BORDAX

(Basarkeçər, Gəncə, Qazax, Şuşa)
kökəldilmiş, bəslənmiş. – Məmmədin bir bordax qoyunu var (Basarkeçər); – Bu gamışdar da bordax heyvanı kimi yağlıdılar (Şuşa); – Gədə o qədər kökəlif, elə bil bordax potasıdı (Qazax)
◊ Bordağa bağlamax (Qazax, Şəmkir, Şuşa, Tovuz) – kökəltmək, bəsləmək. – Bu toğluyu bordağa bağlamışam, sə:η toyuηa aparajam (Qazax)
BORBORİ
BORDAXLAMAX