies in Medieval Georgian Historiography: Early Texts and Eurasian Contexts, Peeters Publishers, ISBN9042913185
Rapp, S. H. Jr. (2017) Georgia before the Mongols, Oxford Research Encyclopedias: Asian History, Oxford University Press, David Ludden ed. Published OUP Online
Rayfield, D. (2013) Edge of Empires: A History of Georgia, Reaktion Books, ISBN9781780230702