BO

Back Orifice
Bluejackers
BO2K
OBASTAN VİKİ
.bo
.bo — Boliviyanın internet kodu.
Bo (En)
Bo (fr. Boz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01057. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 496 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 304 nəfər (15-64 yaş) arasında 240 nəfər iqtisadi cəhətdən fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.9%, 1999-cu ildə 74.1%). Aktiv olan 240 sakindən 219 nəfəri (115 kişi və 104 qadın), 21 nəfəri işsizdir (14 kişi və 7 qadın). Fəal olmayan 64 nəfər arasında 22 nəfər şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 17 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bo Bayden
III Cozef Robinett „Bo“ Bayden (ing. Joseph Robinette "Beau" Biden III; 3 fevral 1969, Uilminqton[d], Delaver – 30 may 2015, Betesda, Merilend) — Amerikalı vəkil, hərbçi və siyasətçi. ABŞ Demokrat Partiyasının üzvü idi. == Ailəsi == Atası ABŞ-nin 46-ci vitse-prezidenti Co Baydendir. Anası ABŞ-nin ikinci xanımı Cil Baydendir. == Vəfatı == 2010-cu ildə insult keçirən Bo Bayden, həmin ilin may ayında müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi. 46 yaşında ikən – 30 may 2015-ci ildə beyin xərçəngindən vəfat etmışdir.
Bo Xan
Bo Xan - monqol və buryat mifologiyasında Uryanxay boyunun atası olan adam. Böyük bir döyüşçüdür. Bir nur içində müqəddəs bir dağın təpəsinə enən ilk yoldaşı və torpaqdan çıxıb gələn ikinci yoldaşı nəsillərinin ortaya çıxmasını təmin edər. Bunlar Oğuz Kağanın iki yoldaşını tapmasını xatırlatmaqdadır. == Etimologiya == (Bog / Boğ) kökündən törəmişdir. Bolmaq (olmaq) və boğmaq mənası daşıyır. Monqol və kalmık dilində Bö (Böğö) şaman, Bogd / Bogdan isə övliya mənalarını verər, bu sözlərlə əlaqəli ola bilər. Yenə monqolcada Boh güləşçi deməkdir. Tunqus dilində "Buguca" totem deməkdir.
Li Bo
Li Bo (李白) (701-762) Tan sülaləsi dövündə yaşamış Çin şairidir. Təxminən 1100-ə qədər şeiri dövrümüzə kimi gəlib çatmışdır. Şerlərində Daosizmi tərənnüm etmişdir.
Bo qorxur
Bo qorxur (ing. Beau is Afraid) — Ari Asterin 2023-ci ildə işıq üzü görən sürrealist, faciəvi komediya, qorxu filmi. Filmin baş rolunda Xoakin Feniks çəkilib. Film anasının qəfildən vəfat etməsindən sonra evə qayıtmalı olan Bo adlı adam haqqındadır. Xoakin Feniks — Beau Wassermann Armen Nahapetian — gənc Beau Patti LuPone — Mona Wassermann Zoe Lister-Jones — gənc Mona Amy Ryan — Grace Nathan Lane — Roger Kylie Rogers — Toni Denis Ménochet — Jeeves Parker Posey — Elaine Bray Julia Antonelli — gənc Elaine Stephen McKinley Henderson — terapist Richard Kind — Dr. Cohen Hayley Squires — Penelope Julian Richings — Strange Man Bill Hader — UPS Guy Michael Esper — Officer Johnson Michael Gandolfini, Théodore Pellerin və Mike Taylor — Bonun övladları a24films.com/films/beau-… — Bo qorxur rəsmi saytı Bo qorxur — Internet Movie Database saytında.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. Sus və Çal!
Ki Bo-Bae
Ki Bo-Bae (kor. 기보배; 20 fevral 1988, Anyan[d], Kyonqido) — Cənubi Koreyalı oxatan. Ki Bo-Bae 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. O, həmçinin üç dəfə Dünya Çempionatında, bir dəfə isə Asiya Oyunlarının qızıl medalını qazanıb. Ki Bo-Bae birinci ciddi uğurunu 2011-ci ildə İtaliyanın Turin şəhərində qazandı. O, Dünya Çempionatında qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medal qazandı. Növbəti 2012-ci ildə isə Ki Bo-Bae XXX Yay Olimpiya Oyunlarında fərdi və komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. Ki Bo-Bae növbəti uğurunu 2013-cü ildə Antalya şəhərində qazandı. Ki Bo-Bae komanda və qarışıq komanda yarışlarında qızıl medal qazandı. 2 il sonra isə Ki Bo-Bae Danimarkanın paytaxtı Kopenhagen şəhərində fərdi və qarışıq komanda yarışlarında qızıl, komanda yarışlarında isə bürünc medala sahib çıxdı.
MBB Bo 105
MBB Bo 105, Messerschmitt-Bolkow-Blohm (MBB) tərəfindən istehsal olunan çox məqsədli Alman helikopteridir. Bo 105 dünyanın ilk iki mühərrikli, yüngül çəkili helikopteri olmaqla yanaşı aerobatik manevrlər edə bilən ilk rotorlu hava gəmisidir. 1967-2001-ci illər arasında 1500-dən çox MBB Böyük 105 helikopteri istehsal edilmişdir. Vahidinin qiyməti 1975-ci ildə 354.700 ABŞ dolları, 1991-ci ildə 1.86 milyon ABŞ dolları təşkil etmişdir.
Myon Bo-Hi
Myon Bo-Hi (d. 29 yanvar 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Myon Bo-Hi Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yun Son-Bo
Yun Son-Bo (d. 9 avqust 1960) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yun Son-Bo Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Bo Rai Çou (Mortal Kombat)
Bo Rai Çou (ing. Bo' Rai Cho) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Əsli Daxili Dünyadan gəlir. Bo Rai Çou Yer dünyasının döyüşçüləri ilə bərabər Liu Kenq və Sucinkoya bir çox döyüş fənlərini öyrətmişdi.
Criosanthes borealis
Cypripedium arietinum (lat. Cypripedium arietinum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. Yabanı halda bitir. Hündürlüyü 10-40 sm, çiçəkləri isə 1-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Çiçəklərinin rəngi qəhvəyi-yaşıl çəhrayı və ağ Criosanthes arietina (R. Br.) House (1905) Criosanthes borealis Raf. (1818) Arietinum americanum L.C. Beck (1833) Cypripedium arietinum f. biflorum P.M.Br.
Crocus boryanus var. caspius
Xəzər zəfəranı (lat. Crocus caspius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır. Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür.
Cryptobia borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Crypturellus boucardi
Crypturellus boucardi (lat. Crypturellus boucardi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü. C. b. boucardi (Sclater, 1859) C. b.
Cucumis melo var. bos-valdy
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Cəbəllütariq boğazı
Cəbəllüttariq boğazı (Gibraltar) — Atlantik okeanı ilə Aralıq dənizi arasında su keçidi. Boğaz tarix boyunca ayrı-ayrı xalqlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Daha çox Herkules sütunları və Melkart sütunları adları ilə tanınır. İndiki adının ərəbcədən tərcüməsi Tariqin dağı deməkdir.Afrika ilə Avrasiya materikinin birləşdirir. 711-ci ildə Əməvi xəlifəsi I Vəlidin dövründə sərkərdə Tariq İbn Ziyadın başçılıq etdiyi islam ordusu gəmilərlə "Yaşıl ada" adlandırılan Andalusiyaya daxil oldu. Tariq ibn Ziyad ordusunu dörd gəmidə daha sonralar öz adı ilə adlanan Cəbəllüttariq boğazından qarşı sahilə keçirdi. Bu tarixdən Avropanın cənubunda Kordova xilafəti adlı islam dövləti yarandı.
Cəbəllüttariq boğazı
Cəbəllüttariq boğazı (Gibraltar) — Atlantik okeanı ilə Aralıq dənizi arasında su keçidi. Boğaz tarix boyunca ayrı-ayrı xalqlar tərəfindən fərqli adlarla adlandırılmışdır. Daha çox Herkules sütunları və Melkart sütunları adları ilə tanınır. İndiki adının ərəbcədən tərcüməsi Tariqin dağı deməkdir.Afrika ilə Avrasiya materikinin birləşdirir. 711-ci ildə Əməvi xəlifəsi I Vəlidin dövründə sərkərdə Tariq İbn Ziyadın başçılıq etdiyi islam ordusu gəmilərlə "Yaşıl ada" adlandırılan Andalusiyaya daxil oldu. Tariq ibn Ziyad ordusunu dörd gəmidə daha sonralar öz adı ilə adlanan Cəbəllüttariq boğazından qarşı sahilə keçirdi. Bu tarixdən Avropanın cənubunda Kordova xilafəti adlı islam dövləti yarandı.
Cəfərli (Bolnisi)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Cəfərli (Borçalı)
Cəfərli - Gürcüstanın Bolnisi rayonunda kənd.
Cənubi Koreya Boinqi ilə hadisə (1983)
Cənubi Koreya Boinqi ilə hadisə — 1983-cü il sentyabrın 1-də Koreyanın 007 Aviareysi (Boeing 747), kommersiya təyyarəsi Sovet hava məkanına daxil olanda, Sovet İttifaqı reaktiv qırıcısı (SU-15) tərəfindən vurulan hadisə. Təyyarədə ABŞ Konqresmeni Lorens MakDonald da daxil olmaqla 269 nəfər həlak olmuşdur. Öz uçuş xəttindən çıxmış Koreya Hava Yollarının 007 reysi ilə uçan mülki xidmət təyyarəsinin Sovet reaktiv təyyarəsi tərəfindən vurulması hadisəsi Birləşmiş Ştatlar-Sovet münasibətlərindəki gərginliyi gücləndirmişdir. 1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlanmışdır. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırılmış və yad təyyarəyə ən yaxın hava limanında enmə əmri verilmişdir. Radar ekranlarında ABŞ-nin "RC-135" kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində "Boinq-747" markalı adi sərnişin təyyarəsi olub. Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq "Boinq" SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirmişdir. Ekipajı yerə endirmək üçün bütün səylər nəticəsiz qaldıqda yad təyyarə havada saat 18:22:20-də vurulur. Cənubi Koreyaya məxsus olan Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 nəfər günahsız insan həlak oldu. Səhərisi gün dünya ictimayiəti ayağa qalxmış, etiraz dalğaları yer üzünü bürüdü.
Cənubi Kuril boğazı
Cənubi Kuril boğazı — Sakit okeanına daxil olan Kunaşir adasını Şikotan adasındasından ayırır. Boğaz Boyük Kuril adaları qrupunu da Kiçik Kuril adaları qrupundan ayırır. Kunaşir boğazı ilə Xəyanət boğazı vastəsi ilə birləşir. Boğazın sahilində Kunaşir adasında Yujno-Kurils qəsəbəsi yerləşir.
Cənubi Kvarken boğazı
Cənubi Kvarken (isv. Södra Kvarken, fin Ahvenanrauma) - Aland adaları (Finlandiyanın ərazisi) ilə Skandinaviya yarımadası arasında yerləşir. Baltik dənizini Botnik dənizi (Botnik körfəzinin cənub hissəsi) ilə birləşdirir. Eni 40 km, ən dərin yeri isə 244 m təşkil edir. Axınlar əsasən cənub istiqamətinə yönəlir. Sərt qış ayları boğaz donur. Yumşaq qışda isə boğazda hərəkət edən buzlarla zəngin olur.
Cənubi Qafqaz boru kəməri
Bakı-Tbilisi-Ərzurum Boru Xətti — Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. Boru kəməri ildə 20 milyard kubmetrədək ötürmə gücünə malikdir. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "APA-Economics"ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Cənubi Vyetnam Müstəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
Cənubi Vyetnam Mütəqillik Sarayına bombalı hücum (1962)
1962 Cənub Vietnam mütəqillik sarayına bombalı hücum — Cənubi Vyetnamın paytaxtı Sayqonda yerləşən, prezidentin iqamət etdiyi Müstəqillik sarayına təşkil edilən hava hücumudur. Hücumu təşkil edənlər fərqli pazisiyalardakı iki Vyetnam Hava Qüvvələri pilotları olan leytenant Nguen Van Ku ilə baş leytenant Fam Fu Kuok idi. Pilotlar prezident Ngo Din Diem ilə yanaşı siyasi məsləhətçiləri də olan ailəsini də öldürmək məqsədi güdmüşdülər. Hadisənin ardından pilotlar, hücumu Diemin Avtoqratiq üsulu üzündən etdiklərini demişdilər. Prezidentin Cənub Vietnam hakimiyyətini devirməklə təhdid edən Marksist-Leninist bir partizan dəstəsi olan "Vietnam Milli Qurtuluş Cəbhəsi" ilə mübarizə aparmaqdansa, hakimiyyətdə qalmağa çalışdığını bildirmişlər. Cu və Quoç hücümun Diemin qorunmasızlığını ortaya çıxarıb xalqı ayağa qaldıracağını gözləsələr də, hadisələr bu istiqamətdə dəyişmədi.Bombalardan biri sarayın sol tərəfinə, Prezidentin kitab oxumaqda olduğu otağa düşdü, lakin partlamadı.Bu səbəbdən də prezident "İlahi bir qoruma"ya sahib olduğunu iddia etdi. Kiçik yaralarla qaçmağı bacaran prezidentin kiçik qardaşı Madame Ngo Dinh-dan başqa prezidentin ailəsi hücumdan yarasız qurtuldu, ancaq üç saray işçisi öldü və 30(bəzi mənbələrə görə isə 20) nəfər yaralandı. Hücumundan sonra Cử Kambocaya qaçmağı bacardığı halda, Quoç həbs olundu və həbsə göndərildi. Hücum nəticəsində Diem Cənubi Vyetnamdakı Amerika varlığına düşmən oldu.Diem Amerikan mediasının onu prezidentlikdən salmaq istəməsini iddia edərək mətbuat azadlığı və siyasi birliklər üzərinə yeni məhdudiyyətlər gətirdi. ABŞ-nin bu hadisəni Cənub Vyetnamda vuruşma məqsədli qoşun saxlamağa haqlı çıxaracaq bir səbəb olaraq istifadə edəcəyini irəli sürdü.
D'Antrkasto boğazı
D'Antrkasto boğazı (ing. D'Entrecasteaux Channel) — Tasmaniya adasının cənub-şərqində, Bruni adası ilə Tasmaniya adaları arasında yerləşir. Bruni adası kimi boğazda fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkastonun şərəfinə adlandırılmışdır. Holladiyalı səyyah Abel Tasman özünün 1642-ci ildə həyata keçirdiyi ekspedisiyası zamanı boğaza daxil olsa da onu körfəz zənn etmişdir. Boğaz 1792-cı ildə fransız dənizçi Jozef Antuan de Bryuni D'Antrkasto tərəfindən daha ətraflı araşdırılır. Boğazın şimalında Deruent və Storm çaylarının töküldüyü yerdə estuari əmələ gətirir. Cənub qurtaracağında Xuyon çayının estuarisi vardır və buradan isə Tasman dənizinə çıxır. Boğazın uzunluğu 55 km təşkil edir. D'Antrkasto boğazında bir çox adalar vardır: Partridj, Hyuon, Satellayt, Grin, Skeyk və s. Hyuon çayının estuarisində bir sıra yaşayış məntəqələri vardır.
Daily Lives of High School Boys
Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları‎) — 2009-2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyni adlı anime serial və film adaptasiyaları. Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir. Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı. Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
Dalbergia bojeri
Dalbergia bojeri (lat. Dalbergia bojeri) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Dalbergia boniana
Dalbergia boniana (lat. Dalbergia boniana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Dendrobium boxallii
Dendrobium gratiosissimum (lat. Dendrobium gratiosissimum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista gratiosissima (Rchb.f.) Kuntze Callista boxaleii (Rchb.f.) Kuntze Dendrobium boxallii Rchb.f.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Devis boğazı
Devis boğazı ing. Devis Strait — Qrenlandiya adasını Baffin Torpağı (Kanada Nunavut vilayəti) adasından ayırır. Eni 300–950 km arası dəyişir. Ən dərin yeri 3660 m-dir. Baffin dənizini Labrador dənizi ilə birləşdirir. Sularında zəngin neft və Qaz yataqları vardır. Boğaz ingilis dəniz səyyahı Con Devisin (1550–1605) şərəfinə adlandırılmışdır. O bölgəyə bir neçə səfərlər təşkil etmiş Baffin torpağı və Qrenlandiya adalarını öyrənmişdir. Boğaz və onun sahilləri Devis tərəfindən kəşf edilmişdir.
Diana boğazı
Diana boğazı (rus. Дианы пролив) — Sakit okeanına daxil olan Şumişir adasını Ketoy adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 15 km, ən dar eni isə 20 km təşkil edir. Dərinliyi 500 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Severo-Zapadnıy, Sovetskıy, Storojevoy, Otvestnıy (Şimuşir) və Lejbişnıy, Monolitnıy, Onruqlıy (Ketoy) burunları vardır. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın şimal sahillərində çoxlu sualtı və suüstü daşlar vardır. Boğazın cənubunda Brout, şimalında isə Diana və Yujnıy buxtası vardır.
Diaphractanthus bomolepis
Dibəkli (Bostanabad)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.