bord
borner
OBASTAN VİKİ
Agrostistachys borneensis
Agrostistachys borneensis (lat. Agrostistachys borneensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin agrostistachys cinsinə aid bitki növü. == Sinonimləri == Sarcoclinium longifolium Wight Agrostistachys meeboldii Pax & K.Hoffm. Agrostistachys longifolia var. leptostachya Agrostistachys longifolia var. latifolia Agrostistachys longifolia (Wight) Trimen Agrostistachys leptostachya Pax & K.Hoffm. Agrostistachys latifolia (Hook.f.) Pax & K.Hoffm.
Borneo
Kalimantan (ind. Kalimantan), bəzən Borneo (malay Borneo) — Adaların dünyada sahəsinə görə sıralamasında üçüncüdür. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Onun sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir. Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilir. == Etimalogiyası == Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar.
Borneo fili
Borneo fili (lat. Elephas maximus borneensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinin adi asiya fili növünə aid heyvan yarımnövü. == Xarakteristikası == Ümumi olaraq, Asiya fili Afrika filindən daha balacadır və başının ən yuxarı hissəsində ləkə var. Xortumun forması təkbarmaqvaridir. Belləri qabarıq və ya hamardır. Malayziya yarımadasından 15, Sabahdan 6 Borneo filinin morfolojik ölçüləri götürülmüş və hər bir fil üçün 3 dəfə təkrarlanılmış və ortalaması əldə edilmişdir. Nəticələrə görə, iki fərqli ərazidə yaşayan fil populyasiyası arasında ciddi bir fərq yoxdur. Borneo filləri həddən artıq cansıxıcı və passivdirlər. Bəzi alimlərin fikrinə görə bu xüsusiyyət onlara qədim daxili kolleksiyadan gəlir. == Yayıldığı ərazilər == Əsasən, Kalimantan adasının şimal və şimal-şərq hissələrində yaşayırlar.
Borneol
Borneol (1,7,7-trimetilbisiklo-[1.2.2]-heptanol-2) -kimyəvi formulu: C10H18O. Borneol (solda) (endo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2) terpen spirtlərinə aiddir. == İzahı == Xarakterik iynəyarpaq qoxusu olan rəngsiz kristallar; suda zəif həll olunur, yaxşı, üzvi həlledicilərdə, o cümlədən spirtlərdə isə pis həll olur. İzoborneol (sağda) - (ekzo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2). Aşağı toksiklik xassəsinə malikdir, lakin mərkəzi sinir sisteminə təsir edir, qan təzyiqini azaldır. Borneol və izoborneol oksidləşdikdə kamfora çevrilir, turşu katalizatorlarının təsiri altında izoborneol borneoldan daha asan dehidratlaşır və kamfen əmələ gətirir (Vaqner-Mervein qruplaşması), həmçinin sadə efirləri asan, mürəkkəb efirləri isə çətin əmələ gətirir. == Təbiətdə tapılması == Borneollar və onların efirləri təbiətdə geniş yayılmışdır. Borneol ilk dəfə, efir yağında kəşf edilmiş və uzun müddət vətəni Sumatra və Kalimantan adalarında olan kamfora bitkisindən əldə edilmişdir. Bu hündür (60 m və daha yuxarı) ağacdır, tərkibində borneol və ya əvvəllər Bornean kamforası adlanırdı. Borneol əldə etmək üçün meşədə ağaclar parçalarla kəsilir, çatlarda kristallaşan borneol kristalları qırılır, sonra doğranmış gövdə və budaqlar efir yağının su buxarı ilə distillə edilməsinə məruz qalır. Dondurma yolu ilə efir yağından əlavə miqdarda borneol alınır.
Bulbophyllum borneense
Bulbophyllum auratum (lat. Bulbophyllum auratum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkim, həmçinin Cənubi Taylanddan Malayziyanın qərbinə qədər yayılmışdır. == Sinonimləri == Cirrhopetalum auratum Lindl. (1840) (Basionym) Phyllorkis aurata (Lindl.) Kuntze (1891) Cirrhopetalum borneense Schltr. (1906) Bulbophyllum campanulatum Rolfe (1909) Cirrhopetalum campanulatum (Rolfe) Rolfe (1910) Bulbophyllum borneense (Schltr.) J.J.Sm.
Cirrhopetalum borneense

Mormolyce borneensis
Mormolyce borneensis (lat. Mormolyce borneensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin yarpaqşəkilli böcək cinsinə aid heyvan növü.
Elephas maximus borneensis