bolt
boltaçan
OBASTAN VİKİ
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Bolt
Bolt (şirkət)
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Vint Serf
Vinton Qrey Serf (ing. Vinton Gray Cerf; 23 iyun 1943, Nyu-Heyven[d], Konnektikut, ABŞ) – amerikalı internet pioneri və "İnternetin ataları"ndan biri. O, bu adı TCP/IP yaradıcılarından biri olan Robert Elliot Kan ilə paylaşır. O, Milli Texnologiya Medalı, Türinq mükafatı, Prezident Azadlıq medalı, Markoni mükafatı və Milli Mühəndislik Akademiyasına üzvlük kimi fəxri dərəcələr və mükafatlar alıb. == Həyatı və karyerası == Vinton Qrey Serf 23 iyun 1943-cü ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub. Serf Con Postel və Stiv Kroker ilə birlikdə Van Nuys Liseyində təhsil alıb. Orta məktəbdə olarkən Cerf altı ay boyunca Rocketdyne-də Apollo proqramı üzərində işləmiş və F-1 mühərriklərinin dağıdıcı olmayan sınaqları üçün statistik analiz proqramlarının yazılmasına kömək etmişdir. Serf Stenford Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra Serf iki il IBM-də QUIKTRAN-ı dəstəkləyən sistem mühəndisi kimi çalışıb. Los-Anceles Kaliforniya Universitetində aspiranturada oxumaq üçün IBM-dən ayrılmış və burada 1970-ci ildə elmlər doktoru, 1972-ci ildə isə fəlsəfə doktoru dərəcəsini qazanmışdır.
Bolt birləşməsi
Bolt birləşməsi — iki və daha artıq maşın hissələrinin bərkidilməsinə xidmət edir (Birləşmədə tətbiq olunan boltun əsas hissəsi üzərində müxtəlif yiv profilləri olan silindrik gövdədən və başlıqdan ibarətdir. Yiv hissəsi qaykanı bağlamaq üçün, başlıq isə birləşmə zamanı dayaq rolunu oynayır və açar tutmağa xidmət edir. Boltların konstruktiv parametrləri standartlaşdırılmışdır. Ən geniş yayılmışı 6 tilli boltlardır. Birləşməni həyata keçirmək üçün hisssələrdə deşik açılır. Bu zaman boltla hissə arasında boşluq nəzərdə tutulur. Bu boşluğun qiyməti birləşmənin dəqiqliyindən asılı olaraq təyin edilir. Birləşməni həyata keçirmək üçün boltun uc hissəsinə qayka bağlanır.Qayka orta hissəsində yivli deşik olan bərkidici elementdir. Onlar müxtəlif formalar malikdirlər. Ən geniş yayılmış forması 6 tillidir.
Useyn Bolt
Useyn Bolt (21 avqust 1986[…]) — Yamayka yüngül otleti, qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat olimpia çempionu və 11 qat dünya çempionu, oyunları ərzində 8 dəfə dünya rekordu qeyd edilən, Qaçışda 100-9.58, 200 – 19.19 göstərici ilə dünya rekordu qazanan. Həmçinin tarixdə 100-200 metr məsafədə ən sürətli sprinteri Hüseyn Bolt Şimalı Yamaykanın Treloni vilayətinin balaca kəndi olan Şervud-Kontent-də meyvə-tərəvə dükanı sahibi Uelsli Bolt və Jennifer Boltun ailəsində anadan olmuşdur. Onun doğma dili yamayka-kreol dilidir. Dini mənsubluğu isə - xristian –katolik sayılır. Həmçinin Useynin balaca qardaşı və Şerin adında böyük bacısı var. Uşaqlıqdan o, çox aktiv uşaq olmuşdu. Onun ən sevimli oyunu- krekit idi. O, bu oyunu öz evlərinin qarşısında top əvəzinə portağalla oynayırdı. Daha sonra valideynləri onu Valdensiya başlanğıc məktəbinə qoydular. Valdensiya məktəbinin direktoru Mamra Fleş öz xatirələrində qeyd edir ki, “Hüseyn Bolt, yaxşı tərbiyəli, enerjili, həyatsevər uşaq olub.
Bolt (şirkət)
Bolt — nəqliyyat, mikromobil icarəsi, qida və ərzaq çatdırılması (Bolt Food proqramı vasitəsilə) və avtomobil mübadiləsi xidmətləri təklif edən Estoniya şirkəti. Şirkətin baş ofisi Tallində yerləşir və Avropa, Afrika, Qərbi Asiya və Latın Amerikasının 45-dən çox ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir. Şirkətin 150 milyondan çox müştərisi və 3 milyondan çox sürücü və kuryer partnyoru var. Şirkət 2025-ci ildə ilkin ictimai təklif etməyi planlaşdırır. == Tarixi == Şirkət 2013-cü ildə Taxify adı ilə o zaman 19 yaşlı orta məktəb şagirdi Markus Villiq tərəfindən təsis edilib. Markus, ailəsindən 5000 avro kredit aldıqdan sonra Tallin küçələrində sürücüləri şəxsən işə götürərkən proqramın prototipini yaradıb. Xidmət 2013-cü ilin avqustunda Estoniyanın Tallin şəhərində istifadəyə verilmiş və 2014-cü ilə qədər xaricdə fəaliyyət göstərmişdir. 2017-ci ilin aprel ayında Bakı və Maltada da fəaliyyətə başlayıb. 2017-ci ilin sentyabrında Bolt lisenziyası olan yerli taksi şirkətini satın alaraq Londonda fəaliyyətə başladı, lakin Londonun nəqliyyat agentliyi (Transport for London) tərəfindən fəaliyyətini dayandırmağa məcbur edildi. 2018-ci ilin fevral ayında şirkət yeni lisenziya ərizəsi verdi və 2019-cu ilin iyununda Londonda yenidən fəaliyyətə başladı.
Bolt (film, 2008)
Bolt - "Volt Disney" animasiya studiyası tərəfindən istehsal edilən komediya filminin kompüter verisiyasıdır. Bu animasiya filmi 2008-ci ildə Amerikada çəkilmişdir. Bu Kris Vilyams Mulan animasiya filmindən sonra çəkdiyi ikinci filimdir və Byron Hovardla birgə hazırlayırlar. Filmi səsləndirən kinoulduzlar Con Travolta, Miley Cyrus, Molkom Makdovel, Diedrich Pis, Nik Swordos, Qreq German, Suzi Essman və Mark Voltodur. Bu animasiya filmidə CGI Disney-in əvvəlki animasiya filmləri Kiçik Cücə (ing. Chicken Little) və Robinzonlarla görüş (ing. Meet the Robinsons) animasiya filimlərində olduğu kimi Bolt-da teatrlarda üç ölçülü 3d animasiya filmi kimi yayıldı.Animasiya filmi bir çox filim mükafatlarına o cümlədən "ən yaxşı animasiya filmi" mükafatına namizəd olmasına baxmayaraq o, Divare-yə uduzdu. == Məzmun == Bu animasiya filmində Boltu-super güclərə sahib olan it sahibi Peni adlı qız Doktor Kalikonun pis planları ilə mübarizə aparır. Əslində Boltun super gücləri yoxdu, bu adi bir televiziya filmidi. Lakin Bolt elə bilir ki, bunların hamısı həqiqətən baş verir və onun super gücləri var.