Borşevikyarpaq ağəsmə
Borşevikyarpaq ağəsmə (lat. Clematis heracleifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Şərqi Çində, Koreyada təbii halda yayılmışdır. 1837-ci ildən mədəni şəraitdə Avropada dekorativ bağ bitkisi kimi becərilir.
== Botaniki təsviri ==
Hündürlüyü təxminən 1 metr olan, düz, alt hissəsində oduncaqlaşmış, cod zoğları olan çoxillik bitkidir. Gövdələri düz dayanan, ancaq bünövrəsində çox və ya az oduncaqlaşmış, yumru, seyrək tükcüklü, zərifdir. Yarpaqları iri, dərili, üç-lələkvari, uzunluğu 15 sm-dəkdir. Çiçəklərin diametri təxminən 2,5 sm, 4 ədəd, parlaq mavi, ətirli, kənarları kəsikli ləçəkləri sünbülçiçək formalıdır. Avqust-sentyabrda çiçəkləyir. Toxumları 0,5-3 ay müddətində cücərir.